DataLife Engine > Çap üçün versiya > ANS-ÇİLƏR "ANS"ÇİLƏRİ MÜKAFATLANDIRDI...
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > ANS-ÇİLƏR "ANS"ÇİLƏRİ MÜKAFATLANDIRDI...

ANS-ÇİLƏR "ANS"ÇİLƏRİ MÜKAFATLANDIRDI...


8-09-2017, 21:28. Yerləşdirdi: admin
Mükafat alanlar arasında "Təzadlar" qəzeti də var idi...
Bu gün ANS Şirkətlər Qrupunun rəhbərliyi bir sıra çap və elektron KİV rəhbərləri ilə görüş keçirdi... Patamdarda ANS-çilərə məxsus mənzil-qərərgahda baş tutan görüşdə məqsəd ANS Şirkətlər Qrupunun yaradıcısı olmuş Milli Qəhrəman Çingiz Mustafayevin ad gününə və xatirəsinə həsr olunmuş yazıları ilə fərqlənən KİV-lərin rəhbərliyi ilə canlı görüş və həmin KİV əməkdaşlarının xatirə hədiyyələri ilə mükafatlandırılması idi.
Tədbiri açıq elan edən ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev media rəhbərlərini salamladı, baş tutan görüşün mahiyyət və məramından danışdı, sonra qonaqlar şam yeməyi ətrafında söhbət və müzakirələrini davam etdirdilər.
Nəhayət, Vahid Mustafayev tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin xatirəsini əziz tutan media rəhbərlərinə dərin təşəkkürünü bildirdi: "Açığı, Çingizin şəhid olduğu gün ərəfəsində və həmin günlərdə medianı izlədim, çox məyyus oldum, onun xatirəsi çox az media tərəfindən yad edilmişdi. Axı Çingiz bizim ailədə dünyaya gəlmişdi, amma Vətən üçün doğulmuşdu... Lakin ad günündə gördük ki, yox, Çingizin adı və heykəli insanlarımızın qəlbindədir, çoxsaylı media onun xatirəsinə dair yazılar dərc edib. Ailəmiz və ANS-çilər bundan çox təsirləndi, sevindik. Ailəmizin başçısı Fuad müəllim təklif etdi ki, biz həmin media rəhbərlərini dəvət edək, onlara minnətdarlığımızı bildirək. Bu günkü görüşün mahiyyəti də bundan ibarətdir... Dostlarımız həmişə yanımızdadır, bizimlədir. Biz Çingizi itirsək də, Mir Şahini qazandıq, ən böyük təsəllimizdən biri də budur...".
ANS-ÇİLƏR "ANS"ÇİLƏRİ MÜKAFATLANDIRDI...
Sonra ANS-nin vitse-prezidenti Mir Şahin danışdı, Çingiz Mustafayevin qəhrəmanlığından, onun qoyub getdiyi ANS məktəbinin daim yaşayacağından bəhs etdi, Çingiz Mustafayevin xatirəsini əziz tutan hər kəsə minnətdarlıq etdi.
Nəhayət, Vahid Mustafayev media rəhbərlərinin xatirə hədiyyələri ilə mükafatlandırma mərasiminə başladı. Təltif olunanlar sırasında "Təzadlar" qəzeti, Virtualaz.orq, axşam.az, azinform.az, veteninfo.az, politika.az, yeniçağ.az, nia.az, cumhuriyyet.az, modern.az və digərləri var idi.
Tədbirdə virtualaz.org və haqqın.az saytlarının rəhbəri Eynulla Fətullayev çıxış edərək Çingiz Mustafayevin qəhrəmanlığından danışdı... "Təzadlar"ın baş redaktoru Asif Mərzili isə çıxış edərək bu qeyri-adi tədbirin təşkilinə görə Çingiz Mustafayevin ailə üzvlərinə minnətdarlıq etdi: "Çox sağ olun ki, bizim adi vətəndaşlıq əməlimizi hörmətə mindirirsiniz... Burada kimsə dedi ki, nə qədər ki, Azərbaycan var, Çingiz yaşayacaq... Mən də deyirəm ki, Azərbaycanın əbədi yaşaması üçün həm də Çingiz kimilərimizin çox olması və Çingiz kimi qəhrəmanlarımızın xatirəsi qəlbimizdə əbədi yaşamalıdır. Biz onun kimi oğulların xatirəsini Azərbaycan üçün yaşatmalıyıq... Çünki Çingiz Mustafayev heç birimizin getmədiyi yolu getdi, təki Vətənin başı uca olsun, Vətən yaşasın...".
Tədbirdə ANS-in digər üzvləri də iştirak edirdilər. Tədbirin təşkilində Böyük Sevanın zəhməti isə xüsusi mükafata layiq idi...
Tədbirin sonunda Çingiz Mustafayevin atası Fuad Mustafayev media rəhbərlərinə ailəsinin adından dərin təşəkkürlərini yetirdi. "Var olun! ...Hər şey yaxşı olacaq!", -deyən üzü nurlu ağsaqqalın xoş təbəsübü və nikbin baxışları çox mətləblərə bir işarə idi...
A.Məmmədli
ANS-ÇİLƏR "ANS"ÇİLƏRİ MÜKAFATLANDIRDI...
ANS-ÇİLƏR "ANS"ÇİLƏRİ MÜKAFATLANDIRDI...
ANS-ÇİLƏR "ANS"ÇİLƏRİ MÜKAFATLANDIRDI...

Geri