DataLife Engine > Çap üçün versiya > "Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur"
DataLife Engine Azerbaijan Support > Mədəniyyət > "Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur"

"Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur"


15-06-2018, 14:48. Yerləşdirdi: admin
"Ramazan bayramı namazında Dağlıq Qarabağ və işğal altındakı digər torpaqlarımızın tezliklə azad olunması üçün dua edib namaz qıldıq".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyunun 15-də Təzəpir məscidində Ramazan bayramı namazından sonra deyib.

O bildirib ki, müstəqil Azərbaycan dövləti xalqımızın böyük nemətidir: "Bu nemətin qədrini bilməliyik. Biz çox çətinliklər görmüşük, alimlərimiz repressiyalar ilə üzləşiblər, kitablarımız yandırılıb, ancaq bu gün "Quran" artıq açıq şəkildə çap olunur, məscidlər tikilir. SSRİ dövründə 17 məscid olduğu halda, Azərbaycanda bu gün 2 mindən çox məscid var. Bundan əlavə, ölkədə sinaqoqlar, kilsələr fəaliyyət göstərir. Dövlət tərəfindən dindarların sərbəst şəkildə ibadət etmələri üçün hər cür şərait yaradılıb".

"Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur. Bunun dünyada analoqu mövcud deyil. Biz iki məzhəbin nümayəndələri bir yerdə namaz qılırıq, ibadət edirik. Bu da ölkədə din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasından irəli gəlir. Bu cür şəraiti yaratdığına görə, Prezident İlham Əliyevə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təşəkkürümüzü bildiririk. Bu gün paytaxtın bir sıra məscidlərində, o cümlədən Qubada, Göyçayda vəhdət namazları qılınır. Bu da xalqımızın qanında, genində olan birlik, bərabərlik istəyindən irəli gəlir", - QMİ sədri qeyd edib.

Geri