DataLife Engine > Çap üçün versiya > Tarixçi-alim Yaqub Mahmudov orta məktəb şagirdləri ilə görüşüb
DataLife Engine Azerbaijan Support > Manşet > Tarixçi-alim Yaqub Mahmudov orta məktəb şagirdləri ilə görüşüb

Tarixçi-alim Yaqub Mahmudov orta məktəb şagirdləri ilə görüşüb


11-04-2017, 16:18. Yerləşdirdi: admin
Aprelin 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov orta məktəb şagirdləri ilə görüşüb.
Görüşdə Bakı şəhəri Suraxanı rayonundakı 87 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov Tezadlar.az-a bildirir ki, tarixçi-alim Yaqub Mahmudov şagirdlər qarşısında çıxış edərək, Azərbaycanın dövlətçilik tarixindən və tarixi şəxsiyyətlərindən danışıb: “Azərbaycan xalqı 5 min illik dövlətçilik tarixinə malikdir. Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur. Azərbaycan xalqı dünya miqyaslı tarixi şəxsiyyətlər yetişdirib”.
İnstitut direktoru şagirdləri milli dəyərlərimizə söykənməyə, tariximizə həmişə böyük diqqət ayırmağa çağırıb: “Biz tariximizi öyrənməliyik. Zatını bilməyən oğuldan kişi çıxmadığı kimi, tarixinə sahib çıxmayan xalq da məhvə məhkumdur. Tarixinə sahib çıxan xalq isə yenilməzdir”.
“Bu gün təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edən AMEA-nın Tarix İnstitutu Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə mükəmməl elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir”, - deyə professor qeyd edib. Görüşdə tarixçi-alim bildirib ki, bizim xalqımız imperiya yaradan, qonşu xalqları idarə edən xalq olub: “Azərbaycan xalqı orta əsrlərin böyük dövlətlərini – Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıb”.
Yaqub Mahmudov “Azərbaycanı gələcək qələbələrə bilikli insanlar aparacaq” deyərək fikrini yekunlaşdırıb.
Tədbirin sonunda şagirdlərə Tarix İnstitutunun nəşrləri hədiyyə olunub.
Xatırladaq ki, “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Bakı şəhərinin müxtəlif orta məktəbləri, təhsil kompleksləri və liseylərində, Şəki şəhərindəki 10 nömrəli orta məktəbdə “Heydər Əliyev”, “Şah İsmayıl Səfəvi”, “Şah Təhmasib Səfəvi”, “Şah Abbas Səfəvi”, “Nadir şah Əfşar”, “Ağa Məhəmməd şah Qacar”, “Vətən qeyrətli qadın hökmdarımız - Tomiris”, “Hacı Çələbi xan” mövzularında elmi-praktik konfranslar keçirilib.

Geri