Yüklənir. Zəhmət olmasa gözləyin...
  



Saytda axtar!
  • GÜNDƏM
  • SİYASƏT
  • HADİSƏ
  • SOSİAL
  • KRİMİNAL
  • VİDEO
  • CƏMİYYƏT
  • İDMAN
  • DÜNYA
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
İlham Əliyev Novruz Məmmədovun Baş nazir təyin edilməsi haqqında sərəncam imzalaDı

İlham Əliyev Novruz Məmmədovun Baş nazir təyin edilməsi haqqında sərəncam imzalaDı

ABŞ RƏSMİ KİYEVİ MÜSTƏQİL ANTİKORRUPSİYA MƏHKƏMƏSİ YARATMAĞA ÇAĞIRDI

ABŞ RƏSMİ KİYEVİ MÜSTƏQİL ANTİKORRUPSİYA MƏHKƏMƏSİ YARATMAĞA ÇAĞIRDI

Hacıbala Abutalıbov yeganə icra başçısıdır ki...

Hacıbala Abutalıbov yeganə icra başçısıdır ki...

Cavid Qurbanov haqqında yayılan məlumatlar təkzib olundu

Cavid Qurbanov haqqında yayılan məlumatlar təkzib olundu

HEYDƏR ƏSƏDOV SUBSİDİYALARIN QURBANI OLDU

HEYDƏR ƏSƏDOV SUBSİDİYALARIN QURBANI OLDU

Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov hökumətin yeni tərkibində yer almayıb

Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov hökumətin yeni tərkibində yer almayıb

  • 21:25 Ermənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıb
  • 11:20 “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”
  • 02:20
    Саудовского короля спрятали в бункер из-за игрушечного самолетика
  • 02:16 Səudiyyə kralının sarayı üzərində dron vurulub
  • 00:59
    Dövlət çevrilişinə cəhd olub, kral təxliyyə edilib
  • 21:19 Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
  • 20:59 AZAL-ın təyyarəsi məcburi eniş etdi
  • 20:19 Ученые разработали технологию выявления рака на ранней стадии
  • 16:37 MƏHKƏMƏ ANS-LƏ BAĞLI QƏRARINI AÇIQLADI
  • 16:30 Qadınların başörtüsü yenə səs-küyə səbəb oldu
  • 16:00 Göygöldə Torpaqların EKU Sisteminin nəticələrinin tətbiqinə başlanılıb
  • 15:00 Bələdiyyə sədri zibilin "zibilinə düşdü"



Babək səsi, vətən nəfəsi...

Xəbərin çap versiyası
Tarix: 28/11/2017
(Qarabağ xanəndələri silsiləsindən)
image here

Cəmiyyət həyatının, mürəkkəb və təzadlı xarakterə malik toplumun içərisiylə yerimək hər bir fərdin xarakterini dəyişərək onun əsl simasını zaman-zaman alt qatda gizlədir. Nə zaman bu barədə düşünsəm, bunu bir insanlıq faciəsi kimi dəyərləndirirəm. Bəs insanı özünə qaytaran nədir? İnsanı özü edən, onu orijinal obrazına az da olsa oxşadan, bənzədən hansı vasitələr var? Kimisi içki içəndə özünə qayıdır, kimisi rəsm çəkəndə, kimisi emosiyalarına qapananda, kimisi şeir oxuyanda, kimisə də ürək titrədən bir musiqi dinləyəndə. Məni də özümə qaytaran ecazkar bir aləm var: musiqi dünyası, muğam aləmi.

