- 21:25 Ermənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıb
- 11:20 “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”
-
02:20
Саудовского короля спрятали в бункер из-за игрушечного самолетика
- 02:16 Səudiyyə kralının sarayı üzərində dron vurulub
-
00:59
Dövlət çevrilişinə cəhd olub, kral təxliyyə edilib
- 21:19 Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
- 20:59 AZAL-ın təyyarəsi məcburi eniş etdi
- 20:19 Ученые разработали технологию выявления рака на ранней стадии
- 16:37 MƏHKƏMƏ ANS-LƏ BAĞLI QƏRARINI AÇIQLADI
- 16:30 Qadınların başörtüsü yenə səs-küyə səbəb oldu
- 16:00 Göygöldə Torpaqların EKU Sisteminin nəticələrinin tətbiqinə başlanılıb
- 15:00 Bələdiyyə sədri zibilin "zibilinə düşdü"

Həftəbecər
Tarix: 26/12/2017
Müğənnilər Nigar Camal və Samir Cavadzadə “Show time” verilişində müğənni Röya Ayxanı ələ salıblar. Samir deyib: “Röyanın əhvalı hər 15 dəqiqədən bir dəyişir. Əkizlər bürcüdür, ola bilər”. Nigar Camal isə belə deyib: “Sən rus dilini bilmirsən, neyləyim?”
P.S. Samir bəy, belə çıxır ki, hər 15 dəqiqədən bir əhvalı dəyişirsə, onda Röyanın ağlı sürüşkəndirmi ki, əhvalı bir yerdə 15 dəqiqədən artıq duruş gətirmir? Nigar xanım, sən də heç narahat olma ki, Röya rus dilini bilmir. “Zato” Röya abır-həyanın, başqasının ərini ələ keçirməyin, səhnədə soyunmağın, o dərisi bir abbasıya dəyməyən, qurumuş bədənini kimlərəsə sevdirməyin dillərini çox əla bilir. Özü də deyəsən dillər universitetini bitirib...
***
ABŞ prezidenti Donald Trampın çox müxtəlif pozalarda, əcayib-qərayib şəkillərindən biri də 2 yumruğunu yuxarı qaldırıb, boksçu kimi “stoyka”da durmasıdır. Sanki bu saat kimisə vurub, yerə yıxacaq.
P.S. Bununla ABŞ prezidenti nə demək istəyir? Yəni demək istəyir ki, siyasətdə olduğu kimi, boksda da onun qarşısına çıxan olmaz? Cənab D.Tramp tamamilə yanlış düşünür, elə siyasətdə də, boksda da bizim Daşkəsənin icra başçısı Əhəd Abıyev onun qabağına qoz qoyar. Verilmiş şəkilə diqqətlə baxın. Əhəd müəllim D.Trampdan çəkidə də ağır, siyasətdə də güclü və boksda isə qat-qat texnikalıdır. Ə.Abıyevin bircə zərbəsi kifayətdir ki, Tramp yerə sərilsin və hakimin 10-a qədər saymasından sonra da tərpənməsin. Deyəsən, D.Tramp bizim Əhəd müəllimi hələ yaxşı tanımır. Yoxsa, bir də o pozada şəkil çəkdirməz.
***
2018-ci il artıq qapıdadır. Əlbəttə, hər il olduğu kimi bu il də hamı bir-birinə yeni-yeni arzulara, diləklərə, niyyətlərə qovuşmasını arzu edəcək.
P.S. Artıq arzular da şablonluqdan çıxaraq, dövrün tələbinə uyğun dəyişməlidir. Məsələn belə: “Yeni ildə sənə yeni dərd, yeni qayğılar arzu edirəm”. Və yaxud “Arzu edirəm yeni ildə kredit borclarının faizi kəllə-çarxa çıxmasın”. Belə də ola bilər: “Arzu edirəm, yeni ildə borc verə bilən yeni insan tapasan”. “Banka olan borcuna görə, arzu edirəm ki, yeni ildə bank səni məhkəməyə verməsin”. “Arzu edirəm, yeni ildə də manat dollara nisbətən yerində saymasın, irəli- geri hərəkət edib, bizləri həyəcanlandırsın”. “Yeni ildə arzu edirəm bazarın qiymətləri 200-300 manat maaş alanlara da əlçatan olsun”. Bunlardan da gözəl arzular olarmı?
