DataLife Engine > Çap üçün versiya > FRİDRİX NİTSŞE:Aforizmlər, sitatlar, fikirlər
DataLife Engine Azerbaijan Support > Mədəniyyət, Köşə > FRİDRİX NİTSŞE:Aforizmlər, sitatlar, fikirlər

FRİDRİX NİTSŞE:Aforizmlər, sitatlar, fikirlər


22-05-2018, 15:55. Yerləşdirdi: admin
FRİDRİX NİTSŞE
Aforizmlər, sitatlar, fikirlər
(Fridrix Nitsşe (1844-1900) – alman mütəfəkkiri və filosofu, klassik filoloq, bəstəkar, şair)

II HİSSƏ
• Günə yaxşı başlamaq üçün ən yaxşı vasitə oyandıqdan sonra bu gün heç olmasa bir nəfərə sevinc bəxş etmək barədə düşünməkdir.
• İnsan taleyində hökmranların öz təəbələri arasında birinci olmamasından böyük bədbəxtlik yoxdur. O zaman hər şey yalan,səbatsız və dəhşətli olur.
• İnsanların mövcud olduqları vaxtdan üzü bu yana insan çox az sevinir. Mənim qardaşlarım, bizim ilk günahımız yalnız bundadır! Əgər biz daha çox sevinməyi öyrənsək, başqalarını incitməkdən və insanlara pislik etməkdən daha tez uzaqlaşarıq.
• Qadınlar barəsində kişilərlə danışmaq lazımdır.
• Sevgidəki misginlik ondakı ləyaqətin yoxluğu ilə maskalanır.
• Qoy insan qisas hissindən azad olsun. Budur, yüksək ümidə aparan körpü, tutqun havadan sonra mavi səma...
• Qısqanclıq, ən ağıllı ehtiras, eyni zamanda ən böyük axmaqlıqdır.
• Din hökmranlıq əldə edən kimi onun rəqibləri ilk davamçıları olur.
• Dindar adam öz təbii düşmənini azad düşünən insanda yox, dindar adamda axtarır.
• Şöhrət düşgünü vaxtında bu həvəsindən uzaqlaşmalı və vaxtında getmək mədəniyyətini öyrənməlidir.
• Hətta ölümünüzdə belə ruhunuz və fəzilətiniz axşam şəfəqi kimi alovlanmalıdır. Əks təqdirdə ölümünüz də sizin üçün uğulu olmayıb.
• Bəziləri çox gec, bəziləri çox tez ölürlər. “Vaxtında öl!” ifadəsi hələ ki, qəribə səslənir.
• Sürüyə can atmaq özünün “Mən”ini təsdiqləmədən də qədimdir. Nə qədər ki, yaxşı vicdan sürü iradəsini bildirir, axmaq vicdan “Mən” deyəcək.
• Mən krallara, kilsələrə, illərin ağırlığından əldən düşümüş və fəzilətdə zəifləmişlərin hamısına “özünüzü dəf edin!” və nəticədə yenidən həyata qayıdacaqsınız, fəzilətiniz yenidən sizə qayıdacaq məsləhətini verirəm.
• Ehtiras: bütün azad ürəklər üçün günahsız və sərbəst, yerin xoşbəxtlik bağı, bayram bolluğu və gələcəyin hədiyyəsidir.
• Ehtiras: bu, təravətini itirənlər üçün şirin zəhər, şir iradəsi olanlar üçün isə ürəyi möhkəmləndirib ona güc verən, hörmətlə qorunub saxlanılan şərabların ən yaxşısıdır.
• Ehtiras: bu ən böyük həzzdir, ali xoşbəxtlik və yüksək ümidin simvoludur.
• Mənim qardaşım, əgər xoşbəxtlik səni müşayiət edirsə, sənin bir fəzilətdən artıq fəzilətin yoxdur və o zaman körpünü keçmək sənin üçün asan olacaq.
• Əgər doğru hesab etsək və insan taleyində hər gün baş verən xoş dəqiqələri unutmasaq, dünyada tutqun, kədərli gözlərin gördüyündən də çox xoşbəxtlik var.
• Sağalmaq üçün yataqdan istifadə edən xəstə kimi hər cür kiçik xoşbəxtlikdən də istifadə etmək lazımdır.Başqa cür ola bilməz.
• Bir səhər Zərdüşt ürəyində güldü və istehza ilə dedi: “Xoşbəxtlik ardımca qaçır. Ona görə ki, mən qadınların arxasınca qaçmıram. Xoşbəxtlik isə qadındır”.
• “Müasir ideyalar”insanı- özündən son dərəcə narazı, məğrur bir meymun. Bu inkar edilməzdir. O əzab çəkir və onun şöhrətpərəstliyi istəyir ki, o “əzab çəksin”.
• Uçmağı öyrənmək istəyən əvvəlcə ayaq üstə durmağı, yeriməyi, qaçmağı, dırmaşmağı, rəqs etməyi öyrənməlidir. Birdən-birə uçmağı öyrənmək olmaz!
• Ən yaxşılar hökmranlıq etməlidir və ən yaxşılar hökmranlıq etmək istəyirlər! Bu nəzəriyyənin başqa cür səsləndiyi yerlərdə isə ən yaxşılar çatışmır.
• Yaratmaq üçün oxumalısınız!
• Nəyisə arzulamaq və ona nail olmaq güclü xarakterin əlaməti hesab olunur. Ancaq heç nə istəməsə də, yenə də istəmədiyi şeyə nail olmaq, özünü qismətin təcəssümü hesab edən güclülərə xasdır.
• Mən cəsur insanları sevirəm. Amma qılınc olmaq hələ kifayət deyildir. Kimi vurmağı da bilməlisən! Çox vaxt cəsurluq özünü saxlamaqdan və yan keçməkdən ibarət olur. Özünü daha layiqli düşmən üçün saxlamaq!
• Əxlaq kiməsə yükdürsə, ruhu çirkaba batıran və şəhvətə cəlb edən cəhənnəm yoluna çevrilən əxlaqı həmin şəxsə məsləhət görmək lazım deyil.
• Hər bir kilsə Allah bəndəsinin qəbrindəki daşdır. O istəmir ki, o yenidən dirilsin.
• Keşişlərin qurduğu bu çadırlara baxın! Onlar şit bir ətirlə ətirlənmiş bu daxmaları kilsə adlandırırlar!
• Abırsızlıq, bayağı ruhun səmimi ruhla birləşdiyi yeganə formasıdır. Ali insan böyük və zərif həyasızlığın hər təzahüründə sayıq olmalı və abırsız təlxək və ya elmi satir onun qarşısında danışanda ali insan özünü təbrik etməlidir.
• İnsanın onu sevmək tələbi bütün təkəbbürlərin ən böyüyüdür.
• Bəzilərində ürək, digərlərində isə ağıl tez qocalır. Bəziləri gənclikdə qoca olurlar, amma gec gənc olan həmişə belə qalır.
• “ Dindar insan”, “axmaq”, “dahi”,”cani”, “zülmkar”- bütün bunlar hansısa adı çəkilməyəni əvəz edən pis adlardır.
• Kimsənsə, o ol!
• Dünyada xəyali varlıqla xərclənəcək kifayət qədər sevgi və fəzilət yoxdur.
• Əvvəllər səhralarda vicdanlı, azad düşünənlər yaşamışlar. Şəhərlərdə isə məşhur müdriklər- bəslənmiş yük heyvanları yaşayırlar. Onlar sanki eşşək kimi həmişə xalqın arabasını daşımışlar.
• “Həzz” deyib kef barədə, “hiss” deyib hissiyyat barədə, “bədən” deyib bədəndən aşağını fikirləşirlər və bununla da üç yaxşı şeyi biabır edirlər.
• Zaman və təşəkkül haqqında yüksək simvollar danışmalıdır. Onlar bütün keçiciləri tərifləməli və ona haqq qazandırmalıdırlar !
• Oh, bu saxta işıq, pis hava! Burada ruhun yüksəkliyə qalxmasına icazə verilmir! Amma inam onlara belə əmr edir: “ Günahkarlar, diz çökün, pilləkanları bir-bir qalxın!”
• O, sabah bir cür, birisi gün isə başqa cür inanır. Onun hissləri kütlənin hissləri kimi sürətli, əhval-ruhiyyəsi isə dəyişkəndir.
• Bütün böyüklər bazardan və şöhrətdən uzaqdırlar. Yeni dəyərlər ixtiraçıları həmişə bazardan və şöhrətdən kənarda yaşamışlar.
• Biz həmişə yuxarılara- buludların səltənətinə can atırıq. Rəngbərəng müqəvvalarımızı da oralarda yerləşdirib onları Allahlar və Fövqəlbəşər adlandırırıq.
• Özünü öz alovunda yandırmalısan. Yanıb kül olmasan, başqa cür necə yenilənərdin!
