DataLife Engine > Çap üçün versiya > Mövlam Şıxəliyevin müavini: “MTN-dən çıxmaq üçün 600.000 manat pul verməlisən”
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Mövlam Şıxəliyevin müavini: “MTN-dən çıxmaq üçün 600.000 manat pul verməlisən”

Mövlam Şıxəliyevin müavini: “MTN-dən çıxmaq üçün 600.000 manat pul verməlisən”


14-01-2017, 21:40. Yerləşdirdi: admin

Müsənnif Salahov: “MTN-də Təhsin Ağayev mənə Vüsal Ələkbərovun yanında dedi ki, “Etibar Əliyev bankı yeyib talayıb, sən nə qədər pul verirdin Etibara? Bilirsən də hara düşmüsən, çıxmaq üçün 600.000 manat pul verməlisən”

«Təzadlar» xatırladır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi işləmiş Ələkbərov Vüsal Hicran oğlunun Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 162006082 nömrəli cinayət işi artıq məhkəmə baxışındadır… Məhkəmə prosesində iştirak edən “Təzadlar”ın əməkdaşı bildirir ki, yanvarın 12-də Bakı Hərbi Məhkəmədə keçirilən növbəti məhkəmə prosesində bu cinayət işi üzrə hazırlıq iclası başa çatdı, cinayət işi artıq məhkəmə baxışına verildi. Növbəti proses yanvarın 26-na təyin edildi…
(Əvvəli saytın bu günkü buraxılışında)
...İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Salahov Müsənnif Hilal oğlu ərizə və ifadələrində göstərmişdir ki, 2003-cü ilin may ayından hal-hazıradək “Texnikabank”ın “Sumqayıt” filialının müdiri vəzifəsində işləyir, 2012-ci ilin mart ayında həmin bankın müşahidə şurasının sədri Etibar Əliyev həbs olunduqdan sonra 27.03.2012-ci il tarixdə saat 11 radələrində bir qrup MTN əməkdaşı filiala gəlib məhkəmə qərarı əsasında 6 aylıq fəaliyyəti yoxlayacaqlarını bildirmişdir. Onlar axtarış aparıb maliyyə sənədlərini götürərək axşam saat 19 radələrində onu da MTN-nə aparmış, giriş qapısında gec olduğundan buraxılış vərəqəsi yazıla bilmədiyi üçün evə buraxaraq növbəti gün gəlməsini demişlər.

“MTN-də Təhsin Ağayev məndən Vüsal Ələkbərovun yanında dedi ki, “Etibar Əliyev bankı yeyib talayıb, sən nə qədər pul verirdin Etibara? Bilirsən də hara düşmüsən, çıxmaq üçün 3.000.000 manat pul verməlisən”


28.02.2012-ci il tarixdə MTN-də Nadir adlı müstəntiq onu qəbul edib saat 14 radələrində istintaq qrupunun rəhbəri, istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun yanına aparmış, Vüsal təklikdə onunla söhbət edərək İstintaq idarəsinin rəis müavini Təhsin Ağayevin yanına aparmış, Təhsin Ağayev ondan Vüsalın yanında “Etibar Əliyev bankı yeyib talayıb, sən nə qədər pul verirdin Etibara?”- soruşaraq “Bilirsən də hara düşmüsən, çıxmaq üçün 3.000.000 manat pul verməlisən”-demiş, o isə gülərək “Nə özümdə, nə də işlədiyim bank filialında indiyə kimi bu məbləğdə pul görməmişəm”-demişdir. Xeyli müzakirələrdən sonra Təhsin “hara gəlib düşdüyünü bilirsən, verməsən, onların dalınca sən də içəri girəcəksən”-demiş, otaqdan çıxdıqdan sonra isə Vüsal onu “Nə qədər səni həbs etməmişəm, sənə sözümüzü dedik, get pulu tap gətir, yoxsa o birilərin dalınca səni də içəri salacam”- deyə hədələmişdir.
Daha sonra Nadir onunla normal rəftar edərək şahid qismində dindirmiş, onunla başqa söhbət aparmamış, heç nə tələb etməmiş, pul istəməmiş, hər hansı qanunsuz rəftarı olmamışdır. Evə qayıtdıqdan sonra 2 həftə müddətində MTN- nin İstintaq idarəsinin rəis müavini Təhsin Ağayev 050-211-65-73, həmin idarənin şöbə rəisi Vüsal 050-354-01-10 nömrəsindən dayanmadan zəng edib maraqlanmış və pulu tələb etmişlər. Bu zənglərə və psixoloji təzyiqlərə tab gətirmədiyindən, həmçinin əsassız yerə həbs olunacağından qorxduğu üçün məcbur olub bacanağı Qəzənfər Hüseynovdan 150.000 manat almış, evdə olan qızıl zinət əşyalarını 50.000 manata satmış, 2012-ci ilin aprel ayının ortalarına yaxın saat 14 radələrində sürücüsü Məhəmməd Dəmirovla birlikdə MTN-nin binasına gəlmişdir.

