DataLife Engine > Çap üçün versiya > Professor İlham Rəhimov Bakıda daha bir ilkə imza atdı--YENİLƏNDİ
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Professor İlham Rəhimov Bakıda daha bir ilkə imza atdı--YENİLƏNDİ

Professor İlham Rəhimov Bakıda daha bir ilkə imza atdı--YENİLƏNDİ


27-02-2017, 06:44. Yerləşdirdi: memmedov
Bakının mərkəzində ilk dəfə “Hüquq ədəbiyyatı” İxtisaslaşmış kitab mağazası açıldı...
Bu gün-25 fevral 2017-ci ildə paytaxtın Lef Tolstoy küçəsi-191 ünvanında “Hüquq ədəbiyyatı” Ixtisaslaşmış kitab mağazasının açılış mərasimi keçirildi. Açılış mərasimində Respublikanın tanınmış hüququşünasları, ziyalılar və KIV nümayəndələri iştirak edirdilər.
Tədbiri hüquq elmləri doktoru, BDU-nun professoru Firudin Səməndərov açaraq belə bir kitab mağazasının açılışı münasibəti ilə professor, hüquq elmləri doktoru, Azərbaycanın Əməkdar hüquqşünası İlham Rəhimova dərin təşəkkürünü bildirərək dedi:
-Bakıda belə bir ixtisaslaşmış hüquq ədəbiyyatı mağazasının açılmasına görə əvvəlcə əziz dostumuz, professor İlham Rəhimova dərin təşəkkürümü bildirirəm, çox sağ olsun ki, indi hər yerdə kitablara marağın azalması, oxucuların sayının azalmasından danışıldığı bir vaxtda belə bir ilkə imza atdı... Bu addım bütün hüquqşünaslarımızın ürəyindəndir və ixtisaslaşmış bir mağazanın olması təqdirəlayiqdir. Hər bir tədbirin cəmiyyət üçün müəyyən effekti var.Xüsusən də hüquq elmlərinin təbliği üçün bu kitabxananın açılışını böyük hadisə hesab edirəm. Mənə elə gəlir ki, bu, hələ gecikmiş addımdır. Dünyada iki böyük məktəb olub ki, onlardan biri də Platonun məktəbidir. Bu, bəşəriyyətin inkişafına böyük işıq saçıb.Kitab bir işıqdır. Kitabsız insan isə kordur. Nə qədər savadlı olsan da, kitab insanın həyatına işıq saçır. Bu mənada professor İlham Rəhimovun tədbirini yüksək qiymətləndirirəm. Platonun açdığı məktəb beşinci əsrdə bağlanıb. Ancaq bu məktəb qeyd etdiyim kimi bəşəriyyətə böyük işıq saçıb. Ondan bir dəfə soruşublar ki, insan nə ilə məşğul olmalıdır. O isə cavab verib ki, hər kəs bacardığı işi görməlidir. Hüququn inkişafında Roma xüsusi rol oynayıb. Hətta eradan əvvəl ikinci əsrdən, bizim eranın üçüncü əsrinə qədər olan dövrü “qızıl dövr” adlandırırlar. Həmin zaman kitabxanalar açılıb, hüquq sahəsi genişlənib. Bu gün açılışını etdiyimiz kitabxana da çox qiymətlidir. Doğrudur, indiki zəmanədə tələbələr kitab oxumaqdan bir qədər uzaqlaşıblar. Ancaq hesab edirəm ki, bu kitabxananın misli yoxdur. İlham Rəhimovun bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu da əlavə bir işıqdır ki, yetişən gənc nəslimizə yol göstərəcək. Uğurlar arzulayıram... Hamınızı təbrik edirəm...
***
Sonra digər tanınmış hüquqşünaslar, elm adamları çıxış edərək ürək sözlərini bildirdilər... Açılış mərasimində Rusiya Dövlət Dumasının Dağıstandan olan deputatı Zaur Askenderov, Rusiya Ümumrusiya Peşəkar Notariusları İttifaqı Mərkəzi Şurasının sədri, həmyerlimiz Natiq Ağamirov, BDU-nun kafedra müdiri Alış Qasımov, Azərbaycan Konstitusiya Məhkəməsinin Aparat Rəhbəri Şahin Rüstəmov, Prezident Administrasiyasının hüquq şöbəsinin müdiri Şahin Əliyev, professorlar- Habil Qurbanov, Sakit Hüseynov, Mirağa Cəfərquliyev və digər tanınmışlar iştirak edirdilər...
***
Onu da deyək ki, Bakı şəhərində ilk dəfə açılan bu mağazada hüququn bütün sahələrinə aid kitabları tapmaq mümkün olacaq. Burada hüquqşünaslar, hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, hüquq mühafizə orqanının işçiləri, nəzəriyyəçilər, eləcə də kütləvi oxucular həm Azərbaycan, həm də digər xarici dillərdə çap olunmuş ən yeni hüquqi ədəbiyyatı əldə edə biləcəklər. Ən vacibi, xaricdə nəşr olunmuş nəfis tərtibatlı kitablar oxucuların həm zövqünü oxşayacaq, həm də müasir dünya hüququnda baş verən yeniliklərlə tanış olmağa imkan verəcək.
Mağaza hüquq ədəbiyyatına aid kitabların surətini çap etmək üçün müasir texniki vasitələrlə təchiz edilmişdir.
Əlaqə telefonu: 012-561-86-02, 050-323-51-05
e-mail: [email protected]
***
…Kitab mağazasında, həmçinin ötən əsrin əvvəllərində çap olunmuş kitablar, hətta 1870-ci ildə nəşr olunmuş “Rüşvətin alınmasının anatomiyası” adlı kitab da vardır... Kitab seyrçilərin diqqətini xüsusilə cəlb edirdi. Deməli, hələ o vaxtlar da rüşvət var imiş. Elə isə, bizim bəzi məmurları niyə rüşvət almağa görə qınayırlar?
Tədbirdə “Təzadlar”ın baş redaktoru Asif Mərzili də iştirak edib.
Səbuhi
Professor İlham Rəhimov Bakıda daha bir ilkə imza atdı--YENİLƏNDİ
Professor İlham Rəhimov Bakıda daha bir ilkə imza atdı--YENİLƏNDİ
Professor İlham Rəhimov Bakıda daha bir ilkə imza atdı--YENİLƏNDİ
Professor İlham Rəhimov Bakıda daha bir ilkə imza atdı--YENİLƏNDİ
Professor İlham Rəhimov Bakıda daha bir ilkə imza atdı--YENİLƏNDİ
Professor İlham Rəhimov Bakıda daha bir ilkə imza atdı--YENİLƏNDİ
Professor İlham Rəhimov Bakıda daha bir ilkə imza atdı--YENİLƏNDİ

Geri