DataLife Engine > Çap üçün versiya > HAKİM HİKMƏT MİRZƏYEV TANINMIŞ POLİQRAFI NECƏ ÇƏRLƏDİB ÖLDÜRÜB?-VİDEO
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > HAKİM HİKMƏT MİRZƏYEV TANINMIŞ POLİQRAFI NECƏ ÇƏRLƏDİB ÖLDÜRÜB?-VİDEO

HAKİM HİKMƏT MİRZƏYEV TANINMIŞ POLİQRAFI NECƏ ÇƏRLƏDİB ÖLDÜRÜB?-VİDEO


21-09-2017, 15:26. Yerləşdirdi: admin
Ali Məhkəmənin Kollegiya sədri Hikmət Mirzəyev mərhum poliqraf Bəhruz Axundovun və Xəlil Rza Ulutürkün Milli Qəhrəman oğlu Təbriz Rzayevin ailəsinin «Dəmirbank» ASC-də olan külli miqdarda əmanətinin ələ keçirilməsi üçün Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədova necə təzyiq edirmiş?
Tezadlar.az saytının ötən buraxılışında yayımlanmış «Ali Məhkəmənin Kollegiya sədri Hikmət Mirzəyevdən Prezidentə şok şikayət» başlıqlı və «Şikayətçi-əmanətçilər Əzizə və Tural Axundovlar: “Cənab Prezident! Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov Hikmət Mirzəyevin təzyiqlərinə dözə bilməyib sensasiya doğuracaq qərar qəbul etdi...” yarımbaşlıqlı yazı ilə bağlı araşdırmamız davam edir. Araşdırma nəticəsində ortaya olduqca ciddi, hər kəsi şoka salacaq və sensasiya doğuracaq məqamlar üzə çıxıb.
Qeyd edək ki, yuxarıda adı çəkilən yazı Bakı şəhər sakinləri Axundova Əzizə Tofiq qızının və onun oğlu Tural Axundovun, həmçinin digər şikayətçi-əmanətçilərin cənab Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya və surəti Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova, həmçinin «Təzadlar» qəzeti redaksiyasına ünvanlı şikayəti əsasında araşdırılaraq hazırlanmışdır. Söhbət əmanətçilərin “Dəmirbank” ASC-yə inanıb etibar etdiyi külli miqdarda əmanətinə xəyanət edilməsindən, bu azmış kimi, məhkəmə hakimlərinin, xüsusən də Ali Məhkəmənin Kollegiya sədri Hikmət Mirzəyevin Bakı Apellyasiya Məhkəməsində bu mülki iş üzrə mübahisəyə baxan hakim Məmməd Məmmədova necə təzyiq etməsindən gedir… Tezadlar.az saytı Axundova Əzizə Tofiq qızının və onun oğlu Tural Axundovun Prezident İlham Əliyevə, surəti Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova ünvanlı şikayətini yayımlamışdır, amma…

«Atam «Dəmirbank»da batan əmanətimizin ələ keçirilməsi üçün Ali Məhkəmənin Kollegiya sədri Hikmət Mirzəyevin hərəkətlərinə, ailəmizin, qohumlarımızın pis vəziyyətə düşməsinə dözə bilmədi, insult keçirdi, sonra isə qəflətən dünyasını dəyişdi…»


«Təzadlar»ın Araşdırma Qrupu hər kəsi şoka salacaq bu qalmaqalda adı çəkilənləri dindirməkdə, problemin kökünə işıq salmaqda israrlıdır. Bizə təqdim edilən səs yazıları, rəsmi sənədlər və digər maddi sübutlar məsələnin nə qədər ciddi olduğunun göstəricisidir. Məsələ o dərəcədə ciddidir ki, artıq dünən yayımlanan şikayətlə bağlı ayrı-ayrı tanınmış şəxslər zəng edir, mövqeyini bildirir…
Bu arada əməkdaşlarımız zərərçəkənlərdən Tural Bəhruz oğlu Axundovla eksklüziv söhbət etmişdir… Bu barədə ətraflı müsahibə təqdim ediləcək. Hələlik qısa olaraq deyək ki, Tural Axundov tanınmış poliqraf, «Təhsil» Nəşriyyatının uzun illər direktoru işləmiş, tanınmış, nüfuzlu ziyalılardan olmuş (təəssüflər olsun ki, keçmiş zamanda danışmağa məcburuq) Bəhruz Axundovun oğludur. T.Axundovun sözlərindən və təqdim etdiyi sübutlardan, atasının həyatının son günlərində etdiyi söhbətlərdən aydın olur ki, onun ölümünə səbəb də elə «Dəmirbank» ASC-nin rəhbərliyinin qanunsuz hərəkətləri, həddi aşan əməlləri olmuşdur: «…Biz inandıq və ailəmiz, qohumlarımız evimizi, digər mülkümüzü satıb «Dəmirbank»a əmanət etdik, amma sonradan xəyanətlə qarşılaşdıq… Atam ziyalı insan idi, ədəb-ərkan gözlədi, bu bankın kimlərə arxalandığını və kimlərin himayəsində olduğunu bilirdi, amma susurdu, ədalətsizliyiə yol verilməyəcəyinə inanırdı… Sonda görünməmiş haqsızlığa dözə bilmədi, əmanətimizin ələ keçirilməsi üçün Ali Məhkəmənin Kollegiya sədri Hikmət Mirzəyevin hərəkətlərinə, ailəmizin, qohumlarımızın pis vəziyyətə düşməsinə dözmədi, insult keçirdi, sonra isə qəflətən dünyasını dəyişdi… Onun ölümündə məhz Ali Məhkəmənin Kollegiya sədri Hikmət Mirzəyevi, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovu birbaşa baiskar bilirik…».
T.Axundovun təqdim etdiyi sənədlərdən o da məlum olur ki, burada hüquq mühafizə orqanlarının, xüsusən də məhkəmə instansiyalarının hakimləri məhz qanunsuzluğa yol verən bankın müdafiəsinə qalxıblar, sınan, əyilən və əzilən qanunları daha da tapdayıblar…

Xəlil Rza Ulutürkün Milli Qəhrəman-şəhid oğlunun ailəsinin əmanətinə göz dikərlərmi???


«Təzadlar»ın araşdırması onu da ortaya qoydu ki, sən demə zərərçəkənlər arasında həm də Azərbaycanın görkəmli şairlərindən olan Xəlil Rza Ulu Türkün şəhid Milli Qəhrəman oğlu Təbriz Xəlillinin ailə üzvlərinin əmanətinə xəyanət ediblər… Təsəvvür edirsinizmi, Təbriz Xəllilli torpaqlarımıza xain kəsilmiş, xəyanət etmiş ermənilərə sinəsini sipər etdi ki, Vətən yaşasın… Bizim hakimlər və «Dəmirbank»ın tamahı iti rəhbərliyi isə bu ailənin əmanətinə xəyanət yolu tutublar… Bakı Apellyasiya Məhkəməsinin qərardadından (mülki işin icraatının dayandırılması barədə) çox qaranlıq mətləblərə işıq salınızr... Sitat: «…İddiaçılar Axundov Bəhruz Həsən oğlu, Axundov Tural Bəhruz oğlu, Axundova Əzizə Tofiq qızı, Əliyeva Pərvanə Bəhruz qızı, Xəlilova Sevda Rüstəm qızı, Axundova Gulnir Rza qızı və Xəlilova (Məmmədli) Firəngiz Rza qızı…»nın adı məhkəmə aktında xüsusi olaraq vurğulanır... Və təsəvvür edirsinizmi, məhkəmə hakimləri görün kimlərin əmanətinə göz dikib? Bu qədər acgözlük və əmanətə xəyanət, əmanətçi etimadına balta vurmaq olarmı? Bu ölkənin bank sektoruna yatırımların qoyulmasında xüsusi rol oynayan əmanətlərin cəlb edilməsinə ağır zərbə vurmaqdır…

Bəs «Dəmirbank»ın Bayıl filialının müdiri Fərəh Rəşadətlinin ev dustaqlığına buraxılmasında hakim Hikmət Mirzəyevin hansı rolu olub?