• Sən istəyirsən ki, səni hərkətlərinə görə yox, fikirlərinə görə qiymətləndirsinlər? Amma sənin fikirlərin haradan yaranıb? Əlbəttə ki, hərəkətlərindən!
• Bizə öz etibarlarını hədiyyə edən insanlar elə düşünürlər ki, bununla bizim etibarımızı qazanırlar. Bu yanlış bir bir nəticədir.Hədiyyələrlə etibar qazana bilməzsən.
• Qəzəblə yox, gülüşlə öldürürlər.
• Bizim vəzifəmiz- bu, başqalarının bizim üzərimizdə olan hüququdur.
• Qadın uşaqları kişilərdən daha yaxşı başa düşür.Kişi isə qadından daha çox uşaqdır.
• İncə ruhun kiminsə ona minnətdarlıq borcu olduğunu, kobud ruhun isə kiməsə borclu olduğunu dərk etməsi ağrılıdır.
• Mənim dənizimin dərinliyi sakitdir. Heç kimin ağlına gəlmir ki, o özündə hansı əyləncəli əjdahalar gizlədir!
• Mən aldadıcılardan qorxmamaq üçün özümün aldanmasına razı oluram.
• Dinlə həqiqi elm arasında nə qohumluq, nə dostluq, nə də düşmənçilk var. Onlar müxtəlif planetlərdə yerləşir.
• Cəsarət yalnız qorxunu ürəkdən hiss edənlərdə, uçuruma məğrurluqla baxanlarda olur.
• Həyat mənə belə bir sirrini açdı: “ Bax, mən həmişə özümə qalib gələnəm”.
• Özü-özünə tək qalanda tək olmursan. Bir nəfər artıq olur, bu da ki, çoxdur,- deyə tərki-dünya düşünür.Təkbətəklik sonda iki nəfərdən ibarət olur!
• İnsan, üstün gəlməli olan nə isədir.
• Özünə tabe ola bilməyənlərə əmr edirlər.
• Siz ey idrak sevənlər! İndiyənə qədər idrak üçün nə etdiniz? Oğrunun, qatilin ruhunun necə olmasını bilmək üçün heç oğurluq etdinizmi, qatil oldunuzmu?
• Rəqs edən ulduz yaratmaq üçün özünüzdə xaos daşımalısınız.
• Heç bir qalib təsadüfə inanmır.
• Mənim güya insan olmağım xurafatdır.
• Mən yalnız rəqs etməyi bacara bilən ilahiyə inanardım.
• Bir dəfə insanlara uçmağı öyrədən sərhəd daşlarını yerindən tərpətdi.
• Həqiqət üçün əminlik yalandan daha qorxuludur.
• Başqalrına bütöv bir kitab tələb olunan şeylər barəsində onlara təklif vermək mənim ən müqəddəs arzumdur.
• Vicdanın səsi ilə hərəkət etmək ağlın səsi ilə hərəkət etməkdən rahatdır.Çünki, pis nəticədə vicdan həmişə özünə bəraət qazana və təskinlik tapa bilər. Ona görə də vicdanlı insanlar çox, ağılsız insanlar isə azdır.
• Bizim hər bir əməlimiz bizim özümüzü yaratmağa davam edır.
• Əmin- amanlıqda mübariz insan özünə hücum edir.
• Mən xristianlığı ittiham edirəm. Mən xristian kilsəsinə qarşı ittihamçının indiyənə qədər irəi sürdüyü ittihamdan daha dəhşətli bir ittiham irəli sürürəm. Mənim fikrimcə, bu, mümkün olan təhriflərdən ən böyüyüdür. O, mümkün olan ən son pozğunluq iradəsi idi. Xrisstian kilsəsi öz cadusu ilə toxunulmamış bir şey qoymadı, hər bir dəyəri qiymətdən saldı, hər bir həqiqəti yalana, hər bir düzgünlüyü ruhi alçaqlığa çevirdi. Hələ o, “humanitar” xeyir-dualar haqqında danışmağa da cürət edir.
• Mən sizə kömək etmək üçün gəldim. Siz isə şikayət edirsiniz ki, niyə sizinlə ağlamıram.
• Qoy sevən qadından kişi qorxsun.Çünki, o sevərkən hər şeyi qurban verməyə hazırdır və onun üçün başqa bir şeyin qiyməti olmur.
• Çox şeyləri görmək üçün özünə baxmamağı öyrənmək lazımdır. Bu ciddilik dağlara qalxan hər kəs üçün zəruridir.
• Hər bir böyük sevgi sevgi istəmir.O, sevgidən də artıq şey istəyir.