Hər dəfə muğam dinləyəndə, təkcə özümə yox, həm də kəndimə qayıdıram, ulusuma dönürəm, yağı ayağında uralanmış bostan yeri kimi tapdanmış doğma Vətən dediyimiz ocaqlara, oymaqlara dönmək mənə acı göz yaşları, boğazımda xırtlanıb qalmış qəhər hesabına başa gəlir. Amma bu acı qəhərin izdirabı, möhnəti və bu acı göz yaşlarının içində həm də əzəmətli duyğular qəlbimə hakim olur. Çünki heç olmasa, uşaqlıq, gənclik xatirələrimin iz qoyduğu, cığır saldığı o yerləri xəyalən gəzib-dolanıram.
Qəhrəmanlar təkcə böyük mədəniyyətin inkişafına zərbə vurmuş müharibələrdə üzə çıxmır. Həm də həyatı bütün əlvanlığı ilə əks etdirən ən incə, ən zərif sənət sahələrində üzə çıxır. Musiqi aləminin, muğam dünyasının da öz yenilməz qəhrəmanları, sərkərdələri var. Bu gün Azərbaycan muğamında ilhamı ilə cövlan edən istedadlar tək-tək deyil- onlarladır. Onlardan biri də ulu Babəkin adını daşıyan Babək Muğan oğlu Niftəliyevdir.

Özümə də maraqlı gəldiyi üçün dünən Babəkə zəng vurub, bir çox sosial şəbəkələrdə ata adının Muğam yazıldığını və atasının adının Muğan, yoxsa Muğam olduğunu soruşdum.

“Hə, qəribədir, muğam oxuyuram deyə elə bilirlər atamın da adı Muğam olmalıdır”- deyib güldü.

Babəkin bu yumor dolu cavabı hafizəmi bir qədər də durultdu və düşündüm ki, heç burda da bir təsadüf yoxmuş. “Muğan”ın da, “muğam”ın da kökü birdir. Qədim, çox qədim türk tayfaları muğlarla bağlıdır. Üstündən minilliklər ötsə də, danmaq mümkün deyil- muğam da, Muğan da babalarımız muğların yadigarıdır.

Babəkin adı da doğru, dürüst seçilib. Babəkin səsində, simasında, qamətində, səhnə hərəkətlərində bir cəngavərlik duyulur. Və bu cəngavərlik onun içindən gələn ruhunun dost-doğmaca libası, köynəyidir. Şübhəsiz ki bu seçim, bu adı Babəkə qoyan kimsənin ulu Babəkə məhəbbətindən qidalanıb. Və bu məhəbbət bu gün də Niftəliyevlər ailəsində davam etməkdədir. Çünki Babəkin oğlunun da adı Cavidandır. Muğamda Şah Xətai sözünün qüdrəti, Babək qılıncının parlaqlığı var. Xanəndə Babəkin bir gənc istedad kimi duyğuları da adını çəkdiyim tarixi obrazların duyğuları qədər saf və ülvi görünür. Babək niyə “dağları görəndə hönkürüb ağlayıram” deyir? Çünki dağlar həm də türk əzəmətinin, türk qüdrətinin rəmzi hesab olunur. Və bu gün doğma yurdundan didərgin düşmüş, ocağının istisindən, hənirindən zorən uzaqlaşdırılmış soydaşlarımızın hər birinin ürəyində bir dağ həsrəti, çağlayan bir bulağın qəmi, nisgili var.

Kəlbəcərdən çıxanda Babəkin 8 yaşı olub. Bu, bir körpə yaşıdır. Amma o yaşda da Kəlbəcərdən özüylə birgə bir əlçim, bir ovuc da olsa, xatirə gətirə bilib. 8 yaşındaykən yadında saxladığı yerlərin, dərələrin, düzlərin adlarını çəkir. İlk dəfə Kəlbəcərdə musiqi məktəbinə gedib. Saz çalmağı orda öyrənib. Və sazla ünsiyyət qurmaya bilməzdi. Çünki mühit saz, söz mühiti idi. Babək özü də ədəbiyyatımıza, sənətimizə nadir səhifələr yazmış Dədə Şəmşir ocağının həndəvərində doğulub. Oxuduğu muğamların, xalq və bəstəkar mahnılarının hər birini dinlədikcə, gözlərim önündə qüdrətli bir obraz canlanır. Muğamın Babəki yada düşür. Babək səsi, Babək nəfəsi muğam qanadlarında qulaqlarıma gəlib çatır. Kəlbəcərli girovların – Dilqəmlə Şahbazın fotolarını maşınından asıb. Bu da bir istəkdir. Torpaq, yurd sevgisinin bu sayaq bir təzahürüdür.

Babəkin ifaları məğruruluq mahiyyəti daşıyır. Dinləyici ona qulaq kəsildikcə, hər hansı bir qüvvəyə təslim olmaq duyğusundan uzaq düşür. Bu yerdə könlümdən hansısa bir əsərdən oxuduğum bir epizodu da xatırlamaq keçir. Amerika-Vyetnam müharibəsində müxbir elə səngərdəcə bir amerikalı əsgərin çiyinlərinə toxunub deyir: “Biz onlara, yəni vyetnamlılara heç vaxt qalib gələ bilməyəcəyik”. Əsgər- “Sən ki görürsən, biz onları necə qırırıq, onların qanı yağış sularına qarışıb, ormanları, düzləri suvarmaqdadır”- deyir. Bu dəfə müxbir əsgərin çiyninə daha zərblə toxunaraq səngərdən 500 m qarşı tərəfə baxmasını istəyir. Bəli, qanlı döyüşlərdən cəmi 500 m aralıda insanlar xışla yer şumlayıb, torpağa toxum səpir, əkdikləri toxumu qanla suvarırlar. Amerika əsgəri gördüyü mənzərədən sarsılır. Çünki döyüş təcrübəsində belə bir dəyanətə, belə bir psixoloji müqavimətə hələ rast gəlməmişdi...

Nədənsə, muğamı, elə Babəki oxuyanda, dinləyəndə, səngərin beş addımlığında yerə toxum səpən o insanların arasında özümü də görürəm. Və düşünürəm ki, ermənilər özlərini müvəqqəti də olsa, özlərini qalib hesab etsələr də, bu böyük sənətin əsl sahiblərini son nəticədə məğlub edə bilməyəcəklər. Muğamın Babəki də öz ifası ilə tamaşaçılarına elə bu həqiqəti diktə etmək üçün sənətə gəlib. Axı ulu şahımız İsmayılın, Qoç Koroğlunun sinəsinə basdığı sazla muğam yoluna çıxıb. Babək sazı da oxuduğu muğamlar qədər məharətlə ifa edir. Sadəcə, səsi muğam avazı üstədir deyə, sazla oxumur.

Babək Azərbaycan musiqisinin ən istedadlı ifaçılarından biridir. Respublikada keçirilən ən müxtəlif tədbirlərin iştirakçısı olur, qocaman səntəkarların, şair və bəstəkarların yubileylərində, yaradıcılıq gecələrində sözünü, səsini əsirgəmir. Baş tutan tədbirə, keçirilən təntənəli gecələrə bir Babək ruhu, bir Babək ovqatı qatır. Gənc yaşından Azərbaycan Respublikasının Əməkdar artistidir. Sovet dövründə isə bu fəxri ada çatmaq üçün ən azı 50 yaşın olmalı idin. Babəkin muğam sahəsində olan həmyaşıdlarının bəziləri də bu fəxri adı daşıyırlar. Bu, o deməkdir ki, dövlət və hökümətimiz istedadı zamanında dəyərləndirir. Dəyərləndirir ki, mədəniyyətin inkişafına stimul versin. O dövlət qüdrətlidir ki, onun iqtisadi və hərbi potensialı, mədəniyyətinin ən müxtəlif qolları zaman-zaman böyüsün, inkişaf etsin. Ən başlıcası isə, sərhədləri bütövləşsin, möhkəmlənsin. Əslində, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyilə həyata keçirilən muğam və musiqi layihələrinin də geniş vüsət almasında əsas məqsəd sərhədlərin bütövləşməsinə doğru yeriməkdir. Axı muğam ilahi bir sənət sahəsidir. Misilsiz gücə, qüdrətə malik təsir vasitəsidir. Muğam xalqı səfərbər etmək gücündədir. Muğam ifaçılarının Azərbaycanı xarici ölkələrdə təmsil etmələri də xüsusi xarakter daşıyır. Belə ki Azərbaycan sənətini, Azərbaycan mədəniyyətini dünyada tanıtmaq, muğam sənətinin sədası çatan ölkələrdə yaşayan soydaşlarımızı bir əqidəyə, bir amala kökləmək missiyası da muğamın həyata keçirdiyi gerçəkliklərdən biridir.

