DataLife Engine > Çap üçün versiya > "TƏMİRDƏ" OLAN SAYTIN 4 ƏMƏKDAŞI HƏBS EDİLDİ-3 MİN MANAT ALARKƏN
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > "TƏMİRDƏ" OLAN SAYTIN 4 ƏMƏKDAŞI HƏBS EDİLDİ-3 MİN MANAT ALARKƏN

"TƏMİRDƏ" OLAN SAYTIN 4 ƏMƏKDAŞI HƏBS EDİLDİ-3 MİN MANAT ALARKƏN


15-07-2017, 20:38. Yerləşdirdi: admin
Bakıda "reket jurnalist"lərə qarşı əməliyyat keçirilib. "Report"un əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən "Qədim Qəbələ" restoranında Ş.Abdullayev adlı vətəndaşdan barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat pul alan zaman saxlanılıblar. Fakt üzrə araşdırmalar davam etdirilir.

"Təzadlar" adı çəkilən saytın kimə məxsus olduğunu dəqiqləşdirmək istədi, lakin saytın axtarış linkində "Sayt təmirdədir" yazılmışdır. Elə isə təmirdə olan sayt necə araşdırma aparıb fəaliyyət göstərirmiş?

Azad

Geri