- 21:40 263 nömrəli məktəbdəki hadisə ilə bağlı DİN-dən AÇIQLAMA
- 19:07 Metroda cibgirlik edən belə ələ keçdi
- 18:27 263 saylı məktəbdə 1-ci sinif şagirdi zorlanıb?-DƏHŞƏT
- 13:43 Hərbi vəziyyət zamanı KİV-ə qoyulan məhdudiyyətin pozulmasına görə cəzalar müəyyənləşib
- 13:02 Оппозиция в Армении назвала условия своего участия в выборах
- 12:40 Deputat: Elə ermənilərin özü Sarkisyanı beynəlxalq məhkəməyə verməlidi
- 08:48 Minsk qrupunun həmsədrləri İrəvan hadisələri ilə bağlı bəyanat yayıb
- 17:56 Nikol Paşinyan: “Qalib xalq, təbrik edirəm”
-
17:05
Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)
- 14:29 “QAZ” markalı avtomobillər yığılacaq - HACIQABULDA
- 14:01 Energetika nazirinə yeni köməkçi təyin olunub
- 13:48 22 mayda keçiriləcək hərraca 70 dövlət əmlakı çıxarılıb

Həftəbecər
Tarix: 13/2/2018
“Eurovision-2018” təmsilçimiz, indidən lüt-ətçəbala şəkilləri ilə gündəmə gələn Dilarə Kazımova keçirdiyi mətbuat konfransında deyib: “Deyirlər ki, Azərbaycanın seks simvoluyam”.
P.S. Zalımın qızı, zalım, olan-qalan bir tikə ətimizi də tökdün. Qoy sənə Azərbaycanın əxlaq, mədəniyyət, sənət simvolu desinlər də... İndidən soyunub arxanı, sinəni çöldə qoyanda bəs bilmirdin sənə elə deyəcəklər? Hələ bir fəxrlə də bəyan edir ki, ona seks simvol deyirlər. Nə avam, yazıqdır ə, bu. Ağlında sənətdən başqa hər şey var, mən ölüm...
***
Amerikalı milyarder və “Microsoft” koorporasiyasının yaradıcısı Bill Geyts Edinburq şəhərində yerləşən “GALVmed” təşkilatına adi inəklərdən 4 dəfə məhsuldar və dözümlü olan ideal inəyin yaradılması üçün 40 milyon dollar pul bağışlayıb.
P.S. Pul olmaqla deyil ee, adamda ağıl deyilən bir şey də olmalıdır. Görün 40 milyon dolları nəyə sərf edir? İdeal inək yaratmağa... Rəhmətliyin oğlu, ideal inək yəni, heyvan, olarmı? İnək ideal yox, xoşbəxt olar ki, onu da bizim “Atena” süd məhsulları şirkəti çoxdan yaradıb. Ona görə də süd paketlərinin üstündə də yazıblar ki, “xoşbəxt inəyin südü”. Bu, pulu çox, ağlı boş Bil Geyts o 40 milyon dolları “Atena” süd məhsulları şirkətinə versəydi, tez bir zamanda xoşbəxtcəsinə gülümsəyən inəklər Azərbaycandan dünyaya ayaq açardılar. Hörmətli mister Bill müəllim, Sovet höküməti 70 ildə milyardlarla pul buraxdı ki, ideal insan yaratsın, alınmadı. İndi sən durub ideal inək yaratmaq istəyirsən? Amma xoşbəxt inəyin yeri var, mən ölüm.
***
Müğənni Xatirə İslam ona verilən “Həyat yoldaşınız geyiminizə qarışırmı” sualına əsəbləşərək belə cavab verib: “Ümumiyyətlə, özümə aid suallara cavab verirəm. Bura başqa adamları qarışdırmayaq”.
P.S. Mən başa düşə bilmirəm, ər nə vaxtdan “başqa adamlar” kateqoriyasına aiddir? Bəlkə Xatirə xanım ərdə olsa da, buna əhəmiyyət vermir və özünü azad quş hiss edir? Xatirə xanımın bu sözləri bir lətifəni yada salır.
Bir qadından soruşurlar:
-Barmağındakı o qalın üzük nə deməkdir?
- Bu, o deməkdir ki, yəni mən ərdəyəm.
-Yaxşı, nazik üstü qaşlı üzük nə məna verir?
- Əşi, onun heç bir əhəmiyyəti yoxdur.
- Bəs hər iki üzüyün bir barmaqda olması nə deməkdir?
-Bu, o deməkdir ki, ərdəyəm, amma bunun elə bir əhəmiyyəti yoxdur.
***
DİN-in mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov “Bakı Xəbər” qəzetində dərc etdirdiyi yazıya belə bir başlıq qoyub: “Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı”.
P.S. Hörmətli Natiq bəy, məgər narkotik vasitənin qanuni dövriyyəsi də olur?
***
Məlumatlara görə ABŞ Putinlə əlaqəsi olan 210 məmura “maliyyə müharibəsi” elan edib.
P.S. Belə çıxır ki, ABŞ-ın bütün məmurları Putinə işləyir? Day denən D.Trampın sayəsində ABŞ Rusiyanın bir quberniyasına çevrilib ki...
***
Bu ilin aprel ayında olacaq prezdident seçkiləri ilə bağlı müxalifət adlanan bəzi siyasi partiya liderləri öz namizədlərini irəli sürürlər.
