DataLife Engine > Çap üçün versiya > Həftəbecər
DataLife Engine Azerbaijan Support > Mədəniyyət, Sağ Manşet > Həftəbecər

Həftəbecər


15-05-2018, 18:22. Yerləşdirdi: memmedov
Müğənni Faiq Ağayev “ATV magazin 10-larla” verilişində şou-əhlini yeməklərə bənzədərək deyib: “Şou biznesin dovğası yox, “Şah” plovuyam”.
P.S. Faiq bəy, qoy sənə qiyməti tamaşaçılar versin. Hazırda qıl körpüsündən keçib, qır qazanının ətrafında tac paylayan estradamızın “vor zakon”u olmuş İlhamə Quliyeva kimi, adam özü-özünə titul verməz. Bu, bir. İkincisi isə, Faiq bəy, dovğa məsələsində həqiqətə bir az yaxınlaşmışdın, dovğanın qatıqdan hazırlandığını nəzərə alsaq, sən bu kateqoriyaya daha uyğun gəlirsən. Özünə “Şah” plov demək isə, şizofreniya xəstəliyinin əlamətidir ki, bunu da ancaq yenə İlhamə Quliyeva müalicə edə bilər. Faiq bəy, İlhamə Quliyevanın təzə telefon nömrəsini bilirsənmi?

