Yüklənir. Zəhmət olmasa gözləyin...
  



Saytda axtar!
  • GÜNDƏM
  • SİYASƏT
  • HADİSƏ
  • SOSİAL
  • KRİMİNAL
  • VİDEO
  • CƏMİYYƏT
  • İDMAN
  • DÜNYA
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
ÜST rəsmisi: Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib

ÜST rəsmisi: Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib

XOCALININ DEPUTATI NİYƏ TÜRKİYƏDƏ XOCALI PARKININ AÇILIŞINA GEDƏ BİLMƏYİB? - İNANILMAZ

XOCALININ DEPUTATI NİYƏ TÜRKİYƏDƏ XOCALI PARKININ AÇILIŞINA GEDƏ BİLMƏYİB? - İNANILMAZ

"TƏZADLAR" AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN REKTORUNA SORĞU GÖNDƏRDİ

Xocalı dərdimiz Türkiyənin də sinəsində bir yaradır-FOTOLAR

Xocalı dərdimiz Türkiyənin də sinəsində bir yaradır-FOTOLAR

Rüstəm İbrahimbəyov: “Prezident Administrasiyasından dedilər ki, gəl…”

Rüstəm İbrahimbəyov: “Prezident Administrasiyasından dedilər ki, gəl…”

SUMQAYITDA BAŞÇININ 1-Cİ MÜAVİNİ BAĞCA MÜDİRİNİN EVİNİ NİYƏ BANKA GİROV QOYDURUB? - VİDEO

SUMQAYITDA BAŞÇININ 1-Cİ MÜAVİNİ BAĞCA MÜDİRİNİN EVİNİ NİYƏ BANKA GİROV QOYDURUB? - VİDEO

  • 18:43 Goranboyda intihar – 2 övlad atası özünü güllələdi
  • 17:21 Azərbaycanda orta məktəblər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər
  • 16:50 Ekspert: Prezident bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu
  • 15:55 ABŞ-da azərbaycanlı gəncin qatilini həbs ediblər
  • 15:15 Saratovda azərbaycanlıların olduğu avtobus yolda qaldı - xilasedicilər cəlb olunub
  • 15:05 Departament: Dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb
  • 14:51 Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirilir
  • 14:45 Əhalinin banklardakı əmanətləri ilə bağlı XƏBƏR
  • 14:36 19 fevral hərracı: hansı dövlət əmlakları özəlləşdirildi?
  • 14:10 Balakəndə heyvanlar arasında profilaktik peyvəndləmə aparılır
  • 13:55 Canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradılıb
  • 13:50 DSK sədri UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb



ADİU-NUN PROFESSORU MEHRİBAN XANIM ƏLİYEVAYA MÜRACİƏT ETDİ-YENİLƏNİR

Xəbərin çap versiyası
Tarix: 17/2/2019
image here

09.02.2019
Mirələm Həsənli: "Rektor Ədalət Muradov nəinki Ulu Öndər Heydər Əliyevin adının Azərbaycan Dövlət İqtisad Universitetinə verilməsi təklifimi müzakirəyə çıxartdı, əksinə, bütün əmrlərində “Azərbaycan...” sözünü sildi...”
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Mirələm Həsənli bir müddətdir ADİU-nun rektoru Ədalət Muradovun görünməmiş təzyiqləri ilə üzləşib. Buna səbəb isə M.Həsənlinin, Ədalət Muradovun rektor təyinatından dərhal sonra inadkarlıqla Azərbaycan Dövlət İqtisad Universitetinin adının “UNEC” kimi tanıdılması cəhdlərinə qarşı çıxması, eləcə də universitetə Ulu Öndər Heydər Əliyevin adının verilməsi təklifi ilə çıxış etməsidir.
Professor baş verənlər barədə bu gün “Təzadlar” qəzeti redaksiyasında olarkən əməkdaşımıza verdiyi geniş videomüsahibəsində özü ətraflı söyləyib. Həmin videomüsahibə hazırda yayıma hazırlanır.
Hələlik isə onu deyək ki, UNEC qalmaqalı ilə bağlı yaranmış vəziyyət böyük narazılıqla qarşılanmaqdadır. Belə ki, M.Həsənli 2015-ci ildə universitetin maliyyə kafedrasının müdiri işləyərkən (hal-hazırda universitetin professorudur) Azərbaycan Dövlət İqtisad Universitetinin adının UNEC kimi səsləndirilməsinə etiraz səsini rəsmi şəkildə qaldıranlardan olub. Belə ki, o, maliyyə kafedrasının müdiri kimi, rektor Ədalət Muradova daxili xidməti məktub yazaraq UNEC adına etiraz etməklə yanaşı, həm də təklif edib ki, ADİU-ya Heydər Əliyevin adı verilsin (Həmin xidməti məktubun və ona verilmiş rəsmi cavabın fotosurəti təqdim edilir).