Artıq bir müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Dəmir Bank” ASC-nin Bayıl filialının mənimsəmədə təqsirləndirilən sabiq müdiri Fərəh Rəşadətlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb… Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Fərəh Rəşadətli bu günlərdə ev dustaqlığına buraxılıb. Bəs bu necə və hansı hüquqi əsaslarla baş verib? Bu günlərdə «Turan» İA-nın direktorunu 30-40 min manatlıq vergi borcuna görə həbs edən məhkəmə hakimləri milyonların mənimsənilməsində günahlandırılan müdiri hansı hüquqi əsasla və məntiqlə ev dustaqlığına buraxa bilib???
Bu suala az sonra cavab verəcəyik… Hələlik isə bəlli olan budur ki, bu qaranlıq məsələdə yenə də Ali Məhkəmənin Kollegiya sədri Hikmət Mirzəyevin adı hallanır. Bunu zərərçəkənlər də təsdiqləyirlər… Halbuki Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrlik etdiyi iclasda məlum olub ki, cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, ibtidai istintaq dolaşıq aparılıb, prosessual qanunvericiliyin tələbləri kobud surətdə pozulub. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. Beləliklə, iş materialları yenidən ibtidai istintaqa qaytarılıb. Və gözlənilməz hadisə baş verir: Az. Res. Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə ittiham edilən Fərəh Rəşadətli birdən-birə ev dustaqlığına buraxılır. Bunu necə yozmaq və hüquqi izahlamaq olar???
***
Beləliklə, ailənin cənab Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova ünvanlı müraciətini təqdim edirik:
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli sədr!

Ailə üzvlərimizlə birgə “Dəmirbank” ASC-də yerləşdirilmiş əmanətlərimizi ala bilməməyimiz səbəbilə hazırda davam edən məhkəmə işində hakim Məmməd Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyasının süni şəkildə məhkəmə araşdırmasını uzatmaqla qərəzli mövqeyinin araşdırılması məqsədilə 22 avqust 2017-ci il tarixdə ədliyyə naziri F.Məmmədova yazılı müraciət etmişdik. Təəssüflər olsun ki, ərizəmiz Məhkəmə-Hüquq Şurasının Aparatının müvafiq mütəxəssisləri tərəfindən lazımi şəkildə araşdırılmadan, Azərbaycan Respublikasının qanunlarına zidd olaraq şikayət edilmiş orqana göndərilmişdir.

“Dəfələrlə hakim Məmməd Məmmədova lüzumsuz yerə süründürməçilik etməsindən narazılığımızı bildirmişdik, amma...”