Televiziya və beynəlxalq muğam müsabiqələrindən qalib çıxan Babək sənətə gədliyi qısa müddət ərzində demək olar ki, dünyanı dolaşıb. Hindistan, İtaliya, Gürcüstan, Almaniya, Türkiyə, Rusiya, Amerika, Ukrayna kimi ölkələrdə Azərbaycan muğamı Babəkin ifasında ərzi diyar-diyar fəth etməkdədir. Musiqiçilərimiz belə səfərlərdə çox vaxt maraqlı hadisələrlər qarşılaşırlar. Gürcüstana səfəri zamanı maraqlı bir hadisənin şahidi olublar. Babək danışır ki, konsert salonuna xeyli sayda erməni cəm olmuşdu. Mən də özümə söz vermişdim ki, onların acığına bu salonda “Qarabağ şikəstəsi”ni ifa edəcəyəm. Mən oxuyanda bədxahlar zalda böyük qalmaqal yaratmağa cəhd etdilər. İşığı söndürmək, mikrofonun səsini kəsmək kimi ən xırda işlərə də əl qoydular. Mənsə aciz qalmadım, mikrofonsuz oxumağa başladım. Yenə də sakitləşmədilər, aləm qarışdı və mühafizəçilər məni arxa qapıdan bayıra çıxardılar.

Düşmən həmin konsert salonunda zorla ələ keçirdiyi torpaqlarımızın –Qarabağımızın, Kəlbəcərimizin, Laçınımızın əsl sahiblərindən biriylə üzləşib və qəzəbini sinirə bilməyib. Bu da Bəbəkin sənətiylə vəhdət yaradan bir cəsarətli, qoçaqlığıdır.

Sənət müəllimlərin kim olub-deyə soruşanda, əvvəl-əvvəl heç bir ad çəkmədən bütövlükdə Qarabağ mühitini, Azərbaycan mədəniyyət tarixini, onun keçdiyi müxtəlif dövrlərin yetirdiyi müxtəlif sənətkarlarını müəllimi kimi dəyərləndirir. Sonrakı söhbətlərində isə əlavə edir ki, bizim elimiz Dədə Şəmşir ocağı olub, yəni aşıqlara meyillilik daha çox olub. 9-10 yaşımda saz çalıb-oxumuşam. Düzdür, indi sazı evdə özüm üçün çalıb-oxuyuram. Hər bir kəlbəcərli saz çala bilməsə də, onun evində saz asılmalıdır. Sonradan ailəmiz qərar verdi ki, səsim aşıq səsi yox, xanəndə səsidir. Ondan sonra meylimi muğama göstərdim. İlk müəllimim olan Sərdar Bağırova dərin təşəkkürümü bildirirəm. Hazırda o, Gəncədə yaşayır və Musa Şuşinskinin tələbəsi olub. Sonra 6 nömrəli musiqi məktəbində bizim böyük xanəndəmiz, gözəl müğənnimiz, Xalq artisti Məmmədbağır Bağırzadənin sinfində oxumuş 2 il ondan dərs almışam. Növbəti dəfə isə Asəf Zeynallı adına Musiqi Kollecində Azərbaycanın Xalq artisti, professor, “Şöhrət” ordenli Canəli Əkbərovun tələbəsi olmuşam. Doğma müəllimlərimdən, ustadalrımdan biri də xalq artisti, professor, “Şöhrət” və “İstiqlal” ordenli sənətkar Arif Babayevdir.
Babəklə bağlı maraqlı bir məqamı da qeyd etmək istəyirəm. Bir neçə gün bundan öncə redaksiyada Babəkin mahnılarını dinləyirdim. Bir musiqisevər tanışım otağa girəndə, adını sən demə, qoy özüm tapım- deyib nişan barmağını ağzına yaxınlaşdıraraq mənə sus əmri verdi. Bir qədər dinləyəndən sonra Məmmədbağır Bağırzadə nəfəsi duyulur-dedi. Tanışım Sabit doğru tapmışdı. Babəkin bir üstünlüyü də orasındadır ki, ustadlarının, sənət müəllimlərinin vurduğu muğam xallarını, nəfəslərini də gizlədə bilmir. Babəkin müəllimim deyib adını fəxrlə çəkdiyi xalq artisti Arif Babayev də, heç şübhəsiz, yetişdirdiyi Babəklərlə bu gün qürur duyur.

