DataLife Engine > Çap üçün versiya > "Şirkəti Beytulla müəllimin arvadının adına keçirdim"
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > "Şirkəti Beytulla müəllimin arvadının adına keçirdim"

"Şirkəti Beytulla müəllimin arvadının adına keçirdim"


30-11-2016, 18:07. Yerləşdirdi: admin
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib...
Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən proses təyin edilən vaxtdan 2 saat gec başlayıb. Hakim Əfqan Hacıyev bunu vəkillərin prosesə gəlməməyi ilə əsaslandırıb. O, prosesə gecikən vəkillərə xəbardarlıq edib. Prosesdə bundan sonra Vidadi Zeynalovun vəkilləri "Bakı Telefon Rabitəsi" İB- nin sabiq sədri Beytulla Hüseynova suallar verib. Vəkil Ceyhun Yusifov sualında B.Hüseynovun nazirliyə verdiyi pullarda Vidadi Zeynalovun rolunun nə olduğunu soruşub.
Beytulla Hüseynov istintaqa verdiyi ifadəni təsdiqlədiyini deyib: "Nazirliyin rəhbərliyi nə deyibsə, onu eləmişəm".
Ceyhun Yusifov digər sualında Vidadi Zeynalovun ona konkret olaraq tapşırıq verib-vermədiyini soruşub. Beytulla Hüseynov suala cavab verməyib. O bildirib ki, konkret ad çəkə bilməz. Bundan sonra Beytulla Hüseynovun istintaqa verdiyi ifadə elan edilib. Sabiq rəis istintaqa verdiyi ifadəsində tapşırlıqları birbaşa Əli Abbasovdan aldığını deyib.
Bundan sonra prosesdə Beytulla Hüseynov rəisi olmuş birliyin baş mühasibi olmuş Anar Mustafayev məhkəmədə sərbəst ifadə verib: “İstintaqa verdiyi ifadəmdə dediyim rəqəmləri təsdiqləyirəm. Amma bəzi yerlərdə dollar-manat məsələsində səhv ediblər. Xarici şirkətlər gəlib bizə deyirdilər ki, müqaviləni bizlə imzalayın, sizə bonus verəcəyik. Bunlar rəsmi qeydə alınmırdı. Beytulla Hüseynovun əməliyyatlarım üçün 15 min manat verdiyini demişəm. Amma bunu yalandan dedim. Mən adlar çəkə bilmədiyim üçün yalan danışdım. Düzdü, Beytulla müəllimin mənə hər ay 7 min manat verdiyini demişəm, amma onun cəmi 2 min manatı məndə qalırdı, qalanı isə digər işçilərə verilirdi. Vidadi Zeynalova da vəsait vermədiyimi dedim, çünki təxmini rəqəm deməyimi istədilər, mən də iki dəfə paket verdiyimi, amma içində nə qədər pul olduğunu bilmədiyimi dedim. Beytulla müəllim üzləşmədə mənə ayda 2500 manat verdiyini dedi, mən də 2500 yox, 2 min verdiyini deməyə utandım. Çünki 10 il rəhbərim olmuşdu. Biz tikinti sahəsində məcburiyyət qarşısında qalıb monopoliya qurmuşduq. 2005-2015-ci illərdə hər ay əmək haqqımdan əlavə 800-2500 manat pul aldığımı da etiraf edirəm. Əmək haqqımla birlikdə aylıq qazancım 1300-2800 manat arası olub. 2500 işçisi olan bir birliyin mühasibi kimi maaşım belə olmalıdır".
Baş mühasib onu da qeyd edib ki, dövlət büdcəsindən ayrılan pullardan heç bir mənimsəmə olmayıb: "Biz bəzi sahələri monopoliya almışdıq. Orda elədir ki, vəsaiti ya biz oğurlamalıydıq, yada ki kiminsə oğurlamasına şərait yaratmalıydıq. İstintaq hər şeyin mənim planlarımla baş verdiyini deyir. Əgər o qədər fərasətliyəmsə, niyə Beytulla müəlimə, Vidadi müəllimə 10 milyon, özümə 567 min pul məniməsəyirdim. Biz tenderləri elan edib öz adamlarımıza yönəldirdik. Uşaq da bilir ki, hansı sahəyə 100 manat qoyursansa, 30-35 faiz mənfəət qazanırsan. Biz təkilf etdik, Emin Məmmədov, Bayram Vəliyev və Namazəliyevin şirkətləri ilə işləyək. Onlar heç bir mənfəət qazanmadılar. Onlara "paket" verirdik. Biz birbaşa onların haqqlarına girirdik. Təbii ki, özlərin razılığı ilə".
