DataLife Engine > Çap üçün versiya > Buzovnada məcburi köçkünlərin məskunlaşdığı bina kül oldu
DataLife Engine Azerbaijan Support > Manşet > Buzovnada məcburi köçkünlərin məskunlaşdığı bina kül oldu

Buzovnada məcburi köçkünlərin məskunlaşdığı bina kül oldu


20-12-2016, 15:54. Yerləşdirdi: admin
Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 18-də saat 19:00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Xocalı (5 ailə), Ağdam (2 ailə) və Laçın (2 ailə) rayon sakinlərinin yaşadıqları “Çiçək-Pioner” düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısaqapanmasından yanğın baş verib. Nəticədə 200 kv/m sahədə yanar konstruksiyalar yanıb, xəsarət almış Xocalı rayon sakini İlkin Zamanlı və FHN-in YMİ-nin əmədaşı Asif Rufullayev xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.Ağdam rayonundan olan 7 nəfərdən ibarət 1 ailə qəsəbə ərazisindəki 14 saylı poliklinikaya yerləşdirilib, digərləri qohumlarının evlərinə gediblər. Ailənin başçısı Elgiz Abdullayev "Təzadlar"ın əməkdaçına bu gün bildirib ki, 5 nəfər məktəbli uşaqları ilə birlikdə 2 gündür ki, yanmış binanın həyətində ozaq yandıraraq geçələyirlər:
-Bu gün "Qaçqınkom"un sədr müavininin qəbulunda olduq... Sənan adlı müavin üstümüzə qışqırıb az qala məni vurmaq istəyir ki, mən sənə nə kömək etməliyəm? Evini mən yandırmışam? Başa sala bilmirik ki, bu soyuqda 5 məktəbli uşaqla hara getməliyik, Dövlət bizə yardım etməlidir... Hətta burada məskunlaşmış Laçın və Xocalı köçkünlərinin Bakıdakı nümayəndələri hadisə yerinə gəldilər, amma Ağdamın nümayəndəsi səsini də çıxarmayıb. Zəng edib deyirəm, deyir ki, bilmirəm nə edib?
***
Hazırda əməkdaşımız "Qaçqınkom"un rəsmiləri ilə əlaqə saxlamağa çalışır ki, çarəsiz qalmış ailəyə hansısa köməklik göstərilsin...
Səbuhi

Geri