DataLife Engine > Çap üçün versiya > Rəsmi Bakı Boliviyalı deputatlarla bağlı bəyanat verməlidir-DÜNƏN "DQR"A GETDİKLƏRİ ÜÇÜN
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Rəsmi Bakı Boliviyalı deputatlarla bağlı bəyanat verməlidir-DÜNƏN "DQR"A GETDİKLƏRİ ÜÇÜN

Rəsmi Bakı Boliviyalı deputatlarla bağlı bəyanat verməlidir-DÜNƏN "DQR"A GETDİKLƏRİ ÜÇÜN


19-02-2017, 12:48. Yerləşdirdi: memmedov
"Təzadlar" "Newsarmenia.Am" saytına istinadən xəbər verir ki, dünən-şənbə günü "DQR" prezidenti Bako Saakyan saxta konstitusiya referendumunun gedişində müşahidəçi missiyasının həyata keçirilməsi məqsədi ilə gəlmiş Boliviyanın deputatlar Palatasının nümayəndə heyətini qəbul edib. Qondarma "DQR" rəhbəri utanmadan "...demokratik institutların möhkəmləndirilməsi baxımından ikitərəfli münasibətlərin inkişafı və "DQR" barədə obyektiv informasiyanın müxtəlif ölkələrdə təqdim edilməsi, xarici nümayəndə heyətləri tərəfindən müşahidə missiyasının mühüm əhəmiyyətini" müzakirə ediblər.
Məsələ ondadır ki, bloger Lapşin "DQR"a qanunsuz səfər edərək Azərbaycan haqqında qərəzli yazılar verməkdə günahlandırılaraq Belorusda tutularaq Azərbaycana gətirildi, hazırda Bakı İstintaq Təcridxanasındadır. Hesab edirik ki, Ermənistanın "DQR" referendumu oyununun qurbanı olan Boliviya respublikasının nümayəndə heyəti barədə bu ölkənin XİN-nə bəyanatla ciddi xəbərdarlıq edilməlidir. "Təzadlar" bu barədə Azərbaycan XİN-ə qeyd olunan məlumatı öütürdü və cavab gözləyirik.
Azad

Geri