DataLife Engine > Çap üçün versiya > Asif Mərzili Prezidentə müraciət etdi: "Əməkdaşlarımızı nəşriyyata buraxmırlar"
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Asif Mərzili Prezidentə müraciət etdi: "Əməkdaşlarımızı nəşriyyata buraxmırlar"

Asif Mərzili Prezidentə müraciət etdi: "Əməkdaşlarımızı nəşriyyata buraxmırlar"


20-04-2017, 13:17. Yerləşdirdi: admin
«Cənab Prezident, ildə dövlət büdcəsindən 1 milyon manat yardım alan «Azərbaycan» nəşriyyatının rəhbərliyi neçənci dəfədir ki, hansısa səbəbdən redaksiya əməkdaşlarını icarə haqqını hər ay vaxtından əvvəl ödədiyimiz nəşriyyata buraxmır»
«Təzadlar» qəzetinin əməkdaşları bu gün 1993-cü ildən fəaliyyət göstərdikləri «Azərbaycan» nəşriyyatına də buraxılmayıb. «Pravdainfo.org»un sorğusuna «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili belə cavab verdi:
-Məlumat aldıq ki, əməkdaşlarınız bu gün nəşriyyata buraxılmayıb. Səbəb nədir?
-Məsələ ondadır ki, ölkə Prezidenti mətbuat və söz azadlığına həmişə diqqət və qayğı göstərib, bu qayğının coğrafiyası ilbəil böyüyür. Bunu alqışlayırıq… Bütün bunların müqabilində, nə sirdirsə, «Azərbaycan» nəşriyyatının rəhbərliyi artıq neçənci dəfədir ki, redaksiyanın əməkdaşlarını, bəzi hallarda isə redaksiyaya gələn şikayətçiləri binaya buraxmır. Səbəbini müxtəlif cür izah edirlər. Lakin sonuncu bildiyim odur ki, mühafizə polisi bu gün bildirib ki, nəşriyyata borcunuz var, ona görə də rəhbərlik belə tapşırıb. Mən araşdırdım, icarə borcumuzu vaxtından əvvəl ödəmişik, heç bir borcumuz yoxdur… Sonra məlum olur ki, bizim nəşriyyata təxminən 800 manat çap borcumuz var. Həmin borcun isə mənbəyini kimsə araşdırmır. Əvvəl 3 min manata yaxın idi, indii də imkan düşdükcə ödəyirik, hazırda 800 manatdır. Hər ay ödəmək şərtilə, sonuncu dəfə ötən ay 105 manat ödəmişik, əvvəlki ay da eləcə… Nəşriyyat rəhbərliyi də bilir ki, «Təzadlar» qəzeti 24 yaşını bu günlərdə qeyd etdi, 1993-cü ildən bu nəşriyyatda yerləşirik və indiyədək yəqinki nəşriyyatın büdcəsinə yüz min manatlarla xeyir vermişik… Son illər isə məlum «dollar müsibəti»ndən sonra hər yerdə vəziyyət pisləşdi. Nəşriyyat son illər dolların qalxma kursuna uyğun olaraq həm icarə, həm də çap xərcini iki dəfə artırıb. İcarə haqqını isə çoxsaylı otaqlarımızı təhvil verə-verə qənaət edib ödəyirik. Amma çap xərclərini ödəmək nəşriyyatın indiki qiymətləri ilə mümkünsüzdür. Odur ki, xeyli vaxtdır daha ucuz qiymət təklif edən kənar mətbələrdə çap edilirik. Məsələn, hazırda nəşriyyat 16 səhifəlik, 1000 tirajlı qəzeti 150-180 manata çap edirsə, özəl mətbəələr 110-120 manata çap edir. Bizim böyük problemə çevrilmiş 800 manat borcumuz isə ötən illərdə məcburi qaydada (nəşriyyat rəhbərliyi tələb edirdi ki, kim burada çap olunmursa, nəşriyyatdan