***
“Daş yuxular” əsərində ermənilərin xeyrinə Azərbaycan tarixini saxtalaşdırdığına görə 2013-cü ilin fevralın 7-də prezidentin fərdi təqaüdündən və “Xalq yazıçısı” adından məhrum edilən Əkrəm Əylisili 80 illiyi ilə bağlı zəng edib, hal-əhval tutub, xəstəliyi barədə soruşan jurnalistə belə cavab verib: “Xəstəlik barədə danışsam, mətbuat məni xalq artisti Rasim Balayevin gününə qoyacaq”.
P.S. Əkrəm müəllim, siz nəzir-niyaz verin və gecə-gündüz Allaha dua edin ki, Rasim Balayevin gününə düşəsiniz. Amma Allah heç kəsi sizin gününüzə salmasın. Amin!
***
Bakının Balaxanı qəsəbəsində yaşayan Günay Əliyeva adlı gənc xanım, dəfələrlə etdiyi xəbərdarlığa baxmayaq əri Əliyar Əhmədovla qeyri-rəsmi görüşməyə davam edən Aynurə Babayevanı cib bıçağı ilə bıçaqlayaraq, ciddi xəsarət yetirib.
P.S. Bu da efirlərimizin, qəzetlərimizin, saytlarımızın böyük həvəslə, az qala şad xəbər kimi təqdim etdikləri kriminal xəbərlərin nəticəsi. Artıq qadınlar da bıcağa əl atırlar. Rəhmətliyin qızı, day əlini batırmısansa, gərək bir-iki bıçaq zərbəsi də ərinə vuraydın ki, hər iki aşiq-məşuqun qanları da qovuşaydı...
***
Xəbər verilir ki, dəm qazından boğulmaların qarşısını almaq məqsədi ilə 30 ildən çoxdur əl dəyməyən tüstü bacaları təmizlənməlidir.
P.S. Öz aramızdır, bir neçə il bundan əvvəl dövlət evlərin tüstü bacalarının təmizlənməsi üçün 5 milyon manatdan yuxarı pul ayırmışdı. Maraqlıdır, görəsən, o milyonlar hara geeetdi?
***
Müğənni Nadir Qafarzadə bir çox sənət adamlarını hədələyərək deyib: “Mən kəsəndə dibindən kəsmirəm, kökündən çıxardıram. Mənə el arasında “Arxiv Nadir” deyirlər, köhnələrdənəm. Artıq bir necəsi hazırlaşsın, çamadanlarını yığa bilər...”
P.S. Ay alma yanaqlı, gül dodaqlı, maral gözlü Nadir bala, o kökündən çıxardığın şeyi neyləyirsən? Harada istifadə edəcəksən onu? Bir də ki, Nadir bala, yəqin eşitməmiş olmazsan, belə bir məsəl var: “Qazan dedi dibim qızıldı, çömçə dedi gəzib gəlmişəm”. Sən özün də xirtdəyəcən tortun içindəsən, amma başqasına tort yedizdirməkdən danışırsan ki, ay nə bilim açaram sandığı, tökərəm pambığı və s. Unutma ki, sənin də arxivin başqalarında var. Sənətə necə, hansı yollarla gəlmisən və bu gün də hansı yoldasan, hamıya məlumdur. Sən göydən yerə enmiş mələk deyilsən, sadəcə bir kələksən. Kələklə gələn, küləklə gedər, Nadir bala. Ona görə də başını aşağı sal, işini gör... İsraildə Xocalı günündə konsert verməyini, saat 4-də ananı dəfn edib 6-da toy oxumağın kimi arxivləri də unutma...
***
Əməkdar artist Aygün Bəylər “Səhər-səhər” verilişində aparıcı Elgiz Əkbərin Röya haqqında dediyi “Sevilir, sənətkardır” sözlərinə etiraz edərək deyib: “Hansı sənətdən danışırsan? Röya hansı sənətlə gəlib? Röya kimilər çoxdur. 80 faizi o gündədir. Bəlkə xalq iyrənir? Mən onun səsinə qulaq asa bilmirəm...”
P.S. Bunu ki, mən demirəm? Röyanın sənətdən bixəbər olduğunu cəsarətlə dilə gətidiyinə görə, Aygün xanım, sənə min əhsən. Bəlkə bircə qram cəsarəti varsa, Röya gedib düşünsün ki, səhnədə sənətlə irəli gedərlər, bədənlə, gödənlə, güdənlə yox...