22 avqust 2017-ci il tarixli ərizəmizdə də göstərdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsində məhkəmə araşdırması artıq 9 aydır davam edir. Qeyd edilən müddətdə dəfələrlə hakim Məmməd Məmmədova lüzumsuz yerə süründürməçilik etməsindən narazılığımızı bildirmişdik. Belə ki, onun məhkəmə iclaslarının keçirilmə tarixləri arasında uzun müddət vaxt müəyyən etməsi ilə yanaşı, məhkəmə iclaslarının heç bir üzürlü səbəb olmadan təxirə salması dəfələrlə təkrarlanmışdır. Misal üçün, məhkəmə iclaslarından biri hazırda istintaqı gedən iş üzrə bəzi məlumatların əldə edilməsi məqsədilə istintaq orqanına sorğu vermək üçün təxirə salınmışdır. Bu zaman iddiaçılar məhz hansı məlumatın tələb edildiyini hakimdən dəqiqləşdirməsini xahiş etdikdə, hakim konkret olaraq suala cavab verə bilməmiş və göstərmişdir ki, “məhkəmənin qərar qəbul etməsi üçün tələb edilən məlumatları istintaqdan sorğulamağı məhkəmə zəruri hesab edir”.
Bu məqsədlə, növbəti təqvim ayına məhkəmə iclası təxirə salınmış, daha sonra istintaq orqanına hansı sorğunun verildiyini və cavabının nədən ibarət olduğunu tərəflərə bildirməmişdir. Halbuki, qanunvericiliyə əsasən, məhkəmə yeni sübut əldə etdiyi halda, bunu tərəflərə elan etməli və tərəflər bu sübutlarla bağlı öz münasibətlərini bildirməlidirlər. Bunu ədalətli məhkəmə araşdırmasının təmin edilməsi prinsiplərindən olan çəkişmə prinsipi tələb edir. Lakin görünən odur ki, hakimi nəinki çəkişmə prinsipinin təmin edilməsi maraqlandırmır, əksinə o, bütün var qüvvəsi ilə ədalət mühakiməsinin bütün prinsiplərini pozaraq, Azərbaycan məhkəmələrinin nüfuzuna ciddi zərbə vurmağa çalışır. Belə ki, apellyasiya şikayəti 2016-cı ilin dekabr ayından məhkəmə baxışına təyin edilsə də, 9 (doqquz) aydır ki, hakim süründürməçiləyə yol verərək, iş üzrə qətnaməni çıxarmır. Hər dəfə müxtəlif bəhanə taparaq, iş üzrə qətnamə çıxarmağı uzadır. İş üzrə hər iki tərəf bütün sübutlarını təqdim edib, iş üzrə 2 dəfə ekspertiza təyin edilib və rəyləri, tərəflərin izahatları alınıb və işin araşdırılması üçün zəruri olan bütün suallar tərəflərə və işdə iştirak edən digər şəxslərə verilib və cavablar alınıb, tərəflər öz çıxışlarını ediblər, yəni iş üzrə hərtərəfli araşdırma aparılıb və yekunlaşıb. Bu halda, iş üzrə məhkəmə kollegiyası müşavirəyə gedib qətnaməni elan etməli olduğu halda, işi araşdıran hakim Məmməd Məmmədovun sədrlik etdiyi kollegiya heç bir əsas olmadan müşavirəyə getməyib və avqustun 18-də keçirilən məhkəmə iclasında işin 31 avqust 2017-ci il tarixə təxirə salınması barədə qərar verib. Məhkəmə iclasının növbəti dəfə təxirə salınmasını hakim M.Məmmədov “məhkəmə kollegiyası hakimlərinin yekdil fikrə gələ bilməməsi” ilə izah etsə də, ümumi qərarla razılaşmayan hakimin xüsusi rəy yazmaq hüququndan nə üçün istifadə etmədiyi və beləliklə, qətnamənin qəbul edilməsində qanunvericiliyin tələbinin nə üçün tətbiq etmədiyini və təxirə salınmaqla bağlı qərarının əsaslandırılmasını tələb edən iddiaçı tərəfin müraciətini cavablandıra bilməmişdir. Hakimin qeyd edilən qərarının da işi qərəzli olaraq uzatmaq məqsədilə verildiyi barədə yuxarıda qeyd etdiyimiz kimi, Məhkəmə-Hüquq Şurasına şikayət verərək, hakimin hərəkətləri barəsində qanunvericilik çərçivəsində ölçü götürülməsi xahiş etmişdik.

“Gülməlidir ki, hakim heç bir hüquqi əsas olmadığı halda icraatın dayandırılması barədə qərar qəbul etdi və bunu “Dəmirbank”ın “Bayıl” Filialının sabiq müdiri Rəşadətli Fərəh Rəşadət qızının barəsində istintaqı gedən cinayət işi ilə əlaqələndirməyə çalışdı...”