Professor Mirələm Həsənli rektor Ədalət Muradovun qanunsuz və əsassız hərəkətlərindən Azərbaycanın 1-ci vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanladı...

Professor Mirələm Həsənli baş verənlər barədə Azərbaycanın 1-ci vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. “Təzadlar” həmin müraciəti təqdim edir:
Çox hörmətli Mehriban xanım!
Azərbaycanın maddi-mədəni irsinin və milli ənənələrimizin qorunub saxlanılmasında həyata keçirdiyiniz layihələrin, göstərdiyiniz misilsiz xidmətlərinizin əvəzi yoxdur, sözlə ifadəsi şəxsən mənim üçün çox çətindir. Sizə ən xoş arzularımı bildirirəm, Tanrı bu yolda Sizə kömək olsun!
Bu müqəddəs istək və arzularla professoru olduğum Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun yaşı əsrə bərabər, böyük tarixi ənənələri olan bir qocaman təhsil ocağının taleyi ilə bağlı yaşatdığı bir ciddi problemlə bağlı Sizə müraciət etməli oldum.
Bildirirəm ki, rektor Ədalət Muradov universitetə rəhbər təyin edildiyi ilk gündən bu ali təhsil ocağının adına və tarixi ənənəsinə yad olan UNEC brendini ortaya atdı. Cənab Prezident İlham Əliyevin 5 mart 2014-cü il tarixli sərəncamında deyilirdi: “Ə.C.Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 mart 2014-cü il”.