Qəzetimizin ixtisasca şənətşünas müxbiri əzizimiz Təranə Əlizadənin “Qaragilə” sevgisi də ayrı bir hekayətdir. Ötən il onu tədbirlərdən birinə yalvar-yaxar göndərmişdik. Beynəlxalq Muğam Mərkəzinə gedəsi idi. Sən demə, tədbir Babəkin ifasında “Qaragilə” mahnısıyla başlayır. Bildiyimiz kimi, bu mahnı nə qədər şən əhvalla oxunsa da, adamda bir o qədər də nostalgiya yaradır. Odur ki redaksiyamıza dönən Təranə xanımın simasında bir neçə gün qüssəli xatirələr dolaşdı. Sonra qəzetdə həm tədbirlə, həm də Babəkin ifasıyla bağlı Təranə Əlizadənin çox həzin bir essesini oxuduq. Elə bu yazını yazarkən də o esseni xatırladım. Müəllif essedə həyatın içindən keçib gələn obrazlar silsiləsi yaratmışdı. Müəllim, ata, ana, yurd, sevgi, məhəbbət və nəhayət mahnılarımızda özünə əbədi yurd salmış Qaragilə obrazı. Bunların hamısını müəllifə Babək yazdırmışdı. Özünün ecazkar səsi, muğam zirvələrində dolaşan zəngulələri ilə...

...Neçə gündü ancaq Babəki dinləyirəm. Bu səs məni həm yaxınlara- Qarabağa, Kəlbəcərə, Şuşaya, həm də uzaqlara – tarixin sınıq-salxaq bir guşəsində qalmış Babək Xürrəminin ocağına, qalasına aparır. Bu səsi dinlədikcə, yurd havası başımdan səngimir. Bağrımın başında gəzən həsrət və ayrılığın iztirablı odunda bişdikcə bişirəm. Hələ dünyanın düz vaxtında doğma yerlərimzidə- Cəbrayılda yaşayanda günlərin bir günü bağ-bostandan evə dönürdük. Yanımda balaca, sısqa bir bacım qızı da vardı- hələ məktəb yaşı çatmayan körpə bir qızcığaz. Arıq vücudu günəşdə yanmış, dodaqları çart-çart olmuş bu uşaq yol boyu əlindəki bıçaqla qanqal tikanlarının başını, qozasını üzə-üzə gəlirdi. Niyə belə edirsən –deyə soruşduğumda,- dayı, bunlar ermənilərdir, ermənilərin başını üzürəm-dedi. Bu hadisə Qarabağ münaqişəsindən çox-çox əvvəlin söhbətidi. Çəlimsiz, sısqa bir tərkəmə cocuğunun qeyrəti, qan yaddaşı bu gün də məni heyrətləndirir. Babəki dinləyəndə də o heyrəti, o qeyrəti bir də yaşayıram.

Muğam böyük sənətdir. Bəlkə də yeganə sənətdir ki, bizi qeyrət dağına, qeyrət zirvəsinə çəkir. Azərbaycanda isə bu sənətin fədailərindən ibarət ordu yetişir. Bu ordunun səsi yaxın zamanlarda bütün yaxın-uzaq maneələri aşaraq, Qarabağa, Şuşaya yetişəcək. Xankəndidə, Xocalıda, nə bilim- Ağrıdağında, Vedibasarda dalğalanan Azərbaycan bayrağının kölgəsində oxuyacaq bizim muğam babəklərimiz.