Təəssüf ki, hakimin qanunsuz əməllərinin qarşısı alınmadığından, onun qanunları heçə sayması özbaşınalıq həddinə çatmışdır ki, bu da Azərbaycanda hakim özbaşınalığı ilə bağlı həyəcan siqnalı çalınması üçün ciddi əsas yaradır. Belə ki, 31 avqust 2017-ci il tarixdə məhkəmə kollegiyası yenə də işi uzatmaq məqsədilə, heç bir hüquqi əsas olmadığı halda icraatın dayandırılması barədə qərar qəbul etdi və bunu “Dəmirbank” ASC-nin “Bayıl” Filialının rəhbəri vəzifəsində işləmiş Rəşadətli Fərəh Rəşadət qızının barəsində istintaqı gedən cinayət işi ilə əlaqələndirməyə çalışdı. Hər dəfə bir bəhanə gətirərək qətnamə çıxarılmasını təxirə salan hakim Məmməd Məmmədovun sədrlik etdiyi kollegiya bu dəfə işi uzatmaq üçün etdiyi inadla işi qanunvericiliyin yol vermədiyi ən absurd qərarlarla uzatmağı bacaran məhkəmə kollegiyası kimi Azərbaycan məhkəmə tarixinə düşmək haqqı qazanıb. Bu kollegiya qeyd edilən qərarla İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 6-cı maddəsiilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququnun kobud şəkildə pozulmasına, Azərbaycanda məhkəmə hakimiyyətinin nüfuzuna kölgə düşməsinə səbəb olmaqla yanaşı, aşağıda sadalanan daxili qanunvericilik normalarını da pozdu. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələblərinə əsasən, “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir”.
Cənab Prezident!
Mehriban xanım!
Hörmətli sədr!

Qeyd edilən qərardan da aydın olur ki, hazırda ibtidai istintaqda “Dəmirbank” ASC-nin “Bayıl” Filialının rəhbəri vəzifəsində işləmiş Fərəh Rəşadətli barəsində gedən cinayət işi üzrə müəyyən edilə biləcək faktlar hazırki mülki iş üzrə heç bir preyudisial əhəmiyyət kəsb etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin tələblərinə əsasən, “Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir”.
Belə olan halda, “Dəmirbank” ASC-nin işçisi olmuş Fərəh Rəşadətlinin əməlində cinayətin əlamətlərinin olub-olmamasından asılı olmayaraq “Dəmirbank” ASC ona illər üzrə böyük zəhmət hesabına yığmış olduqları əmanətlərini etibar etmiş iddiaçılar qarşısında mülki məsuliyyət daşıyır.

“Hakim Məmməd Məmmədovun apellyasiya instansiyası məhkəməsinin hakimi olaraq, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından bixəbər olduğu bəlli oldu...”
HAKİM HİKMƏT MİRZƏYEV TANINMIŞ POLİQRAFI NECƏ ÇƏRLƏDİB ÖLDÜRÜB?-VİDEO
Cinayət işi üzrə müəyyən ediləcək faktlar cavabdeh “Dəmirbank” ASC-nin Fərəh Rəşadətliyə qarşı vurulmuş ziyanın ödənilməsi tələbi üzrə mülki işdə preyudisial xarakter daşıya bilər. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında qeyd edilmişdir ki, “İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz.”
Hakim Məmməd Məmmədovun apellyasiya instansiyası məhkəməsinin hakimi olaraq, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından bixəbər olması mümkün deyildir. Lakin Konstitusiya Məhkəməsinin qərarı da daxil olmaqla, onun qanunvericiliyin tələblərini heçə sayması, bizlərin haqlarını belə kobud şəkildə tapdalaması, bizə onun kimə və ya kimlərəsə arxayın olaraq bu əməllərinin ört-basdır ediləcəyinə əmin olmasından və ya ona təzyiq edilməsindən irəli gəldiyini söyləməyimizə əsas verir. Çünki, əks halda, ədalətin bərqərar olmasının təmin edilməsi əmanət edilmiş bir hakim qanunvericiliyin tələblərini belə kobud şəkildə pozmağa cəsarət edə bilməzdi. Çünki o, elə ədalət mühakiməsinin kəskin qılıncı tərəfindən bu əməlin cəld və iti şəkildə kəsiləcəyindən əmin olmalı idi. Onun bu qılıncın kəskinliyinə inamının olmaması, görünür bu qılıncın onu himayə edən şəxslərin və ya ona təzyiq göstərən şəxslərin əlində olmasına inamından irəli gəlir.