Prosesdə fasilə elan olunub.
***
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Fasilədən sonra da proses deyildiyi vaxta başlamayıb. Hakim təqsirləndirilən şəxslərə müraciət edərək bildirib ki, vəkillərinin məhkəməyə gəlməsini təmin etsinlər.
Prosesdə Anar Mustafayev prokuror və vəkillərin suallarını cavablandırıb. O bildirib ki, Beytulla Hüseynovla 2000-ci ildən tanışdır: "Biz onunla Nizami rayon qovşağında çalışarkən tanış olmuşuq. 2005-ci ildə aprel ayında 18-də Beytulla müəllim rəis oldu. Aprelin 25-də mən baş mühasib kimi təyinat aldım. Bir müddət sonra Beytulla müəllimə müəyyən tapşırıqlar gəldi. O tapşırıqlara əsasən MMC-lər yaradıldı. Həmin MMC-lər bizim təyin etdiyimiz tender müsabiqələrin də qalib elan olundu. Həmin MMC-lərin rəhbərləri öz mənfəətlərindən imtina etdilər. Həmin pulları biz götürdük. Təbii ki, qarşılıqlı razılıqla. Ümumi məhsullar bazar qiymətindən aşağı olaraq alınırdı, həmin məbləğin 20-25 faizi ilə qiymət artırılırdı".
Suallara cavab verən baş mühasib bildirib ki, işlədiyi müddətdə orta hesabla maaşından əlavə 95-110 min manat arası pul alıb: "Aldığım aylıq 7 min manatın 2 minini özümə götürürdüm. Qalan 5 mini işçilərin müalicəsinə, toylara, yaslara xərclənirdi".
Beytulla Hüsenov qısa çıxış edərək bildirib ki, istintaqda Anar Mustafayevə 7 min manat verdiyini bildirsə də, yalnız o pulun hamısının ona qaldığını deməyib: "Anarın 30 işçisi olub, o pulu da orda bölürdülər".
Vəkillərin suallarına cavab olaraq Anar Mustafayev qeyd edib ki, Maliyyə Nazirliyinin müfəttişləri tərəfindən aparılan yoxlamalarda verilən rəqəmlər həddindən artıq şişirdilib.
V.Zeynalovun vəkillərinin sualların cavablandıran Anar Mustafeyev qeyd edib ki, müxtəlif illərdə bir neçə dəfə çalışdıqları qurumlara müxtəlif yoxlamalar gəlib: "Vergilər, Maliyyə Nazirlikləri tərəfindən yoxlamalar olurdu. Həmin yoxlamalarda hər şey normal olub”.
Anar Mustafeyev və Beytulla Hüseynov Vidadi Zeynalovun vəkillərin suallarına etiraz ediblər: "Bizə dövlət ittihamçısı lazım deyil, vəkillər dövlət ittihamçısından da betərdilər"
Bundan sonra prosesdə "Bakı Rabitə Təmir Tikinti" MMC və "Təmir Təchizat Servis" MMC-in rəhbəri Bayram Vəliyev ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib. Məhkəmədə onun istintaqa verdiyi ifadə elan edilib. O, istintaqa ifadəsində deyib ki, şirkətləri Beytulla Hüseynovun sifarişi əsasında yaradıb: "İşdən təzə çıxmışdım, işsiz idim. Beytulla müəllimə yaxınlaşdım. İş istədim. Mənə MMC-lər yaratmaq tapşırığı verdi. Şirkətlər yarandı. Bundan sonra mən rəsmi olaraq rəhbər qalsam da, o şirkətlərə faktiki olaraq Beytulla Hüseynov rəhbərlik edirdi. Bir müddət sonra şirkətin birini Beytulla müəllimin həyat yoldaşı Yeganə xanımın adına keçirdim. Sonra tapşırıq verdi ki, təzədən qaytar öz adamına. O, tenderlərdə həmin şirkətlərin qalib olmasını təmin edirdi. Mən Beytulla Hüseynovun əmrlərini yerinə yetirmişəm, 1000 manat maaş, 1500 manat isə paket alırdım. Tender və kotirovka sənədləri ilə məşğul olmurdum, özləri həll edirdi, sadəcə qol çəkirdim".
Vidadi Zeynalov ittiham aktını almadığını deyib. Hakim veriləcəyini bildirib. Məhkəmə prosesi dekabrın 2-də davam etdiriləcək.

Geri