Göründüyü kimi, Prezidentin sərəncamında UNEC sözü yoxdur. Lakin rektor inadkarlıqla bu sözü bütün rəsmi əmrlərində, eləcə də universitetin fəaliyyəti ilə bağlı yayılan bütün informasiya xəbərlərində bu ali təhsil ocağının adını ciddi-cəhdlə UNEC kimi yazdırır, ölkənin bütün rəsmi və qeyri-rəsmi xəbər agentlikləri, elektron və yazılı mətbuatı da ADİU-nun adını UNEC kimi yazıb tirajlayırlar. Mən vəziyyətin belə anlaşılmazlığını görərək 04 dekabr 2015-ci ildə rektor Ədalət Muradova daxili xidməti məktubla müraciət etdim. Məktubumda qeyd etmişdim ki, AMEA-nın 70 illik yubileyində Azərbaycan Prezidenti cənab İlham Əliyev təbrik nitqində demişdir ki, “...bir vətəndaş kimi hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur, eyni zamanda imkan verilməməlidir ki, ana dilimizə yad kəlmələr daxil edilsin, buna heç bir ehtiyac yoxdur”.
Çox maraqlıdır ki, rektor Ədalət Muradov bütün bunlardan sonra Universitetin həyətinə böyük kütləsi olan iri qaya parçası gətizdirərək üzərinə “UNEC-1930” sözlərini yazdırmışdır ki, guya universitetə qonaq gələn əcnəbilər ingilis dilli bu ifadə ilə universiteti tanısınlar. Ən maraqlısı və sual doğuran bu idi ki, o, üzərinə “UNEC-1930” sözləri yazılmış iri sal qaya parçasının ziyarətinə ilk olaraq Türkiyə və yerli mətbuatda adı FETÖ-çularla bağlı bəzi hadisələrdə hallandırılan “Qafqaz” universitetinin rektoru Əhməd Saniçi dəvət etdi. Bəs niyə bu adi qaya parçasının üzərinə “Azərbaycan” sözü həkk olunmadı? Azərbaycan sözü bu qədərmi rektor üçün gərəksiz idi?
Ədalət Muradov onun bu hərəkətinə etirazımı bununla əsaslandırdı ki, guya o, bu ifadə ilə universitetin dünyaya tanıdılmasına nail olacaq. Hansı ki, o, bu hərəkətini indi də yenilik kimi təqdim etməyə çalışır. Mən həmin xidməti məktubumda ona bir daha xatırlatmışdım ki, “Azərbaycanın əzəli torpağı olan, hər bir Azərbaycanlının gözünün işığı kimi əziz olan Qarabağımızın Xankəndində bəzi ünsürlər əvvəlcə kiçik bir daş üzərində “Stepan” sözünü yazdılar, sonra bu gözəl guşəmizdə üzdəniraq düşmənlərimizin əvvəlcə gənc ailə üzvlərini məskunlaşdırdılar, sonra isə şəhərin adını “Stepanakert” qoydular. İndi isə tarix elə bil yenidən təkrarlanır. Azərbaycanın ürəyi olan paytaxtı Bakının mərkəzində, Ulu Öndər Heydər Əliyevin təhsil aldığı, bu gün də onun nəfəsini hər gün hiss etdiyimiz Dövlət İqtisad Universitetinin adının tarixin daş yaddaşlarına ingiliscə “UNEC” sözü ilə yazılması hər birimizi məyyus edir”.
Mən daha sonra rektor Ədalət Muradova xitabən yazmışdım: “Ulu Öndər H.Əliyevin qürurla dediyi “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”, indiki Prezidentimiz cənab İlham Əliyevin də fəxrlə söylədiyi “Hesab edirəm ki, imkan verilməməlidir yad kəlmələr ana dilimizə daxil olsun!” kimi dahi fikirlərindən sonra belə bir addım atmağa ehtiyac yoxdur. Təklif edirəm ki, universitetin adı “UNEC” kimi yazılmaqdansa, əvəzinə, “Heydər Əliyev adına Dövlət İqtisad Universiteti” adlandırılsın. Bu bir vətəndaşın deyil, 18 min tələbəsi, minə yaxın professor-müəllim heyəti olan böyük bir ali təhsil ocağının bütün əməkdaşlarının arzusudur”.
Hörmətli Mehriban xanım!
Sizə təqdim etdiyim və 3 il əvvəlki bu xidməti məktubumda Ulu Öndər Heydər Əliyevin adının Azərbaycan Dövlət İqtisad Universitetinə verilməsini israrla təklif etmişdim, eləcə də UNEC adının heç bir halda yaşı bir əsrə bərabər universitetimizə aid olmadığını, bunun qəti yolverilməzliyini rəsmi sənədlər və sübutlarımla əsaslandırmışdım. Mən təkliflərimdə tam haqlı və əsaslı idim, çünki bu binada təhsil almış Ulu Öndər Heydər Əliyevin adının universitetə verilməsi tam məntiqli olmaqla, maddi mədəniyyət nümunəsi kimi bir tarixi nişanə də ortada idi. Belə ki, bu gün də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasının fasadında Ulu Öndər Heydər Əliyevin bu binada təhsil alması barədə qeydlər həkk olunmuş barelyef asılmışdır. Lakin çox təəssüflər olsun ki, Ə.Muradov ötən müddətdə nəinki müraciətimdəkiləri nəzərə almışdır, əksinə, mənə qarşı görünməmiş təzyiqlər göstərməyə başlamışdır. Əlbəttə, rektorun qərəzli, əsassız şəkildə rəhbəri olduğum maliyyə kafedrasını ləğv etməsi və s. kimi təzyiqləri məni heç bir halda bu müqəddəs və hüquqi, mənəvi əsaslandırılmış mövqeyimdən döndərə bilməzdi. Ulu Öndərin müqəddəs ideyaları yolunda hər bir əziyyətə, onun adının əbədiləşdirilməsi istiqamətində bütün çətinliyə sinə gərməyə hazıram. Bir daha bəyan edirəm: mən kimlərinsə, o cümlədən rektor Ədalət Muradovun əsassız olaraq ortaya atdığı, uydurduğu UNEC-in deyil, Azərbaycan Dövlət İqtisad Universitetinin professoruyam və bununla da fəxr edirəm.
Çox hörmətli Mehriban xanım!
Məni və iniversitetimizin bütün vicdanlı pedoqoji kollektivini narahat edən həm də budur ki, rektor Ədalət Muradov guya bununla “UNEC”i universitetin adını dünyada brend kimi tanıtmağa nail olmaq istəyir. Mən isə onun bu arqumentinin tamamilə əsassız və ədalətsiz olduğunu sübut etmişəm. Birincisi, Azərbaycanın adı çəkilməyən belə bir brend kimə lazımdır? Cənab Prezident İlham Əliyev dəfələrlə deyib ki, hər birimizin borcu Azərbaycanın adını yüksəklərə qaldırmaq və bu adı dünyaya beləcə də tanıtmalıyıq. Elə isə, Azərbaycan brendinin adını “UNEC” kimi dünyaya tanıtmaq kimə gərəkdir, hansı ki, onun mahiyyətində və adında doğma vətənimizin heç bir nişanəsi yoxdur.
İkincisi, fəxrlə və qürur hissi ilə deyə bilərəm ki, bu gün Ulu Öndər Heydər Əliyevin adı dünyada bir Azərbaycan brendidir, ölkəmizi onun adı ilə daha yaxından tanıyırlar. Eləcə də, cənab Prezident İlham Əliyevin, həmçinin Sizin dünyəvi fəaliyyətiniz, hər bir layihələriniz Azərbaycanın adına hesablanmış brenddir! Mən bunu tam məsuliyyətimlə deyirəm: harda Heydər Əliyev, eləcə də İlham Əliyev, Mehriban xanım Əliyeva deyilirsə, orada həm də Azərbaycan xatırlanır!