***
Şeyx Allahşükür Paşazadənin qudası, sabiq deputat, 28 dəfə Həcc ziyarətində olmuş “Hacı Qalib-28” ləqəbli Qalib Salahzadə, 315-ci maddə ilə (dövlət nümayəndəsinə zor tətbiq etmə), 3 il iş almış 21 yaşlı oğlu Əlihüseyn barədə, həmkarımıza verdiyi müsahibədə deyib: “315-ci maddə bizim ailəyə düşür. Vaxtilə mən də bu maddə ilə həbs olunmuşdum (belə yerdə deyiblər e, ataların yolu, oğulların yoludur- E.M.) sonra deputat oldum. İndi deyəsən oğlum da deputat olacaq”.
P.S. Deyəsən, “Hacı Qalib-28” Milli Məclisi cəzaçəkmə müəssisəsinin bir qolu hesab edir. Nə olub ay Hacı, Milli Məclisdə 5 il “srok” çəkmisən, azlıq edib ki, indi də oğlunu 5 illik müddətə ora göndərmək istəyirsən? Görürəm, ay Hacı, bu 5 illik “srok”un dadı damağında yaman qalıb ha... Amma çalış, növbəti dəfə cəzaçəkmə müəssisəsinin yerini səhv salma, yoxsa, ailənizə düşərli olan o 315- ci maddəyə görə 29-cu dəfə Həcc ziyarətinə gedə bilməzsən.
***
Məlumatlara görə, gələn ildən məscidlərdə fəaliyyət göstərən mollalar dövlətdən maaş alacaq.
P.S. Olduqca maraqlı məsələdir. Axı, konsititusiyaya görə, din dövlətdən ayrıdır. İndi bunu necə başa düşək? Ya din dövlətin işinə müdaxilə edir, ya da dövlət dindən, mollalardan qorxur. Bəlkə də, camaat hədsiz dərəcədə kasıbladığından daha nəzir qutularına pul atmır və bu səbəbdən də mollalar ac qalır. Bu isə ölülərimizin mollasız dəfn olunması deməkdir. Ola da bilər, dövlət mollaların bəd dua yazmasından çəkinib və bu addımı atıb. Bu da mümkündür ki, mollalar “dövlətin pulu dənizdir, onu yeməyən donuzdur” prinsipi ilə elə bir dua yazıblar ki, dövlətin ağzı- üzü din xadimlərinə tərəf əyilib. Yəqin bu gündən sonra mollaları icra hakimiyyətlərində dua yazmaq ştatına işə də götürəcəklər. Hələ gələcəkdə AMEA-da ölünü sağ, yoxsa sol çiyni üstə basdırmağın elmi əsasları mövzusunda nəmizədlik, doktorluq işləri də müdafiə olunacaq. Bununla da dinin dövlətdən ayrı olduğu yazılan konstitusiyanın fatihəsini verək, getsin. Allah rəhmət eləsin!
***
Müğənni Mətanət Əsədovanın onu bir məclisdə bol-bol öpüşlərə qərq etməsinə meyxanaçı Namiq Qaraçuxurlu belə bir reaksiya verib: “Şou-əhliyik, deyib-gülürük. Xanım sənətçilərlə öpüşüb-görüşürük. Şəkil çəkdirəndə əlimizi belinə qoyuruq. Bu şou-biznes üçün adi haldır”.
P.S. Əlbəttə, şou-biznesdə olan, istər kişilərin, istərsə də xanımların, bir-biri ilə öpüşməsi, qucaqlaşması, alt paltarı görünməklə şpaqat açması, sinəsinin çölə çıxması, yıxılması, durması, dartışması, qapışması şou-biznesin qızıl qaydasıdır. Şou-biznes əhlisənsə, mentalitet, etik qaydalar, abır-həya, utanıb-qızarmaq sizə yad olan şeylərdir. Şou-əhlinin, gərək bilinməsin ki, kimin əli kimin cibindədir. “Biz şou-əhliyik”- deyib, Namiq bəy, soyunub lüt gəzmək, birinin ərini o birinin arvadı ilə tutmaq, başqasının ailəsini dağıdıb kişisinə sahib çıxmaq adi haldır, eləmi?
ELÇİN

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər