DataLife Engine > Çap üçün versiya > Bakıda 30-a yaxın «Mercedes-benz G(Qelenvagen»)lər «həbs» edilib…
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Bakıda 30-a yaxın «Mercedes-benz G(Qelenvagen»)lər «həbs» edilib…

Bakıda 30-a yaxın «Mercedes-benz G(Qelenvagen»)lər «həbs» edilib…


3-10-2016, 04:16. Yerləşdirdi: admin

İmkanlıların övladlarının ortalama qiyməti 130-150 min dollar olan «Qelenvagen»ləri paytaxt küçələrində xoruldatması aidiyyəti qurumları hərəkətə keçirdi…

«Gecə növbəsindən gəlib bərk yorulduğumdan dərhal yatmağa qərar verdim… Təcəzə yuxu aparmışdı ki, qəfil xorultu-nərilti səsinə oyandım… Az keçmiş yenidən yatmağa çalışdım. Yenə də təzəcə gözümə yuxu getmişdi ki, həmin xorultu səsi məni təzədən yuxudan oyatdı… Artıq bərk əsəbləşmişdim və həyətə düşdüm. Qonşum da əsəbi halda həyətdə dayanmışdı. Məlum oldu ki, o da həmin xorultu səsinə oyanıb… Nə baş verdiyini, bu xorultunun hardan gəldiyini xəbər aldım. Məlum oldu ki, bu səs «Mercedes-Benz G(Qelenvagen» markalı avtomobilin səsidir… Həmin səs son vaxtlar bizi narahat etməkdədir…».
Bu sözlər Bakı şəhər sakini Abbas Məmmədovun «Təzadlar»a daxil olan elektron məktubundandır… Amma bui lk və son şikayət deyil. Müşahidələr göstərir ki, vətəndaşları narahat edən bu səs(lər)ə tez-tez rast gəlmək olar. Belə ki, müxtəlif markalı bahalı avtomobillərə əlavə səsartıran qurğu yerləşdirən bəzi ərköyün sürücülər avtomobillərinə ictimai yerlərdə qəsdən qaz verərək güclü xorultulu səs çıxarmasına nail olurlar… Bəs onlar bununla nəyə nail olurlar? İnsanların sakit həyatına və yuxusuna, dincliyinə zəhər qatan bu səs sahibləri niyə də cəzalandırılmasın???

Naziri haqlı olaraq qəzəbləndirən səs «müəllifləri» cəzalandırılıb…

Redaksiyamıza daxil olan məlumatda isə bildirilir ki, məlum xorultulu səs buraxan avtomobillərin sahibləri barədə daxili işlər naziri Ramil Usubova edilən şikayət xarakterli müraciətlər təsirsiz qalmayıb. Belə ki, bu ilin sentyabrın 26-da nazir Ramil Usubovun göstərişi ilə paytaxtın yol polisi reyd keçirərək məlum xorultulu səsi ilə insanları narahat edən 30-a yaxın «Mercedes-Benz G(Qelenvagen» markalı avtomobillərini cərimə meydançasına aparıb. Həmin avtomobillərin bu günədək heç biri buraxılmayıb və sahiblərini ciddi cərimə cəzası gözləyir…
***
Qeyd edək ki, «Mersedes» ailəsinə mənsub olan «Mercedes-Benz G(Qelenvagen» markalı avtomobillər «Mercedes-Benz G-class»ın klassik markasıdır. Və bu avtomobillər 1979-ci ildən buraxılır, hələki komfortuna və dizaynına görə özünü doğruldur. Həmin avtomobillərin qiyməti 140-160 min dollar arası dəyişir. Cəld avtomobillərdir və 100 metr məsafəni 5,5 saniyəyə qət edə bilir…
Azad

Geri