Dəyərli Mehriban xanım!
Bir əsrə yaxındır imici üstündə olan Azərbaycan Dövlət İqtisad Universitetinin adını dəyişmək kimə və nəyə lazımdır? Yaxud, rektor Ədalət Muradova çoxmu lazımdır??? Mətbuatda dəfələrlə yazılıb, rektor Ədalət Muradovun məntiqi ilə, əgər UNEC “University of economy” deməkdirsə, bu necə Azərbaycan Dövlət İqtisad Universitetinin brendi ola bilər? Yox, əgər bu brenddirsə, özündə nəyi ehtiva edir, məhsul olaraq nədir? Əgər əmtəə və ya məhsuldursa, onda adı niyə “University of econmomy”dir? Nəhayət, əgər UNEC - “University of economy” deyilsə, bəs nədir? BMT-nin İqtisadiyyat Komissiyasının abreviaturası olan “United Nations Economic Commission-un qısaldılmış adı “UNEC” kimi yazılır. Dünya kataloqunda axtarış veriləndə, yüzlərlə belə brend ad ortaya çıxır. Onu Azərbaycan Dövlət İqtisad Universitetinin adı kimi abreviaturada təqdim etmək isə plagiatlıqdır. Azərbaycan MEA-nın dilçi alimləri də dəfələrlə rektor Ədalət Muradovun “UNEC” kəşfini pisləyən bəyanat yayıblar. Elə isə, rektor Ədalət Muradovun “UNEC” inadkarlığı nədən ötrüdür, bunda məqsədi nədir? Universitetdə inanılmaz idarə üsulu, təyinatlar, maliyyə vəsaitlərinin səmərəsiz xərclənməsi, qanunsuz olaraq yeni yaradılmış struktur dəyişiklikləri, çoxsaylı mərkəzlərin yaradılması ilə idarəetmənin daha da çətinləşdirilməsi, həmçinin dostluğa-tanışlığa əsaslanan əmək haqqı dolaşıqlıqları, qeyri-ənənəvi mükafatlandırma sistemləri və sair problemlər biz professor-müəllimləri ciddi narahat edir və bunların aradan qaldırılmasını xahiş edirik.
Hörmətli Mehriban xanım, inanıram ki, digər ciddi problemlərlə yanaşı, rektor Ədələt Muradovun Azərbaycanın adının ifadə edilmədiyi, çəkilmədiyi bir ifadəni-“UNEC”i əsassız olaraq qocaman universitetimizin brendi bəhanəsi ilə reklamlatmasının qarşısı tezliklə alınacaq və bu ali təhsil ocağına Ulu Öndər Heydər Əliyevin adının verilməsi təklifimiz qəbul ediləcəkdir.
Dərin hörmətlə,
Mirələm Həsənli,
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru

“Təzadlar”dan: professor M.Həsənlinin Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciəti tərəfimizdən aidiyyəti üzrə göndəriləcək.
Onu da xatırladırıq ki, ADİU-nun 7 professoru bu təklif və müraciətə imza atmaq üçün artıq müraciət etmişlər. Onların adları tezliklə təqdim ediləcək… Bizi izləyin.
“Təzadlar”

ADİU-NUN  PROFESSORU MEHRİBAN XANIM ƏLİYEVAYA MÜRACİƏT ETDİ-YENİLƏNİR
ADİU-NUN  PROFESSORU MEHRİBAN XANIM ƏLİYEVAYA MÜRACİƏT ETDİ-YENİLƏNİR


Нравится
         
Tweetle

Fikrini bildir
dosent
Tarih 10 fevral 2019 00:02 #: 1
Şərhlər: 0
Ədalət yenə bir qrup ətrafın başına yıgaraq Türkiyədə məskunlaşmış ailəsinə baş çəkməyə gedib. Sual dogurur rektor təyin olunandan bəri UNEC-i hər yerdə təblig edir, ancaq uşaqları Türkiyə də o qədər də yüksək reytinqı olmayan institutlarda pullu təhsil alır, özü də hər ay UNEC hesabına ora səfər edir.
Melik
Tarih 10 fevral 2019 17:39 #: 2
Şərhlər: 0
Marketinq və Kommunikasiya departamentinin verdiyi bu sərsəm izahdan Vallah hec F.Kotler də baş aca bilməz. İlahi bunları hardan tapıb gətiriblər.
Natiq
Tarih 10 fevral 2019 23:47 #: 3
Şərhlər: 0
Aidiyyatlı qurumların bu universitetdə gedən prosesləri, işləri yaxşı-yaxşı yoxlamasına ehtiyac var. Elə ezamiyyə işindən başlaya bilərlər, Muradov və ətrafı Türkiyə, Amerika yolunu su yolu edib. özü də ezamiyyəyə eyni adamlar gedir a. Ağıllı başlı özlərinin şəxsi mülki kimi dövlət universitetinin maliyyə vəsaitlərindən istifadə edirlər, bu qədər səfərin İqtisad Universitetinə, və ya Azərbaycan təhsil sisteminə nə faydası var, hansı beynəlxalq layihə və ya proqramlar icra olunur, hansı müqavilələr bağlanır, nə iş görürlür ki, bu eyni rəhbər şəxslər ildə eyni ölkəyə onlarla səfər edirlər. Sonra məsələn bu "dövlət" univeristetində verilən premiya məbləğlərinə və premiya verilmə səbəblərini yoxlamaq olar. Məs. öz işini görən, vəzifə borcunu yerinə yetirən işçiyə o məbləğdə premiya verilməsi nə səbəblə verilir izah etsinlər görək. Hələ mən bu əsassız və heç bir məqsədə xidmət etməyən struktur "islahat"larını, üst-üstə yaradılan adı olub, özü olmayan "mərkəz"ləri demirəm. Göründüyü kimi bu univeristetdə təhsilə xidmətdən çox bu formada özbaşınalıqlara şərait yaradılıb. Baş Prokurorluğa rəsmi müraciət edin, yoxlasınlar. Korrupsiya baş alıb gedir
Araz Babayev
Tarih 11 fevral 2019 15:39 #: 4
Şərhlər: 0
Hami bilir ki UNEC Edalet Muradovun sexsi biznesidir.Onu tehsil ve Azerbaycan maraqlandirmir.Eger prezident bilse ki Edalet Muradov onun dusmnelri ile elaqe saxlayir Edalet Muradovu bir gun de vezifede saxlamaz.Amma tezlikle bu islerin ustu acilacaq.Onda tehsli naziri de Edalet Muradova destek verdiyi ucun izahat vermeli olacaq.
admin
Tarih 15 fevral 2019 20:56 #: 5
Şərhlər: 77
Salam
Ваше Имя:
Ваш E-Mail:
winkwinkedsmileam
belayfeelfellowlaughing
lollovenorecourse
requestsadtonguewassat
cryingwhatbullyangry
Diqqətinizi çəkə biləcək digər xəbərlər
ABŞ-da azərbaycanlı gəncin qatilini həbs ediblər

15:55 ABŞ-da azərbaycanlı gəncin qatilini həbs ediblər

«Сулейман ибн кого-то»: Мать Ксении Собчак оскорбила память Фармана Салманова

20:37
«Сулейман ибн кого-то»: Мать Ксении Собчак оскорбила память Фармана Салманова