“O, Ağcabədidə yaşayan xalası oğlu Əlizamin Abbasovdan 100.000 manat, fermer təsərrüfatı ilə məşğul olan Nadir adlı dostundan 100.000 manat, Sumqayıt şəhərində yaşayan qardaşları Tahir Salahov və Səyyaf Salahovdan hər birindən 50.000 manat borc almış, cəmlədiyi 500.000 manatı 2012-ci ilin may ayının əvvəllərində saat 16 radələrində MTN-ə getmiş və Vüsalın iştirakı ilə Təhsinin otağında sonuncuya vermişdir...”


Müsənnif Salahov sürücüsünün pul aparmasından və ondan pul tələb edilməsindən heç bir məlumatı olmamışdır. Sellofan torbaya qoyduğu 200.000 manatı özü ilə götürüb nazirliyin əsas girişində Vüsala, yaxud Təhsinə zəng edib gəldiyini dedikdən sonra Təhsinin otağına buraxılmış, 200.000 manatı Vüsalın yanında Təhsinə verərək başqa pulu olmadığını demişdir. Vüsal isə “Min dənə obyektin var, get sat gətir pulu ver, milyonlar qazanırsınız, Misir hesablayıb”-demiş, çox yalvardıqdan sonra Təhsin Ağayev sonunda 600.000 manat verəcəyi halda onu həbs etməyəcəyini demiş, əks halda isə üzünə dörd adam duraraq onlardan notarius əməliyyatlarında rüşvət kimi pul almasını deyəcəyi ilə hədələmişdir. O, bir həftə ərzində qalan pulu düzəldə bilməmiş, yenə Təhsin Ağayev və Vüsal zəng edərək pulu soruşmuş, onlara pulu hazır edə bilmədiyini dedikdə yenidən nazirliyə çağırılmış, saat təxminən 15 radələrində Təhsin Ağayev öncədən verdiyi 200.000 manatı ona qaytarmış, o da qorxuya düşdüyündən Ağcabədi rayonunda yaşayan xalası oğlu Əlizamin Abbasovdan 100.000 manat, fermer təsərrüfatı ilə məşğul olan Nadir adlı dostundan 100.000 manat, Sumqayıt şəhərində yaşayan qardaşları Tahir Salahov və Səyyaf Salahovdan hər birindən 50.000 manat borc almış, cəmlədiyi 500.000 manatı 2012-ci ilin may ayının əvvəllərində saat 16 radələrində brezent materialından olan bozumtul rəngli torbaya qoyaraq nazirliyə getmiş və Vüsalın iştirakı ilə Təhsinin otağında sonuncuya vermişdir.
100.000 manat üçün isə Təhsin Müsənnif Salahova vaxt qoyduğundan 1 həftə, yaxud 10 gün sonra yeznəsi İlhamdan 50.000 manat, dayısı oğlu Əyyubdan 50.000 manat borc pul almış, düzəltdiyi 100.000 manatı sellofan torbaya qoyub sürücüsü ilə birlikdə saat 16 radələrində nazirliyə getmiş və pulu Təhsin Ağayevə vermişdir.
Vüsal Ələkbərov və Təhsin Ağayev tərəfindən Müsənnif Salahovun MTN-nə giriş-çıxışına dair qeydlərin rəsmiləşməməsi, yaxud da sonradan silinməsi üçün tədbirlər görülmüşdür. Vüsal Ələkbərov və Təhsin Ağayevin məqsədli şəkildə tapşırığı ilə onlarla hazırda xatırlamadığı müxtəlif nömrələrlə danışıq aparmışdır...
(Davamı var)
“Təzadlar”


Geri