“Bakı Apellyasiya Məhkəməsində və ibtidai istintaq orqanlarında dəfələrlə Ali Məhkəmənin Kollegiya sədri Hikmət Mirzəyevin bankın sahiblərindən biri olduğu bizə deyilib, bu səbəbdən dəfələrlə hədələnmişik...”


Qeyd etmək lazımdır ki, bankdan əmanətimizin geri alınması üçün müraciət etdiyimiz demək olar ki, bütün orqanlarda, o cümlədən bankın əsas inzibati binasında, birinci instansiya məhkəməsində, eləcə də Bakı Apellyasiya Məhkəməsində və ibtidai istintaq orqanlarında dəfələrlə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyanın sədri Hikmət Mirzəyevin bankın sahiblərindən biri olduğu və bu səbəbdən haqlı mübarizəmizə qarşı çıxacağı ilə bağlı dəfələrlə hədələnmişik. Bizdə olan məlumata əsasən, Bankın iki böyük hüquq departamenti olmasına baxmayaraq, kənardan nümayəndə - inzibati işlər üzrə ixtisaslaşmış Elçin Usubun bankın nümayəndəsi qismində işə cəlb edilməsi də Hikmət Mirzəyevin təşəbbüsü ilə olmuşdur. Birinci instansiya məhkəməsinin hakimi göstərilən təzyiqlərə əhəmiyyət vermədən obyektiv qərar çıxarsa da, Bakı Apellyasiya Məhkəməsinin məlum kollegiyasının, hakimlik adına yaraşmayan fəaliyyətlə məşğul olan Hikmət Mirzəyevin təzyiqlərinə dözə bilmədiyi, lakin açıq-aşkar ədalətsiz qərar çıxarmaqda da tərəddüd etdiyi açıq aydındır. Belə ki, heç bir qanuni əsas olmadan 3 ay ərzində bitməli olan məhkəmə prosesini 9 ay uzatmaqla tərəflərin ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarını pozması Bakı Apellyasiya Məhkəməsinin hakimi M.Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyasının müstəqil olmadığını və qəbul edəcəyi qərarı öncədən digər şəxslərlə razılaşdırdığını sübut edir.
Cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli sədr!

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ədalət mühakiməsinin həyata keçirilməsinə əngəllər törədən şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun cəzalandırılmasını və bizim işimizi nəzarətinizə götürməyinizi Sizdən xahiş edirik. Onu da bildirməliyik ki, ədalət mühakiməsinin həyata keçirilməsindəki əngəllərin aradan qaldırılması məqsədilə, ədaləti və məzlumlara yardım etməsi ilə xalqın rəğbətini qazanmış Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya əvvəllər məktubla müraciət etmişik və düşdüyümüz vəziyyətdən çıxış yolu göstərməsi üçün bizi qəbul etməsini xahiş etmişik. Ümid edirik və inanırıq ki, Mehriban xanımla görüşənədək ən qısa müddətdə pozulmuş hüquqlarımız bərpa olunacaq...
Redaksiyadan: məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin sədri cənab İ.Nağıyevə və Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə redaksiyanın adından sorğu göndərilib, həmçinin cənab Prezidentin rəsmi elektron poçtuna redaksiyanın adından sorğu təqdim edilib...
Mövzunu araşdırır və qarşı tərəfin də mövqeyini öyrənməyə çalışırıq, nə qədər çətin olsa da... Amma ən vacibi, çalışırıq ki, Ali Məhkəmənin Kollegiyanın sədri Hikmət Mirzəyevin “Dəmirbank” ASC-nin himayədarlarından və ya sahiblərindən biri olduğu məsələsinə aydınlıq gətirək. Artıq bir sıra maraqlı məqamlar üzə çıxmaqdadır... Elə Sumqayıtın keçmiş icra başçısı Şakir Abuşovun oğlunun, qudasının rəhbərlik etdikləri «Dəmirbank»la bağlı digər xüsusatlar da…

(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu

Geri