• Filosofluq edən adamları iki yerə bölürəm: bəziləri həmişə öz müdafiələri, digərləri isə düşmənlərinə hücum barəsində düşünürlər.
• Dərrakəli adam nəinki öz düşmənlərini sevməli, eləcə də öz dostlarına nifrət etməyi bacarmalıdır.
• Mən altı il xoşagəlməz həqiqətlərin filosofu olmaq istəyirəm.
• Əgər əzab çəkən, zülm edilmiş insan hakimiyyət əzminə nifrət etmə hüququna inamı itirirsə, o, ümidsizliyin ən ümidsiz zolağına daxil olur.
• İnsanın yerişi onun öz yolu ilə gedib-getməməsini aşkar edir, - baxın, mən necə gedirəm! Ancaq, kimsə öz məqsədinə yaxınlaşırsa, o rəqs edir.
• Siz qalxmaq istəyəndə yuxarı baxırsınız, mən isə aşağı baxıram.Çünki, mən artıq qalxmışam.
• Döyüşçü şirin meyvələri sevmir. Ona görə də o, qadını sevir. Ən şirin qadında isə müəyyən bir acılıq vardır.
• Musiqi, ehtirasların özündən zövq alması üçün bir vasitədir.
• İncəsənətdə mənim ən sevimli qəzəbim ondan ibarətdir ki, mənim susmam özünü susma kimi göstərməməyi öyrəndi.
• Allahdan ayrılan əxlaqa inamdan möhkəm yapışır.
• Mümkün olmayan şeyi tələb edən sevənlər kimi insanları sevənlər də həmişə onları ən ağır iztirablara düçar etmişlər.
• İnsanlar çirkin bir şey düşünməkdən utanmırlar, amma bu çirkli fikirlərin onların adına yazılmasını fərz edəndə utanırlar.
• Qadında hər şey bir tapmacadır. Və bu hər şeyin hamiləlik adlanan bir cavabı var.
• Sağalmaz xəstələrin həkimi olmağı arzulamayın.
• Məgər həyat qiymət vermək, üstün tutmaq, ədalətsiz olmaq, məhdud, hər şeydən fərqli olmaq arzusundan ibarət deyilmi?
• Düzgün insan sonda dərk edir ki həmişə yalan danışıb.
• Platon da daxil olmaqla yunanlar və yunan filosofları ehtiraslı, daş ürəkli, mahir insanlar olub.
• İnsanlar bərabər deillər.
• İnsanın təklifsizliyi güclü insanı qıcıqlandırır. Çünki, ona qarşı eyni cür hərəkət etmək olmaz.
• Fəzilət ən əziz qüsurdur. Qoy o elə beləcə də qalsın!
• Abır, abır, abır- budur insanın tarixi!
• Pis iş irinə oxşayır: o sızıldayır, qaşınır və irinləyir. O açıq biruzə verir.
• Həzz və günahsızlıq ən utanverici şeylərdir. Onlar istəmirlər ki, onları axtarsınlar. Onlara malik olmaq lazımdır.Axtarmaq isə günahı və iztirabları lazımdır!
• Musiqi, səsin tədricən azalmasıdır.
• Və Zərdüşt dedi... “Bəs qadın xoşbəxtliyi”.
• Susuzluqdan ölmək istəməyən hər cür qabdan su içməyi öyrənməlidir.Təmiz qalmaq istəyən insan çirkli suda yuyunmağı bacarmalıdır.
• Tarixi yalnız güclü insanlar daşıya bilər, zəifləri isə o tamamilə boğur.
• Sizin sevgi adlandırdığınız çoxlu qısa ağılsızlıqlar var. Və sizin nigahınız bir böyük və uzun axmaqlıqla qısa ağılsızlıqlara sərhəd qoyacaq.
• Fəzilətə əsaslanıb fəzilətin hökmranlığını təsdiq etmək olmaz. Əgər fəzilətə əsaslanırlarsa, hakimyyətədn əl çəkir, hakimiyyət əzmini itirirlər.
• Düşmənləriniz yalnız elə olmalıdır ki, onlara nifrət edə biləsiniz, elə olmamalıdır ki, siz onlardan qorxasınız.
• Hər bir qələbə kimi əxlaqi idealın qələbəsi zorakılıq, yalan, böhtan, haqsızlıq kimi “əxlaqsız” vasitələrin köməyi ilə əldə edilir.
• Əxlaq bəzi adamlar üçün fəzilət, çoxları üçün isə qüsurdur.
(Ardı var)
Tərcümə etdi: Şakir Millətoğlu Qurbanov

Geri