Deyəsən, yazım bitir. Döyüş gərənaylarının nərəsi nöqtələrimi əvəzləyir.

...Mən Babək səsi, vətən nəfəsi duyuram.

Fariz Çobanoğlu


Нравится
         
Tweetle

Fikrini bildir
Ваше Имя:
Ваш E-Mail:
winkwinkedsmileam
belayfeelfellowlaughing
lollovenorecourse
requestsadtonguewassat
cryingwhatbullyangry
Diqqətinizi çəkə biləcək digər xəbərlər
Səudiyyə kralının sarayı üzərində dron vurulub

02:16 Səudiyyə kralının sarayı üzərində dron vurulub

Rövşən Cavadov niyə Heydər Əliyevi ömürlük prezident görmək istəyirdi?-VIDEO

15:38
Rövşən Cavadov niyə Heydər Əliyevi ömürlük prezident görmək istəyirdi?-VIDEO

 SOCAR-IN

07:33
 SOCAR-IN "QAZ İXRAC" İDARƏSİ RƏİSİNİN 1-Cİ MÜAVİNİNƏ SƏRT İTTİHAM-YENİLƏNİR

HEYDƏR ƏSƏDOV SUBSİDİYALARIN QURBANI OLDU

19:01
HEYDƏR ƏSƏDOV SUBSİDİYALARIN QURBANI OLDU

Yerevanda keçirilən aksiyalarda 228 etirazçı saxlanılıb

17:11 Yerevanda keçirilən aksiyalarda 228 etirazçı saxlanılıb

Bakıda yağış, dağlıq ərazilərdə isə qar gözlənilir

20:27 Bakıda yağış, dağlıq ərazilərdə isə qar gözlənilir

Həftəbecər

14:29 Həftəbecər

14:37
"İzvestiya"dan Azərbaycana qarşı təxribat

«Təzadlar» Əyyub Kərimovun ən son videosunu təqdim edir-VİDEO

14:10
«Təzadlar» Əyyub Kərimovun ən son videosunu təqdim edir-VİDEO

Reklam yeri

  • 21:25 Ermənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıb Ermənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıbErmənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıb
  • 20:50
    ABŞ RƏSMİ KİYEVİ MÜSTƏQİL ANTİKORRUPSİYA MƏHKƏMƏSİ YARATMAĞA ÇAĞIRDI
    ABŞ RƏSMİ KİYEVİ MÜSTƏQİL ANTİKORRUPSİYA MƏHKƏMƏSİ YARATMAĞA ÇAĞIRDIABŞ RƏSMİ KİYEVİ MÜSTƏQİL ANTİKORRUPSİYA MƏHKƏMƏSİ YARATMAĞA ÇAĞIRDI
  • 19:28
    Hacıbala Abutalıbov yeganə icra başçısıdır ki...
    Hacıbala Abutalıbov yeganə icra başçısıdır ki...Hacıbala Abutalıbov yeganə icra başçısıdır ki...
  • 19:10
    Aİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib
    Aİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edibAİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib
  • 18:49 Goranboyda avtomobil aşıb, 2 nəfər xəsarət alıb Goranboyda avtomobil aşıb, 2 nəfər xəsarət alıbGoranboyda avtomobil aşıb, 2 nəfər xəsarət alıb
  • 18:27
    Dubayda məşhur biznes mərkəz yanır
    Dubayda məşhur biznes mərkəz yanırDubayda məşhur biznes mərkəz yanır
  • 17:45 Partlayışda ölənlərin sayı 48 nəfərə çatıb, onlarla yaralı var - YENİLƏNİB-3 Partlayışda ölənlərin sayı 48 nəfərə çatıb, onlarla yaralı var - YENİLƏNİB-3Partlayışda ölənlərin sayı 48 nəfərə çatıb, onlarla yaralı var - YENİLƏNİB-3
  • 17:11 Yerevanda keçirilən aksiyalarda 228 etirazçı saxlanılıb Yerevanda keçirilən aksiyalarda 228 etirazçı saxlanılıbYerevanda keçirilən aksiyalarda 228 etirazçı saxlanılıb
  • 16:38 Bakıda palçıq vulkanı belə püskürdü Bakıda palçıq vulkanı belə püskürdüBakıda palçıq vulkanı belə püskürdü
  • 16:00 Cavid Qurbanov haqqında yayılan məlumatlar təkzib olundu Cavid Qurbanov haqqında yayılan məlumatlar təkzib olunduCavid Qurbanov haqqında yayılan məlumatlar təkzib olundu
