DataLife Engine > Çap üçün versiya > SAATLI TƏHSIL ŞÖBƏSİNİN SABİQ MÜDİRİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLİB-YENİLƏNİR
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > SAATLI TƏHSIL ŞÖBƏSİNİN SABİQ MÜDİRİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLİB-YENİLƏNİR

SAATLI TƏHSIL ŞÖBƏSİNİN SABİQ MÜDİRİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLİB-YENİLƏNİR


5-02-2017, 14:20. Yerləşdirdi: admin
Şamil Nurəliyev Azərbaycan CM-nin bir neçə maddəsinin sanksiyasına düşən cinayət əməlinə görə həbs edilib…
Xəbər verildiyi kimi, təxminən il yarım əvvəl Azərbaycan təhsil naziri Mikayəl Cabbarovun əmrinə əsasən işdə ciddi nöqsanlara yol verdiklərinə görə 15 rayon təhsil şöbəsinin müdirləri işdən qovulub. Belə ki, nazir Mikayıl Cabbarov regionlarda təhsilin keyfiyyətinin aşağı olmasından və məzunların 50 faizdən çoxunun “qeyri-kafi” qiymət almasından narazılığını bildirərək qeyd edib ki, regionlarda təhsilin idarəedilməsində keyfiyyətin artırılması əsas prioritetlərdəndir. Bu və ya digər səbəbdən işinin öhdəsindən gələ bilməyən 15 bölgədə rayon (şəhər) Təhsil şöbəsinin müdirləri də bu nöqsanların qurbanı olub... Və sonradan məlum oldu ki, təkcə 2013-cü ilin aprelindən həmin nöqsanların qeydə alındığı 2015-ci ilin avqustunadək olan müddətdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Kəlbəcər, Quba, Kürdəmir, Naftalan, Ağdam, Qazax, Göyçay, Abşeron, Salyan, Tərtər, Balakən, Cəlilabad, Sumqayıt və Saatlı rayon təhsil şöbələrinin müdirləri tutduqları vəzifələrdən azad olunub. İşdən azad olunmanın bir sıra səbəbləri olub: dövlət qulluğunda olmanın yaş həddinə çatma, səhhətin vəziyyəti. Bir də işdə yol verilmiş ciddi nöqsanlar və cinayət tərkibli xüsusatlar. Bu cərgədə Saatlının, Kəlbəcərin, Quba və Abşeron təhsil şöbələrinin müdirlərinin adı var...

Bəs Saatlı rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyev niyə həbs edilib?


Sonradan məlum oldu ki, işdən çıxarılan təhsil şöbəsi müdirlərindən bəzilərinin barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib. Barəsində cinayət xarakterli material olan müdirlərdən biri də Saatlı rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyev idi... Adı mətbuatda silsilə qalmaqallarla yadda qalan Şamil Nurəliyevin barəsində Baş Prpokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində qaldırılan cinayət işi üzrə aparılan istintaq hərəkətləri ilə tam sübut olunmuşdur ki, Ş.Nurəliyevin ətrafında baş vermiş qalmaqallar əbəs deyilmiş. “Təzadlar”a dəfələrlə daxil olmuş şikayətlər araşdırılarkən də Şamil Nurəliyev şikayətlərin əsassız olduğunu bildirərək, hətta bu barədə yazılarsa, əməkdaşımızın məhkəməyə veriləcəyi ilə hədələr də etmişdi. Amma istintaq orqanı sübut etdi ki, şikayətlər tam əsaslı imiş. Bu da nəticə: Şamil Nurəliyev istintaq başa çatan kimi həbs edildi və iş məhkəməyə göndərildi...

Şamil Nurəliyev hökmdən apellyasiya şikayəti verib ki...

Redaksiyamıza Şamil Nurəliyevin barəsində elan olunmuş ittiham üzrə təqsirləndirilməsinə dair “İttiham Aktı”nın surəti göndərilib... Bu barədə növbəti yazıda ətraflı bəhs olunacaq. Amma hələlik bir məqamı qeyd edək ki, Lənkəran Ağıq Cinayətlər Məhkəməsinin hökmü ilə Şamil Nurəliyev 6 il müddətinə azadlıqdan məhrum edilib... “Ən maraqlısı: Şamil Nurəliyev həmin hökmdən apellyasiya şikayəti verib və artıq hakimlər kollegiyası ilə “danışıqlar” aparır ki, həmin hökmü 2 il şərti cəza ilə əvəzlədərək azadlığa çıxsın...”, -deyə redaksiyaya göndərilən geniş məktubda bildirilir...
-Bəs Şamil Nurəliyevin ittiham olunduğu maddələr üzrə günahı nədir?
-Rayonun Əlisoltanlı orta məktəbinin heç vaxt ezamiyyətdə olmayan müəllimi Fərhad Muradovun adına 750 manat ezamiyyət pulu necə yazılıb?
-Müəllimlərin adına 72 saat dərs yükü necə əsaslandırılıb yazılırmış?
- Şamil Nurəliyev TŞ-də adı olmayan 40 nəfərə saxta arayışlar verərək onların adına “Bank Respublika” bankda nə qədər kreditlərin sənədləşdirilməsini təmin edib?
-Şamil Nurəliyev saxta arayışları verdiyinə görə peşman olaraq banka dəyən 20 min manat ziyanı necə ödəyib?
(Davamı var)
“Təzadlar”

Geri