P.S. Burada maraqlı bilirsiniz nədir? İnsan öz məğlubiyyətini əvvəlcədən bilə-bilə namizədliyini verirsə, bu, ən böyük bədbəxtçilikdir. Bu bədbəxtçilik də, neçə illərdi müxalifəti necə basıbsa, çox dərin yuxuya gediblər. Hər seçkidən-seçkiyə oyanıb, bir -iki ağız əsnəyirlər, sonra yenidən yuxuya gedirlər. 5 ildən bir ayılıb əsnəməsələr, onların varlığını heç kəs bilməz.
***
Deputat Hadı Rəcəbli Kulis.az saytına verdiyi müsahibədə cəmiyyətdə varlılara olan mənfi münasibətdən danışarkən deyib: “Varlılara neqativ münasibət həsəddən, cəmiyyətdə olan nöqsanları o adamlarda görməkdən yaranır”.
P.S. Bu Hadı müəllim hər ağzını açıb danışanda, ara qarışır, məzhəb itir də... Gərək Oqtay Əsədova müraciət edək ki, Hadı Rəcəbli ümumiyyətlə danışmasın. Danışan kimi də “quş” buraxır. Ay Hadı müəllim, varlılar o varı, pulu halal yolla qazansa, ona kimsə həsəd aparmaz və heç kəs də söz deməz. Varlılar, o sərvəti dövlətin büdcəsini talamaqla əldə edirsə, əlbəttə, bu cəmiyyətdə birmənalı qarşılanmayacaq və onlara qarşı aqresiyya da olacaq, nifrət də. Hələ belələrini arada hörmətli prezident İlham Əliyevin “içəri” atmasını demirəm.
***
Müğənni sayılan Şəbnəm Tovuzlu ARB TV-nin “Sayqa ilə bir axşam” verilişində qonaq olarkən jurnalistləri təhqir edərək deyib: “Bizi pis təqdim edirlər. İnsanlarda bizə qarşı nifrət oyadırlar. Bəzi yerdən çıxan jurnalistlər, özünə hörmət etməyənlər, niyə belə edirsiniz?”
P.S. Şəbnəm xanım, jurnalistlər yox, siz özünüz özünüzü pis təqdim edirsiniz. Sizi bəyəm jurnalistlər soyundurub yarıçılpaq edir? Yoxsa səsi, sənəti olmaya-olmaya sizi jurnalistlər oxumağa məcbur edir? Bəlkə bir ərdən boşanıb, başqasına ərə getməyi və kiməsə sevgili olmağı jurnalistlər məsləhət görüb? Sən Şəbnəm xanım bunları edirsən, xalq da görür, jurnalistlər də. Bir də ki, “bəzi yerdən çıxan jurnalistlər” deyirsən, Şəbnəm xanım, o bəzi jurnalistlərin çıxdığı yer məlumdur, amma sənin çıxdığın yer məlum deyil. Ona görə də danışanda qatığı sevdiyini heç olmasa, göstərmə.
***
Rejissor Aqil M.Quliyev mətbuata deyib: “Tanıdığım elə məşhur xanımlar var ki, əri yoxdur, 2-3 uşaq doğub, hamı da bilir kimin məşuqəsidir”.
P.S. Eh ay Aqil bəy, nə qoyub, nə axtarırsan? Rəhmətliyin oğlu, məgər sən bu açıqlamanla elə bilirsən Amerika kəşf etmisən?! Ay -hay, ölmüşdü Xankişi. Aqil bəy, bu gün istər əri olsun, istərsə də olmasın, fərqi yoxdur, sevgilisi olmayan müğənni xanıma belə bir təhər baxırlar e... Sevgili, xanım müğənninin sənəti ilə yarıbayarı sayılır. “Tak şto” burada qeyri-adi heç nə yoxdur.
***
Müğənni Nadir Qafarzadənin estradamızın “vor zakon”u olmuş İlhamə Quliyeva ilə yaxınlığını göstərmək üçün sosial şəbəkədə paylaşma edərək yazıb: “Mənim ilk və son taclı sənətkarım, sən dahisən. Yerin görünür”. Bu sözlərə prodüsser Tolik (Tarix Əliyev) belə cavab verib: “İndi bir çoxları çıxıb ki, biz onun yaxınıyıq. Sizi yanına aparsın”.
P.S. Tolik bəy, alma yanaqlı, gül dodaqlı, maral gözlü Nadir Qafarzadəni İlhamə Quliyeva yanına apara bilməz. Amma cəhənnəm odunun arasından vaxt tapıb ona barmaq silkələyə bilər. N.Qafarzadə də, yaxşı bilirsən ki, qorxağın biridir, o barmağı özündə hiss edən vaxt, quzu canavarın üstünə gedən kimi, estradamızın “vor zakon”u tərəfə yön alacaq.
***
Şəffaf geyimdə aparıcı Zaur Kamalın “5-/5” verilişində qonaq olan müğənni Mətanət Əsədova belə deyib: “Səni istəyirəm, Zaur”.
P.S. Ay sənin canın yanmasın, Mətanət. Ağəz, sənin istəmədiyin kişi qalıb ki?
***
Müğənni Elçin Hüseynov “Show time” verilişində qonaq olarkən deyib: “Müğənni qızla ailə qurmaq olmaz”.
P.S. Elçin bəy, sənə kim deyir ki, müğənni qızla ailə qur? Adam müğənni qızla yaxşı dost, sevgili ola bilər. Elə bil Allah bu müğənni xanımları kiminləsə sevgili olmaq üçün yaradıb də...
ELÇİN

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər