DataLife Engine > Çap üçün versiya > "Az-Qranata»da Azərbaycan hüdudlarını aşan möcüzələr
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > "Az-Qranata»da Azərbaycan hüdudlarını aşan möcüzələr

"Az-Qranata»da Azərbaycan hüdudlarını aşan möcüzələr


26-07-2017, 13:36. Yerləşdirdi: admin

Ağsuda salınmış bu möhtəşəm istehsalat kompleksi dünya bazarına ilk dəfə şərab sahəsində Azərbaycanın milli brendləri ilə çıxmağa iddialıdır…

«Regionların sosial-iqtisadi inkişafı» Dövlət Proqramının icrasının bariz və gerçək nümunəsini dünən-iyulun 25-də "Az-Qranata» şirkətinə təşkil olunmuş media-tur zamanı gördük. Bu media-tura jurnalistlərin ekskursiyası kimi də dəyər vermək olar. Adətən Azərbaycana gələn (və ya biz özümüzü xarici ölkələrə gedəndə) tarixi, yaxud görməli yerləri ziyarət etmək niyyətində olurlar. Lakin hansısa tarixi binanını görməklə biz yalnız tarixi bilgilərimizi artıra bilirik. Lakin istehsalat sahələrinə ekskursiya etmək dünya təcrübəsində az olsa da, biz "Az-Qranata»da məhz ekskursiv səfər çərçivəsində indiyədək ağlımıza gəlməyənlərin, yalnız eşitdiklərimizin və bizə möcüzə kimi gələnlərin də şahidi olduq. Müəssisənin rəhbəri, texniki elmlər doktoru Vüqar Mikayılovun böyük bir media komandasına şərabın və digər spirtli içkilərin təbii yolla necə alınmasını, Azərbaycanın yerli xammallarından hazırlanmış çoxsaylı bu növ məhsulların insan orqanizminə hansı xeyir verdiyini və s. bilgiləndirən elmi izahları bizi valeh etdi. İndiyədək bəlkə də çoxlarımız bilmirdik ki, məsələn, niyə konyak qaldıqca dəyərini artırır, şərab niyə qaldıqca qatılaşırmış, yaxud niyə araqlara plasmas deyil, şüşə probka (qapaq) qoymaq daha vacibdir, həmçinin şərabları niyə 14 dərəcə temperaturda, özü də maili vəziyyətdə saxlamaq lazımdır və sair…
"Az-Qranata»da gördüklərimiz və görmək istədiklərimiz…
Bakıdan avtomobillə təxminən 160-170 km məsafədə (Bakı-Şamaxı-Ağsu yolu daha qısadır) yerləşən bu müəssisəyə yola düşürük. Bəri başdan bu səfərin təşkilində və təşəbbüsündə olan dəyərli jurnalist Taleh Şahsuvarlıya təşəkkür düşür ki, jurnalistlər üçün adətən qapalı olan belə müəssisələrdən biri ilə canlı ünsiyyət yaradıldı.
***
…Bu da son bir neçə ildə adı dillər əzbəri olan "Az-Qranata» zavodu. Burada 50-dən çox çeşiddə həm alkoqollu, həm də alkoqolsuz içkilər, şirələr, təbii süfrə suları istehsal olunur. Zavodun direktoru Vüqar Mikayılovun elmi bidlikləri və özü demiş, hələ 6 yaşından alkoqollu məhsulların istehsalına dair həvəs və marağı onun bu gün belə bir zavoda rəhbərlik etməsinə yaşıl işıq yandırıb. O, biz jurnalistlərə peşəkar bilik və təcrübəsini ümumiləşdirərək elə gözəl izahlar verirdi ki, istər-istəməz istehsalata bu cür peşəkar münasibəti bəyənməyə bilmirsən, həmçinin ona ürəkdən «Halaldır!» deməyə bilmirsən… Və Vüqar müəllimin söhbətindən bəlli olur ki, Azərbaycanın Şirvan bölgəsinin bu əlverişli təbii iqlimli rayonunda belə bir müəssisənin salınması heç də təsadüfi deyildir. Əvvəla, burada yuxarıda qeyd olunan çoxçeşidli məhsulların istehsalı üçün yetərincə xammal ehtiyatı (meyvələr və giləmeyvələr, o cümlədən nar, üzüm, alma, zoğal və s. təbii və dadlı bağ-bağat məhsulları) var. İkincisi, alkoqollu və alkoqolsuz məhsul istehsalı üçün vacib komponentlərdən biri də sudur, dağlardan mənbə götürən Girdiman çayının Ağsudan keçməsi bunu vacib edib. Bir də işçi qüvvəsinin olması bu müəssisənin burada salınmasını elə regionun sosial-iqtisadi inkişafını şərtləndirən amildir.
Bəli, onu da öyrənirik ki, Ağsuda yerləşən «Az-Granata» zavodu ilk əvvəllər 8.8 hektar ərazidə salınıb, saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. İllik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir. 2011-ci ildə inşa olunan bu müəssisə indi Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. O da var ki, «Az-Granata» meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Zavod meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva və sair meyvələri qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavod Almaniya, İsveçrə, İtalya, Bolqarıstan və Fransa istehsallı avadanlıqlarla təchiz olunub. Ən vacibi, «Az-Granata»nın ritmik istehsalı üçün özünün 450 hektar üzüm və 400 hektar nar bağları salınıb. Nar bağları oqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir.

Almaniya «Az-Granata»nın nar şirəsinin məxsusi alıcıdır…


Zavodun direktoru Vüqar Mikayılov bizə bir-bir istehsalat sahələrini göstərir, texnoloji proseslərin mahiyyətini elmi tərəfi ilə izah edəndə isə, adətən dükanlardan alıb içdiyimiz adi şirələrin hansı zəhmət və bilik tətbiqi ilə hasilə gəldiyinin fərqində olduq. Və onun sözlərindən məlum olurdu ki, «Az-Granata» tərəfindən 2006-cı ildən başlayaraq Ağsu rayon Hacıqədirli və Qaravəlli kəndlərinin ərazisində yeni nar bağlarının salınmasına başlanılıb. Əslində, həmin torpağın fiziki-kimyəvi tərkibini dərindən öyrənmiş alman mütəxəssislər tərəfindən belə seçim edilib.
Həmin ərazilərdə 2006-2007-ci illərdə 90 hektar, 2008–ci ildə 15 hektar və 2009-2010-cu illərdə 225 hektar, 2015 ci ildə 345 hektar sahədə yerli nar sortlarından ibarət nar plantasiyaları salınıb. Bağların salınması zamanı Azərbaycan Gülöyşəsi, Çəhrayı Gülöyşə, Qırmızıqabıq, Nazikqabıq, Bala Mürsəl və Qırmızı mələz sortlarından istifadə edilib. Meyvə bağlarımızda 100-dən artıq işçi çalışır. Ən vacibi, alman mütəxəssislər bu bağlarda yetişdirilən nar sortlarının şirələrinin kimyəvi tərkibini müəyyən edərək ən baha qiymətə sifarişçisi kimidir.
Bundan əlavə, «Az-Granata» 2006-cı ildən etibarən yeni üzüm bağlarının salınmasına başlayıb. 2006-cı ildə Şamaxı rayonunda 26.5 hektar, 2007-ci ildə 92 hektar, 2009-2010-cu illərdə 177 hektar, 2011-2012 –ci illərdə 39 hektar sahədə texniki üzüm bağları salınıb, 2013-cü ildə daha 28 hektar sahədə texniki və süfrə üzüm sortlarından ibarət yeni bağlar salınıb. 2014-2015 ci illərdə əlavə 16 hektar yeni sort üzüm bağları salınıb və bu üzüm sortları da məhz xarici mütəxəssislərin rəyi əsasında bu ərazidə salınıb, həmin sortlardan müxtəlif şərabların istehsalında xammal kimi istifadə edilir. Üstəlik, həmin məhsullar da artıq xarici bazarlara çıxışına da lisenziyalaşdırılıb. Belə ki, «Az-Granata»nın üzüm bağlarında süfrə (Sultanina, Prima, Ora, Kardinal, Alfons Lavalye, Danuta) və istehsal (Mədrəsə, Saperaki, Rkasiteli, Kabernet Sauviqnon, Merlo) üçün nəzərdə tutalan üzüm sortları yetişdirilir.

Müəssisə istehsalatını genişləndirir…


Emal və hazır məhsul sexlərini gəzdikcə müəssisənin rəhbəri Vüqar Mikayılov onu da diqqətə çatdırdı ki, Ağsuda yerləşən zavod 8.8 hektar ərazidə salınmaqla, örtülü əsas sahəsi 20500 kv.m.-dir. İstehsalat sahəsi 15000 kv.m. olan zavodun örtülü köməkçi sahəsi 5500 kv.m.-dir. Buradakı bütün avadanlıqlar Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsallıdır. Və sevindirici bir məlumat da aldıq ki, «Az-Granata» artıq milli brendimizlə nar məhsullarını xaricə satacaq. Bu da səbəbsiz deyil, çünki həmin məhsulların istehsalı avadanlıqları Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən orqanik seritifikatlaşdırılıb.
Bundan əlavə, müəssisənin xaricə çıxışlı məhsullar istehsal etmək üçün Bio sertifikatı (Avropa Birliyi), USDA Orqanik (ABŞ) və Kosher sertifikatı, eləcə də ISO 22000: 2005 Qida təhlükəsizliyini İdarəetmə Sistemi, ISO 9001: 2008 Keyfiyyət İdarəetmə Sistemi, eləcə də Halal Sertifikatı vardır. Bu sertifikatlar əsasında isə təbii şərablar, xüsusi şərablar, oynaq şərablar, konyaklar, viskilər, kompotlar, təbii sular və s. məhsullar istehsal edilir.
  "Az-Qranata»da Azərbaycan hüdudlarını aşan möcüzələr

Dünyada anoloqu olmayan adlı saxlanc…


Açığı ilk dəfə burada gördük ki, müəssisədə şərab və konyak məhsullarının muzeyi yaradılır. Elə həm də burada öyrəndik ki, artıq zavodda dünyada anoloqu olmayan adlı saxlanc təşkil ediləcək. Məsələn, turistlər, eləcə də adi vətəndaş zavodun çoxçeşidli məhsullarının dadına baxıb ondan sifariş edəcək. Direktor V.Mikayılovun izahı:
-Məsələn, əcnəbi və ya yerli vətəndaş bəyəndiyi bu bahalı, xaricdən gətirilmiş palıd boçkalardakı yerli məhsuldan dadır, indidən bəyəndiyinin pulunu ödəyir və məsələn, 100 butulka sifariş verir. Biz həmin məhsulu onun adına sənədləşdirib bu gördüyünüz soyuducu anbar-zirzəmidə onun rəfində yerləşdiririk. Onun ad günü, yaxud digər əlamətdar günü olanda özünün sifarişi ilə istədiyi ölkəyə, şəhərə və ya restorandakı ziyafət məclisinə həmin məhsulu göndəririk…

Xarici alkoqollu məhsullara son?

«Az-Granata» daha bir ilkə imza atmaqdadır. İlk dəfə bu müəssisədə əsasən Türkiyədə sevilən rakı istehsal olunmağa başlanılıb. Həmçinin yaxın vaxtlarda burada Almaniya lisenziyası ilə pivələr buraxılacaq.
Nəhayət, bir vacib məqam barədə: müəssisənin rəhbəri Vüqar Mikayılovun Azərbaycanın daxili bazarının və valyuta ehtiyatlarının zənginləşdirilməsinə özəl münasibəti var:
-Biz qarşıya məqsəd qoymuşuq ki, ümumiyyətlə, elə məhsul istehsal edək ki, əvvəla, ölkənin daxili bazarı həmin məhsulların xaricdən gətirilməsinə birdəfəlik yox desin. Məsələn, Ukrayna araqları özlərində 2-3 manatadırsa, Azərbaycanda 12-25 manata satılır. Halbuki bizim məhsullar onlardan daha keyfiyyətlidir. Eləcə də Rusiya araqlarından… Biz bunların Azərbaycana gətirilməsinə qarşı deyilik, amma öz məhsulumuz olduğu halda Azərbaycan valyutasının xaricə daşınmasına necə göz yumaq???
  "Az-Qranata»da Azərbaycan hüdudlarını aşan möcüzələr

«Az-Granata»nın konyakı Ermənistanının Konyak Zavodu direktoru müavinini necə etirafa məcbur edib?

V.Mikayılovun olduqca maraqlı söhbətindən:
-Ötən il xarici ölkələrin birində mötəbər məclisdə idim, burada eksport məhsulların keyfiyyət məsələsi müzakirə olunurdu. Sonra məclis oldu, vaxtilə tələbə yoldaşlarım olmuş konyak mütəxəssisləri sırasında təsadüfən 3 erməni də iştirak edirdi. Burada Fransız konyakı, Ermənistanın «Axtamar» konyakı və s. ortaya gətirildi… Əcnəbi mütəxəssislər dadına baxdılar. Mən «Az-Granata»nın konyakını gətizdirdim və dedim ki, Fransa və Ermənistan konyakı ilə bərabər bizim bu konyakı da için və mərdanə dəyər verin… Hamı bizim konyakı aromatına və dadına görə bəyəndi və təriflədi. Həmin o 3 ermənidən biri Yerevan Konyak Zavodunun direktor müavini idi, o, neytral qaldı, amma ikisi bizim konyaka xüsusi üstünlük verdilər… Sonra həmin o neytral qalan tələbə yoldaşım olan zavod direktorunun müavini erməniyə dedim ki, ədalətli olmadın, niyə? Dedi ki, orda deyə bilməzdim, amma çöldə-indi deyirəm ki, sizin konyak daha gözəldir…
***
  "Az-Qranata»da Azərbaycan hüdudlarını aşan möcüzələr
…Bəli, «Az-Granata»dakı bir neçə saatlıq gəzinti və tanışlıq nə qədər xoş idi… Və öyrəndik ki, bu ilin payızında tikilməkdə olan növbəti bir istehsalat sahəsi-zavod istifadəyə hazır olacaq, açılışını Prezident İlham Əliyev edərək xeyir-duasını verəcək. Bizə isə «Xeyirli-uğurlu olsun, Azərbaycanın istehlak bazarını xarici məhsulların asılılığından xilas edən olsun!», -demək qalır. Və açıq deyim, bizə təkcə demək yox, həm də «Az-Granata»da gördüklərimizdən qürurlanmaq qaldı…
***
Xatırladırıq ki, media-turda "Təzadlar"ın baş redaktoru Asif Mərzili və qəzetimizin xüsusi müxbiri Eldar Əzizli təmsil olunurdular.
A.Məmmədli
  "Az-Qranata»da Azərbaycan hüdudlarını aşan möcüzələr
  "Az-Qranata»da Azərbaycan hüdudlarını aşan möcüzələr
  "Az-Qranata»da Azərbaycan hüdudlarını aşan möcüzələr
  "Az-Qranata»da Azərbaycan hüdudlarını aşan möcüzələr

Geri