  • 14:57 İmişlidə toya gedən iki ailənin üzvləri yol qəzasına düşüb, xəsarət alanlar var İmişlidə toya gedən iki ailənin üzvləri yol qəzasına düşüb, xəsarət alanlar varİmişlidə toya gedən iki ailənin üzvləri yol qəzasına düşüb, xəsarət alanlar var
  • 14:28 "28 May" metrostansiyasında 42 yaşlı qadın özünü qatarın altına ataraq intihar edib "28 May" metrostansiyasında 42 yaşlı qadın özünü qatarın altına ataraq intihar edib
  • 14:03 Neftçalada yol qəzası olub, xəsarət alanlar var Neftçalada yol qəzası olub, xəsarət alanlar varNeftçalada yol qəzası olub, xəsarət alanlar var
  • 13:34 Ermənistanda müxalifət lideri saxlanılıb Ermənistanda müxalifət lideri saxlanılıbErmənistanda müxalifət lideri saxlanılıb
  • 13:08 Sumqayıt şəhərindən dənizə çıxmış 2 nəfər batıb Sumqayıt şəhərindən dənizə çıxmış 2 nəfər batıbSumqayıt şəhərindən dənizə çıxmış 2 nəfər batıb
  • 12:25 "Ermənistanın kriminal rejimi yalan məlumatlar yayır" "Ermənistanın kriminal rejimi yalan məlumatlar yayır"
  • 11:46
    Yeni nazirlər bu tanınmışların övladıdır...
    Yeni nazirlər bu tanınmışların övladıdır...Yeni nazirlər bu tanınmışların övladıdır...
  • 11:20 “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam” “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”“Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”
  • 10:39 Ərdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıb Ərdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıbƏrdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıb
  • 09:27 Partlayış baş verib: 3 ölü, 50 yaralı Partlayış baş verib: 3 ölü, 50 yaralıPartlayış baş verib: 3 ölü, 50 yaralı
  • 09:06 Bakıda mənzildən kişi meyiti tapılıb Bakıda mənzildən kişi meyiti tapılıbBakıda mənzildən kişi meyiti tapılıb
  • 08:45 Nikaraquada mitinqlər zamanı 10 nəfər ölüb Nikaraquada mitinqlər zamanı 10 nəfər ölübNikaraquada mitinqlər zamanı 10 nəfər ölüb
  • 08:21 "Barselona" 30-cu dəfə İspaniya Kubokunun qalibi olub "Barselona" 30-cu dəfə İspaniya Kubokunun qalibi olub
  • 07:59 Ərdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıb Ərdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıbƏrdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıb
  • 07:40 Sarkisyan Qarabağ münaqişəsini həll edib gedəcək Sarkisyan Qarabağ münaqişəsini həll edib gedəcəkSarkisyan Qarabağ münaqişəsini həll edib gedəcək
  • 02:20
    Саудовского короля спрятали в бункер из-за игрушечного самолетика
    Саудовского короля спрятали в бункер из-за игрушечного самолетикаСаудовского короля спрятали в бункер из-за игрушечного самолетика
  • 02:16 Səudiyyə kralının sarayı üzərində dron vurulub Səudiyyə kralının sarayı üzərində dron vurulubSəudiyyə kralının sarayı üzərində dron vurulub
  • 02:12 Ermənistan prezidentinin müxalifət lideri ilə görüşü səmərəsiz olub Ermənistan prezidentinin müxalifət lideri ilə görüşü səmərəsiz olubErmənistan prezidentinin müxalifət lideri ilə görüşü səmərəsiz olub