***

Qəzetlərin birində yazıya belə bir başlıq qoyulub: “ “Asan Xidmət”in fəaliyyəti zəifləyə bilərmi?”
P.S. Yox! Çünki “Asan Xidməti”in fəaliyyətinin zəifləməsi çox mürəkkəb məsələdir.
***
Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq xidmətində aparılan yoxlamalar zamanı çox ciddi nöqsanların tapılması, bu xidmətin rəisi Azər Süleymanovun həbs edilməsi ilə nəticələnəcəyi barədə qəzetlərdə məlumatlar dolaşır.
P.S. Azər Süleymanov həbs edilməsindən qətiyyən narahat olmasın. Çünki bu adam neçə illər ərzində xalqımızı at, eşşək, it əti yedizdirməklə acından ölməyə qoymayıb. Bu yaxşılığı unutmaq olarmı? Elə buna görə də, xalqımızın nümayəndələri onun yaxşılıqlarının əvəzi olaraq at, eşşək ətindən hazırlanmış kotletlə, dolma ilə, bozbaşla, it ətindən çəkilmiş və quzu ətindən fərqlənməyən dadlı kabablarla yüklənib həbsdə olan Azər Süleymanova “peredaça” vermək üçün növbəyə duracaqlar. Arxasında xalqın bu boyda dayağını hiss edən Azər müəllimi, məhz bu səbəbdən həbsxana qətiyyən qorxutmamalıdır.
***
Ermənistanda təxminən 1 ay ərzində gedən etirazlar nəticəsində baş verən hakimiyyət qarşıdurmasından, kütləvi mitinqlərdən istifadə edib “Ordumuz niyə hücuma keçib Qarabağı azad etmədi”- sualına politoluq Elxan Şahinoğlu belə cavab verib: “Ermənistanda hərbi xuntanın hakimiyyətdən uzaqlaşdırılması üçün proseslərin getdiyi vaxtda bizim seyrçi mövqeyində dayanmağımız doğru idi. Biz bu ərəfədə müharibəyə başlaya bilməzdik”.
P.S. Şahin bəy, demək istəyirsən ki, ermənilərin belə ağır bir günündə müharibəyə başlamaq kişilikdən deyil, eləmi? Bəs ermənilər necə? Onlar 1993-cü ildə Azərbaycanda baş verən qarşıdurmadan, xaosdan istifadə edərək, 20 faiz torpaqları kişilik qanunu ilə işğal etdilər, eləmi? Şahin bəy, torpaq, vətən uğrunda kişi kimi döyüşmək olar, amma torpağı işğaldan azad etmək üçün yaranan fürsəti düşmənə güzəştə getmək zamanı gələndə, kişilik arxa plana keçməlidir. Əksinə, məhz həmin mitinqlər zamanı kimin nə deməsindən asılı olmayaq, hücum edib Qarabağı azad etsəydik, bax, bu əsl kişilik və qəhrəmanlıq olardı. Şahin bəy, axı qalibləri heç vaxt mühakimə etmirlər. Deməli, Qarabağı azad etmək üçün daha bir fürsət əldən çıxdı... Çox, çox heyf!!!
***
Müğənni Xatirə İslam “Səhər-səhər” verilişində sənət adamlarının tənqid olunmasından danışarkən deyib: “Tərəzinin gözünə qoyub baxaq, görün sənət adamları öz övladını necə böyüdür, təhsil verir. Hamısı uşaqlarını oxutdurur. Oğlumun 5 yaşı var, dörd dil bilir...”
P.S. Mən də deyirəm Xatirə xanımın əri Fəxrəddin bəy, niyə ailəsini tərk edib? Görünür, yazıq Fəxrəddin bəy, sənət adamı çox dilli olduğundan Xatirə xanımın dilini tapa bilməyib dayna...
***
Sayt və qəzetlər yazırlar ki, qaçaq yolla ölkəyə gətirilən saxta dərman vasitələrinin digər apteklərlə yanaşı deputat Elmira Axundovaya məxsus “Elit” apteklər şəbəkəsində də satılır.
P.S. Sonrada utanmadan deyirlər ki, deputatın aldığı 1575 manat əmək haqqı azdır və ona görə də bu pulu artırıb 2598 manat elədilər. Ötən sayımızdakı “Həftəbecər”də yazmışdım ki, deputatların obyektlərindən gələn milyonlarla manat pulla, əksəriyyəti işsiz olan seçiçilərə babat əmək haqqı vermək olar. Bu da sənə konkret fakt. Təkcə deputat Elmira Axundovaya məxsus “Elit” apteklər şəbəkəsində saxta dərman vasitələrinin satışından görün nə qədər iri pullar dövr edir? O pullardan imkansız və kasıb olan seçiçilərin bir çox problemlərini, məsələn, bank kreditlərini, müalicə pulunu təkcə Elmira Axundova həll edə bilər. İndi görün qalan deputatların obyektlərində necə milyonlarla manat pul dövr edir. Bu azmış kimi Qüdrət Həsənquliyev heç bir utanc hissi keçirmədən deyir ki, deputat 8 min manat əmək haqqı almalıdır. Belə yerdə deyiblər e, utanmasan oynamağa nə var?
***
Milli.az -saytı üzdə olan şou-əhli xanımları həm makiyajsız, həm də makiyajlı şəkillərini oxuculara təqdim edib. Bu şəkillərdən görünür ki, xarakterinə, ağızlarının danışıqlarını bilmədiklərinə görə hamının zəhləsi getdiyi şou-əhli olan xanımlar, həm də görünüşcə bir qəpiklik deyillərmiş.
P.S. Belə yerdə Səməd Vurğunun bir kəlamı yada düşür: “Nə ola, bir güclü yağış yağa, kənd qızlarının üzünün tozunu yuya, şəhər qızlarının da pudrasını, onda görərik hansı gözəldir?” İndi makiyajsız şəkilləri verilmiş şou-əhli xanımlara baxanda şairin necə haqlı olduğunu görürük. Gözümüzü efirlərdə yağır edən bu şou-əhli xanımlar makiyajsız gecələr qarşımıza çıxsalar, ətövbə adam qorxudan sarılıq tutar.
***
Sosial şəbəkədə “Eurovision-2011” -in qalibi Nigar Camalın paylaşdığı şəkili çoxları qınayıb ki, şəkildə müğənninin dekolteli koftasından sinəsi görünüb.
P.S. Ətiniz tökülsün elə... Burada qınağa səbəb olan nədir axı? Rəhmətliyin uşağı, Nigar Camalın dekolteli koftasından sinəsi görünməlidir dəə... Üç barmağın konfiqurasiyası görünməyəcək ki... “Vot tebe na!”
***
Prodüsser Tolikin (Tarix Əliyev) “Hər şey daxil” verilişində qonaq olan və müğənni sayılan Vəfa Şərifova Şəbnəm Tovuzlu barədə belə deyib: “İstəmirəm ki, mənim adım səhnəmizin üz qaraları ilə, bir ayda 3 kişi dəyişənlərlə bir arada çəkilsin...”
P.S. İndi yumurtadan təzəcə “çip” edib çıxan bu Vəfa Şərifova yəqin demək istəyir ki, bir ayda 3 kişi dəyişən Şəbnəm Tovuzlu pis adamdır. Bəlkə Vəfa xanıma bir ayda 3 yox, 5-6-10 kişi dəyişən xanımlar xoş gəlir? Əgər deyilən kimi, Şəbnəm Tovuzlu doğrudan da ayda 3 kişi dəyişirsə, bu, çox doğru yoldur. Axı şou-əhli üçün kişinin “defisit” olduğu kimə sirdir ki? Heç kimə! Bax ona görə də, Şəbnəm xanım bir ayda 3 kişini, yumurta kimi dişinə vurub yoxlayır ki, görək hansı kişinin yumurtası bərkdir. Yumurtası boş, yəni yumşaq xarakteri olan kişi kimə lazımdır ki... Ona görə də Şəbnəm xanım, Vəfa Şirinova və digət şou əhli xanımlar bir ayda 10 kişini də dişinə vurub yoxlasalar, “əmi canı qəti qorxusu yoxdur”.
***
Müğənni Nadir Qafarzadə ARB TV-nin “Səhər-səhər” verilişində oynayarkən yıxılıb və durub oturandan sonra kimlərəsə ünvanlı belə deyib: “Gedin hələ qanqal otlayın, adam olanda gələrsiniz...”
P.S. Ay alma yanaqlı, gül dodaqlı, maral gözlü Nadir Qafarzadə, axı qanqal otlayan adam yox, eşşək olur. Eşşək də necə adam ola bilər? Adam isə qanqal yeyə bilər. Amma Nadir bala, sənin qanqalla tanışlığın nə vaxtdan başlayıb ki, başqalarına bunu yeməyi məsləhət görürsən?
***
“Eurovision - 2018” təmsilçimiz Aysel Məmmədova Azərbaycanın 10 ildir iştirak etdiyi bu yarışda ilk dəfə olaraq, finala çıxa bilməyib.
P.S. Bu, çox təbii haldır. Ona görə ki, Aysel Məmmədova ortaya toyuq kimi qaqqıldamağı və soyunub alt paltarını yox, sənət qoysaydı, əlbəttə, finala çıxa bilərdi, bəlkə də qalib də olardı. Bu, musiqi-sənət yarışmasıdır, alt paltarın yox. Bizim təmsilçilərimiz isə nə vaxt bunu dərk etsələr, onda uğur da qazanacaqlar.

ELÇİN

Həftəbecər

Geri