SUMQAYITDA BAŞÇININ 1-Cİ MÜAVİNİ BAĞCA MÜDİRİNİN EVİNİ NİYƏ BANKA GİROV QOYDURUB? - VİDEO

21:29
SUMQAYITDA BAŞÇININ 1-Cİ MÜAVİNİ BAĞCA MÜDİRİNİN EVİNİ NİYƏ BANKA GİROV QOYDURUB? - VİDEO

Rüstəm İbrahimbəyov: “Prezident Administrasiyasından dedilər ki, gəl…”

22:19
Rüstəm İbrahimbəyov: “Prezident Administrasiyasından dedilər ki, gəl…”

Putinin mətbuat katibi Türkiyə qəzetində çalışacaq?

16:40 Putinin mətbuat katibi Türkiyə qəzetində çalışacaq?

Yuxusuzluqdan əziyyət çəkənlər mütləq oxusun

12:08 Yuxusuzluqdan əziyyət çəkənlər mütləq oxusun

Georq Vilhelm Fridrix Hegel: Aforizmlər, sitatlar, fikirlər

18:18
Georq Vilhelm Fridrix Hegel: Aforizmlər, sitatlar, fikirlər

KAHRAMANMARAŞDA XOCALI PARKI VƏ

14:29
KAHRAMANMARAŞDA XOCALI PARKI VƏ "ANA FƏRYADI" ABİDƏSİNİN AÇILIŞI OLDU - FOTOLAR-YENİLƏNDİ

01:30 "Haram istəmirik" yazıb oğurladıqları 49 min dolları həyətə atdılar, amma... (video)