    "Danışıqların mövzusu yalnız baş nazirin istefası məsələsi ola bilər.
  • 00:59
    Dövlət çevrilişinə cəhd olub, kral təxliyyə edilib
    Dövlət çevrilişinə cəhd olub, kral təxliyyə edilibDövlət çevrilişinə cəhd olub, kral təxliyyə edilib
  • 21:19 Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb Ermənistan prezidenti müxalifət lideri ilə görüşübErmənistan prezidenti müxalifət lideri ilə görüşüb
  • 20:59 AZAL-ın təyyarəsi məcburi eniş etdi AZAL-ın təyyarəsi məcburi eniş etdiAZAL-ın təyyarəsi məcburi eniş etdi
  • 20:19 Ученые разработали технологию выявления рака на ранней стадии Ученые разработали технологию выявления рака на ранней стадииУченые разработали технологию выявления рака на ранней стадии
  • 19:59
    Yeni hökumətdə bir sıra vəzifələrə təyinat olmayıb, bəzi şəxslər isə öz vəzifələrində saxlanılıb - SİYAHI
    Yeni hökumətdə bir sıra vəzifələrə təyinat olmayıb, bəzi şəxslər isə öz vəzifələrində saxlanılıb - SİYAHIYeni hökumətdə bir sıra vəzifələrə təyinat olmayıb, bəzi şəxslər isə öz vəzifələrində saxlanılıb - SİYAHI
  • 19:01
    HEYDƏR ƏSƏDOV SUBSİDİYALARIN QURBANI OLDU
    HEYDƏR ƏSƏDOV SUBSİDİYALARIN QURBANI OLDUHEYDƏR ƏSƏDOV SUBSİDİYALARIN QURBANI OLDU
  • 18:46
    Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov hökumətin yeni tərkibində yer almayıb
    Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov hökumətin yeni tərkibində yer almayıbAbid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov hökumətin yeni tərkibində yer almayıb
  • 18:25
    Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - SİYAHI
    Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - SİYAHIPrezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - SİYAHI
  • 16:37 MƏHKƏMƏ ANS-LƏ BAĞLI QƏRARINI AÇIQLADI MƏHKƏMƏ ANS-LƏ BAĞLI QƏRARINI AÇIQLADIMƏHKƏMƏ ANS-LƏ BAĞLI QƏRARINI AÇIQLADI
  • 16:12
    «CƏNAB PREZİDENT, VƏLİ HÜSEYNOV KİMİ MƏMURLARLA NECƏ İŞLƏMƏK OLAR?»-YENİLƏNİR
    «CƏNAB PREZİDENT, VƏLİ HÜSEYNOV KİMİ MƏMURLARLA NECƏ İŞLƏMƏK OLAR?»-YENİLƏNİR«CƏNAB PREZİDENT, VƏLİ HÜSEYNOV KİMİ MƏMURLARLA NECƏ İŞLƏMƏK OLAR?»-YENİLƏNİR
  • 15:31 İlham Əliyev Novruz Məmmədovun Baş nazir təyin edilməsi haqqında sərəncam imzalaDı İlham Əliyev Novruz Məmmədovun Baş nazir təyin edilməsi haqqında sərəncam imzalaDıİlham Əliyev Novruz Məmmədovun Baş nazir təyin edilməsi haqqında sərəncam imzalaDı
  • 13:13
    "MƏNƏ ETİMAD GÖSTƏRDİYİNƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR EDİRƏM"
    "MƏNƏ ETİMAD GÖSTƏRDİYİNƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR EDİRƏM"
  • 12:19
    Azərbaycanın yeni baş naziri Novruz Məmmədov olub - YENİLƏNİB
    Azərbaycanın yeni baş naziri Novruz Məmmədov olub - YENİLƏNİBAzərbaycanın yeni baş naziri Novruz Məmmədov olub - YENİLƏNİB
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. Bizimlə əlaqə : Tel/Faks: 510-18-49/510-17-74
 

Copyright © 2014 Bütün hüquqları qorunur.