DataLife Engine > Çap üçün versiya > Bakıda yaşayış binası yanır - "TƏZADLAR"IN ƏMƏKDAŞI XƏBƏR VERİR
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Bakıda yaşayış binası yanır - "TƏZADLAR"IN ƏMƏKDAŞI XƏBƏR VERİR

Bakıda yaşayış binası yanır - "TƏZADLAR"IN ƏMƏKDAŞI XƏBƏR VERİR


24-07-2017, 11:02. Yerləşdirdi: admin
Yasamal rayonunun İnşaatçılar prospekti 152-154 ünvanında yerləşən 5 mərtəbəli binada yanğın hələ də davam edir. Hava küləkli olduğundan binanın damında başlanan yanğının bir neçə mənzilə keçdiyi bildirilir və bu dəqiqələrdə də yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hadisə yerində olan "Təzadlar"ın əməkdaşı bildirir ki, bu istiqamətdə bütün yollar bağlıdır, ona görə də yollarda süni tıxac var... "Hayatt Regens" oteli ilə üzbəüz yaşayış binasının çardağında baş verən yanğın FHN-də "2 dərəcəli çağırış" kimi qiymətləndirilib. Yanğınsöndürənlər hadisə yerindədir və açıq alovun söndürməyə çalışırlar. Hazırda yanğın davam edir.
Əlavə məlumat veriləcək...

ELBAR

Bakıda yaşayış binası yanır - "TƏZADLAR"IN ƏMƏKDAŞI XƏBƏR VERİR

Geri