Reklam yeri

  • 22:26 "İlham Əliyev dedi: dayandırın bu rüsvayçılığı!" "İlham Əliyev dedi: dayandırın bu rüsvayçılığı!"
  • 21:41
    MÖVQE DƏRSİ və MÖVQESİZLİK DƏRDİ– XALİD NİYAZOV YAZIR
    MÖVQE DƏRSİ və MÖVQESİZLİK DƏRDİ– XALİD NİYAZOV YAZIRMÖVQE DƏRSİ və MÖVQESİZLİK DƏRDİ– XALİD NİYAZOV YAZIR
  • 20:28
    XOCALININ DEPUTATI NİYƏ TÜRKİYƏDƏ XOCALI PARKININ AÇILIŞINA GEDƏ BİLMƏYİB? - İNANILMAZ
    XOCALININ DEPUTATI NİYƏ TÜRKİYƏDƏ XOCALI PARKININ AÇILIŞINA GEDƏ BİLMƏYİB? - İNANILMAZXOCALININ DEPUTATI NİYƏ TÜRKİYƏDƏ XOCALI PARKININ AÇILIŞINA GEDƏ BİLMƏYİB? - İNANILMAZ
    "Dedi ki, getməyə pulum yoxdur…"
  • 19:53 Daha 200 məcburi köçkün ailəsinə yeni mənzil verildi Daha 200 məcburi köçkün ailəsinə yeni mənzil verildiDaha 200 məcburi köçkün ailəsinə yeni mənzil verildi
  • 19:16 BİNALARIN İSTİSMARA QƏBULU BU SƏBƏBDƏN ASANLAŞDI BİNALARIN İSTİSMARA QƏBULU BU SƏBƏBDƏN ASANLAŞDIBİNALARIN İSTİSMARA QƏBULU BU SƏBƏBDƏN ASANLAŞDI
  • 18:43 Goranboyda intihar – 2 övlad atası özünü güllələdi Goranboyda intihar – 2 övlad atası özünü güllələdiGoranboyda intihar – 2 övlad atası özünü güllələdi
  • 17:21 Azərbaycanda orta məktəblər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər Azərbaycanda orta məktəblər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərAzərbaycanda orta məktəblər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər
  • 17:18 Ağdamlı məcburi köçkün Prezidentə müraciət etdi Ağdamlı məcburi köçkün Prezidentə müraciət etdiAğdamlı məcburi köçkün Prezidentə müraciət etdi
  • 17:12
    XALQ ŞAİRİ SÖRAB TAHİR İŞIĞINDA
    XALQ ŞAİRİ SÖRAB TAHİR İŞIĞINDAXALQ ŞAİRİ SÖRAB TAHİR İŞIĞINDA
  • 16:58
    "TƏZADLAR" AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN REKTORUNA SORĞU GÖNDƏRDİ
    "TƏZADLAR" AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN REKTORUNA SORĞU GÖNDƏRDİ
    (İnformasiya sorğusu)
  • 16:50 Ekspert: Prezident bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu Ekspert: Prezident bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoyduEkspert: Prezident bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu
  • 16:35 Cavadxan küçəsində hasarlanmış ərazilər Cavadxan küçəsində hasarlanmış ərazilərCavadxan küçəsində hasarlanmış ərazilər
    "İş o yerə çatıb ki, insanlar hasara alınmış ərazilərə Azərbaycan Bayrağını etiraz əlaməti olaraq taxırlar"
  • 16:16 “Balkanlarda 2 milyon türk dilində danışan insan var” “Balkanlarda 2 milyon türk dilində danışan insan var”“Balkanlarda 2 milyon türk dilində danışan insan var”
  • 15:55 ABŞ-da azərbaycanlı gəncin qatilini həbs ediblər ABŞ-da azərbaycanlı gəncin qatilini həbs ediblərABŞ-da azərbaycanlı gəncin qatilini həbs ediblər
  • 15:46
    Xalq artisti iş adamı Arif Ələkbərovla sevgili olduğunu etiraf edib - hər ikisi evli olan zaman -video 1-2
    Xalq artisti iş adamı Arif Ələkbərovla sevgili olduğunu etiraf edib - hər ikisi evli olan zaman -video 1-2Xalq artisti iş adamı Arif Ələkbərovla sevgili olduğunu etiraf edib  - hər ikisi evli olan zaman -video 1-2
    "Arvadı olmağa hazır idim, ancaq Arif boşanmadı və bizim evliliyimiz alınmadı"
  • 15:37
    Xocalı dərdimiz Türkiyənin də sinəsində bir yaradır-FOTOLAR
    Xocalı dərdimiz Türkiyənin də sinəsində bir yaradır-FOTOLARXocalı dərdimiz Türkiyənin də sinəsində bir yaradır-FOTOLAR
    Fevralın 12-də qardaş ölkənin Kahramanmaraş şəhərində Xocalı Parkının və Ana fəryadı abidəsinin açılışı oldu
  • 15:15 Saratovda azərbaycanlıların olduğu avtobus yolda qaldı - xilasedicilər cəlb olunub Saratovda azərbaycanlıların olduğu avtobus yolda qaldı - xilasedicilər cəlb olunubSaratovda azərbaycanlıların olduğu avtobus yolda qaldı - xilasedicilər cəlb olunub
  • 15:05 Departament: Dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb Departament: Dənizdə dalğanın hündürlüyü 4 metrə çatıbDepartament: Dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb
  • 14:51 Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirilir Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirilirBəzi çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirilir
  • 14:45 Əhalinin banklardakı əmanətləri ilə bağlı XƏBƏR Əhalinin banklardakı əmanətləri ilə bağlı XƏBƏRƏhalinin banklardakı əmanətləri ilə bağlı XƏBƏR
