DataLife Engine > Çap üçün versiya > «Olimpiks» MTK-nın sahibi həbs olundu-TƏCİLİ
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > «Olimpiks» MTK-nın sahibi həbs olundu-TƏCİLİ

«Olimpiks» MTK-nın sahibi həbs olundu-TƏCİLİ


27-04-2017, 10:08. Yerləşdirdi: admin
Şəmkirin Şiştəpə kəndindən olan Məmmədov Elbrus Qədir oğlunun ağır cinayətin sifarişində şübhəli bilindiyi qeyd olunur…
Dünən axşam saat 16:45 radələrində DİN-nin Baş Cinayət Axtarış İdarəsinin peşəkar əməliyyatcıları ilə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində Sankt-Peterburq şəhər sakini, iş adamı, eyni zamanda Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən «Olimpiks» MTK-nın sahiblərindən biri, əslən Şəmkirin Şiştəpə kəndindən olan Məmmədov Elbrus Qədir oğlu həbs edilib. İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovun facebook səhifəsində (eyni zamanda ictimaixeber.az saytında) yaydığı məlumata görə, saxlanılan şəxs ağır cinayətin (ölümə sui-qəsd) törədilməsinə sifarışdə şübhəli bilinərək saxlanılıb. «…İctimai Nəzarət Koalisiyası hər zaman oldugu kimi ölkədə ictimai sabitliyin qorunmasında daim öz ictimai nəzarətini həyata keçirərək hüquq mühafizə orqanlarına bu istiqamətdə yaxından kömək etməyi özünün vətəndaş cəmiyyəti olaraq vacib borcu hesab edir və bundan sonra da Dövlətçilik ənənələrinə sadiq qalaraq bu sahədə əlindən gələni etməyə hazırdır», -deyə statusda qeyd olunur. "TEZADLAR.AZ"
(Şəkildə: Rasim Məmmədov)
Azad

Geri