DataLife Engine > Çap üçün versiya > Osman Gunduzdən şok xəbər-KİV-LƏR BELƏ BAĞLANACAQ!
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Osman Gunduzdən şok xəbər-KİV-LƏR BELƏ BAĞLANACAQ!

Osman Gunduzdən şok xəbər-KİV-LƏR BELƏ BAĞLANACAQ!


29-03-2017, 19:53. Yerləşdirdi: memmedov
Tanınmış media eksperti Osman Gündüz FB-də maraqlı statusla gündəmə gəldi. "Təzadlar" həmin FB statusu olduğu kimi, şərh vermədən təqdim ediir:
...Artıq qadağan olunmuş informasiyaların internetdə yayılması ilə bağlı yeni hüquqi sənədlər qəbul edilib. Müvafiq Qanunun tətbiqi ilə bağlı Fərman da imzalanıb. İcraçı dövlət qurumu da müəyyən olunub. Yeni qaydalara görə yayılması qadağan edilən informasiyalarla bağlı Internet saytlara, xəbər portallarına, bloqlara girişin məhdudlaşdırılması və bu internet resursların məhkəmə qərarı olmadan qapadılması ilə bağlı qərarların qəbul edilməsi səlahiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilib. Güman ki Nazirlik də bu vəzifəni özünün Elektron Təhlükəsizlik Mərkəzinə həvalə edəcək.
Beləliklə yeni Qaydalara görə:
1. NRYTN hansısa internet resursda qadağan olunmuş informasiya müəyyən edərsə və ya bununla bağlı onlara şikayət daxil olarsa resursun və domen adının sahibinə, hostinq provayderə yazılı xəbərdarlıq edir ki, 8 saat ərzində bu informasiya resursdan yığışdırılmalıdır.
2. Əgər saytdakı qadağan olunmuş informasiya dövlətin və cəmiyyətin qanunla qorunan maraqları üçün daha ciddi təhdidlər yaradırsa NRYTN özü resursu məhkəmə qərarı olmadan müvəqqəti bağlayır və bundan sonra məhkəməyə müraciət edir. Məhkəmə baxışınadək resursa giriş qapalı olur.
3. Məhkəmə 5 gün müddətində baxmalıdır.
4. Yeni Qaydalara görə NRYTN öz qərarı və ya məhkəmə qərarı ilə qapadılan saytların siyahısını ( “Qara siyahı”) hazırlamalıdır. Bu Siyahıya daxil edilən resurslara girişin qapadılması üçün provayderlərə rəsmi müraciət edilir.
5. İnternet provayderlər və Hostinq provayderlər “Qara siyahı”ya daxil edilən saytların sahiblərini bu resurslara girişin müvafiq qurumların qərarı ilə qapadılması haqqında məlumatlandırmalıdır.
***
Dünəndən "Azadlıq" və "AzadlıqRadiosu" saytlarına giriş yoxdur... Amma səbəbi məlum qurum tərəfindən hələki aşıqlanmır...
Azad

Geri