çıxmalıdır) burada çap olunduğumuz dövrdə yaranmışdır. Sonradan qiymətlərin baha olmasını görüb kənarda çap olunmağa qərar verdik. Hazırda qiymət bahalığına görə nəşriyyatda çox az sayda, əsasən də KİVDF-dən yardım alan qəzetlər çap olunur. Bu gün bizim 800 manat borcun dərhal ödənilməsini tələb edən şəxslər yaxşı olar ki, həm də nəşriyyatın mərtəbələrindəki sanitar qovşaqların, koridorların biabırçı vəziyyətini də nəzərə alsınlar. Axı biz uzun illərdir yerləşdiyimiz mərtəbələrdə hər gün tualet iyini sinəmizə çəkərək fəaliyyət göstəririk. Dinmirik, dillənmirik də… Sovet vaxtı belə şəraitdə işləyənlərə xüsusi güzəştlər («Za vrednost») tətbiq olunardı… Biz bunları ki tələb etmirik, heç istəmirik də. Amma KİVDF-dən yardım almayan, reklam bazarı, digər qazanc mənbəyi olmayan bir müstəqil qəzetin 4-5 nəfərlik əməkdaşını nəşriyyata buraxmamaq, məncə, doğru hərəkət deyil və bu addım ölkə Prezidenti cənab İlham Əliyevin mətbuata diqqət və qayğısına daban-dabana ziddir. Əgər bilsək ki, nəşriyyatın bütün problemlərinin həlli bu 800 manatdan asılıdr, bankdan kredit götürüb ödəyərik… İkincisi, KİV haqqında Qanun və Mülki Məcəllə tələb edir ki, belə mübahisələr məhkəmə yolu ilə həll edilsin. İndiki halda jurnalistlərin məhkəmə qərarı olmadan iş yerinə buraxılmaması başadüşülən deyil, bu, jurnalistin peşə fəaliyyətinə qanunsuz mane olmadır. Amma bilirəm ki, məsələ elə deyil… Odur ki, kollektiv adından Prezident cənab İlham Əliyevə müraciət qəbul etmişik. Əgər bu yersiz təzyiqə son qoyulmasa, yəqinki artıq rəsmi qaydada müraciət edərək ölkə rəhbərliyindən kömək istəyəcəyik. Onsuz da indi nəşriyyatda az sayda qəzet qalıb və hamı saytlarda fəaliyyət göstərir. Əgər «Azərbaycan» nəşriyyatı rəhbərliynə bu lazımdırsa, qəzetin çapını dayandıraraq, biz də çoxsaylı saytlar kimi bir otaq kirayələyib, yaxud evdə əyləşib fəaliyyətimizi virtual olaraq davam etdirərik. Amma mən də bilirəm ki, bu heç kimə lazım deyil, 24 yaşı olan bir qəzet fəaliyyətini davam etdirməlidir. Və 800 manat borcumuzu imkan olduqca onsuz da veririk, amma qarşı tərəf də bilir ki, bu nəşriyyata kimlərin nə qədər borcu var. Niyə onlardan da bu formada tələb edilmir? Guya əməkdaşlar nəşriyyata buraxılmayanda pul əmələ gəlir? Bizim həmin borcu birdən qaytarmaq imkanımız isə yoxdur, hər ay onsuz da davamlı olaraq ödəniş edirik, təkrar edirəm, icarəyə isə borcumuz yoxdur, əksinə, əvvəlcədən ödəniş edirik… Nəşriyyatda mətbuata aidiyyəti olmayan nə qədər icarədar var. Olsun… Axı Prezident Administrasiyasının balansında olan bu nəşriyyat biz KİV-lərin sayəsində nəşriyyat adlanır və mövcuddur, həmin o icarədarların sayəsində yox. İnanıram ki, «Azərbaycan» nəşriyyatının rəhbərliyi bunları nəzərə alacaq.
Dinlədi: Səbuhi

Geri