  • 14:36 19 fevral hərracı: hansı dövlət əmlakları özəlləşdirildi? 19 fevral hərracı: hansı dövlət əmlakları özəlləşdirildi?19 fevral hərracı: hansı dövlət əmlakları özəlləşdirildi?
  • 14:25 Sabaha gözlənilən hava şəraiti açıqlanıb Sabaha gözlənilən hava şəraiti açıqlanıbSabaha gözlənilən hava şəraiti açıqlanıb
  • 14:10 Balakəndə heyvanlar arasında profilaktik peyvəndləmə aparılır Balakəndə heyvanlar arasında profilaktik peyvəndləmə aparılırBalakəndə heyvanlar arasında profilaktik peyvəndləmə aparılır
  • 13:55 Canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradılıb Canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradılıbCanavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradılıb
  • 13:50 DSK sədri UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb DSK sədri UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşübDSK sədri UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb
  • 13:21 Bakı-Şamaxı yolu qardan təmizlənir - FOTO Bakı-Şamaxı yolu qardan təmizlənir - FOTOBakı-Şamaxı yolu qardan təmizlənir - FOTO
  • 12:57
    Prezident Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul etdi
    Prezident Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul etdiPrezident Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul etdi
  • 11:43
    İnsan amilinin yüksəlişi regional inkişafda başlıca hədəflərdəndir
    İnsan amilinin yüksəlişi regional inkişafda başlıca hədəflərdəndirİnsan amilinin yüksəlişi regional inkişafda başlıca hədəflərdəndir
  • 11:00 Borclu qismində axtarışda olan 10 nəfər saxlanılıb Borclu qismində axtarışda olan 10 nəfər saxlanılıbBorclu qismində axtarışda olan 10 nəfər saxlanılıb
  • 10:34
    UNEC-də əsəblər tarıma çəkilib, məhkəmə qərarı ŞOK YARADIB
    UNEC-də əsəblər tarıma çəkilib, məhkəmə qərarı ŞOK YARADIBUNEC-də əsəblər tarıma çəkilib, məhkəmə qərarı ŞOK YARADIB
  • 10:20 ÜST rəsmisi: Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib ÜST rəsmisi: Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilibÜST rəsmisi: Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib
  • 10:10 Təyyarədə məskən salmış əqrəb sərnişinlər arasında çaxnaşma yaradıb Təyyarədə məskən salmış əqrəb sərnişinlər arasında çaxnaşma yaradıbTəyyarədə məskən salmış əqrəb sərnişinlər arasında çaxnaşma yaradıb
  • 10:00 Deputatlar bu gün 27 məsələ üçün toplaşır Deputatlar bu gün 27 məsələ üçün toplaşırDeputatlar bu gün 27 məsələ üçün toplaşır
  • 09:50
    Güclü küləyin fəsadları - FOTOLAR-VİDEO
    Güclü küləyin fəsadları - FOTOLAR-VİDEOGüclü küləyin fəsadları - FOTOLAR-VİDEO
  • 09:35 Smartfondan həddən artıq istifadə uşaqlarda inkişaf pozğunluğu yaradır Smartfondan həddən artıq istifadə uşaqlarda inkişaf pozğunluğu yaradırSmartfondan həddən artıq istifadə uşaqlarda inkişaf pozğunluğu yaradır
  • 09:23 Sabirabad sakini Bakıda yaşadığı evdən itkin düşdü Sabirabad sakini Bakıda yaşadığı evdən itkin düşdüSabirabad sakini  Bakıda yaşadığı evdən itkin düşdü
  • 09:13 “Natamam təklik” imzalandı “Natamam təklik” imzalandı“Natamam təklik” imzalandı
  • 08:45 Qaradağlı faciəsinin 27-ci ildönümü qeyd edilib - Fotolar Qaradağlı faciəsinin 27-ci ildönümü qeyd edilib - FotolarQaradağlı faciəsinin 27-ci ildönümü qeyd edilib - Fotolar
  • 22:19
    Rüstəm İbrahimbəyov: “Prezident Administrasiyasından dedilər ki, gəl…”
    Rüstəm İbrahimbəyov: “Prezident Administrasiyasından dedilər ki, gəl…”Rüstəm İbrahimbəyov: “Prezident Administrasiyasından dedilər ki, gəl…”
  • 21:29
    SUMQAYITDA BAŞÇININ 1-Cİ MÜAVİNİ BAĞCA MÜDİRİNİN EVİNİ NİYƏ BANKA GİROV QOYDURUB? - VİDEO
    SUMQAYITDA BAŞÇININ 1-Cİ MÜAVİNİ BAĞCA MÜDİRİNİN EVİNİ NİYƏ BANKA GİROV QOYDURUB? - VİDEOSUMQAYITDA BAŞÇININ 1-Cİ MÜAVİNİ BAĞCA MÜDİRİNİN EVİNİ NİYƏ BANKA GİROV QOYDURUB? - VİDEO
  • 20:52 ANS prezidenti Vahid Mustafayev Avropa Məhkəməsindəki şikayətini geri götürdü ANS prezidenti Vahid Mustafayev Avropa Məhkəməsindəki şikayətini geri götürdüANS prezidenti Vahid Mustafayev Avropa Məhkəməsindəki şikayətini geri götürdü
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. Bizimlə əlaqə : Tel/Faks: 510-18-49/510-17-74
 

Copyright © 2014 Bütün hüquqları qorunur.