DataLife Engine > Çap üçün versiya > ŞƏR ATMAĞIN ANATOMİYASI-YENİLƏNDİ
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > ŞƏR ATMAĞIN ANATOMİYASI-YENİLƏNDİ

ŞƏR ATMAĞIN ANATOMİYASI-YENİLƏNDİ


18-10-2017, 10:21. Yerləşdirdi: memmedov
Yaxud, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Azərbaycanın Əməkdar memarı, tanınmış tikinti və şəhərsalma bilicisi Abbas Ələsgərova qarayaxmanın arxasında hansı niyyət durur?

Mətləbə keçək: bir müddət əvvəl “Təzadlar”ın rəsmi elektron poçtuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bəlli əməkdaşlarından birinin imzası və mütəxəssis dəst-xətti ilə yazılmış araşdırma məqaləsi daxil oldu. Həmin məqalədə Bakının bir çox sahələrini zəbt etmiş əcaib tikinti bumundan bəhs olunurdu. Açığı, qəzet olaraq ictimai marağa xidmət edən tənqidi fikirlərə həmişə hörmətlə yanaşmışıq. Lakin bu maraq şəxsi intriqa, acıqçıxma səviyyəsinə qalxanda əcaib mənzərə alınır və qəzet də bu niyyətin ruporuna çevrilmiş kimi olur.

Yuxarıda qeyd etdiyimiz məlum məqalədə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, ölkənin nüfuzlu ağsaqqallarından olan Abbas Ələsgərova qarşı nifrət dolu təhqirlər, şəxsi acıqçıxma məqamları olduğundan həmin ifadələr yazıdan çıxarılmışdı. Və güman edirdik ki, müəllif gələcəkdə bu niyyətində korrektələr aparacaq. Amma...

Niyyətin hara, mənzilin də ora...


Bu müdrik sözdür və atalarımız bunu o mənada və o adamlara xitabən deyib ki, niyyəti xoş olsun. Əks halda, mənzilin xoşagəlməz aura ilə səni əhatələyəcək. Qısası, məlum tənqidi məqalədən sonra təsadüfi bir tədbirdə qarşılaşdığımız iki tanınmış şəxs həmin yazını oxuduqları səbəbindən əməkdaşımıza komitənin sədri Abbas Ələsgərov barədə ədalətli, olduğu kimi təsvirli bir yazı hazırlamağı tövsiyyə etmişdilər. Yazı yazıldı və dərc olundu... Sən demə, yuxarıda haqqında bəhs etdiyimiz məqalənin müəllifi olduğu kimi görmək istədiyimiz və oxucuya da eləcə təqdim etmək istədiyimiz ağsaqqal memarın- Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun barəsində bizim gördüyümüz və hiss etdiyimiz duyğuların tamamilə əksinə layiq nəsə umurmuş. Əvvəlki məqalədə yazılmış və tərəfimizdən dərc olunma zamanı çıxarılmış təhqirli, aşağılayıcı ifadələrin bu dəfə daha sərt və acıqlı, kinli formada başqa bir saytda yayımlanmasını görəndə isə...
***
Həmin sayta heç bir iradımız yoxdur, onlara bu formada təqdim edilib, bəlkə də sifariş edilib və s. Heç bu barədə bizim müdaxilə edərək cavab vermək niyyətimiz də yox idi... Amma həmin məqalədə “Təzadlar”dakı sonuncu yazıya xoş olmayan niyyətlərlə istinadlar olduğundan bu dəfə məsələyə özümüzün reaksiyamız təbii idi. Tam səmimiyyətlə deyirik ki, bu məqalə barədə Komitənin məsul əməkdaşlarından biri bizi məlumatlandırmışdı. Və xahişi bu idi ki, birdən yazıya şərh verərik, bunu etməyək. Amma sonradan barəmizdə qeydlər olduğundan və birinci məqaləsində təhqir və kinli ifadələrini konteksdən çıxardığımızın, sanki acığını indi həm də bizdən çıxmağa cəhdi gördüyümüzdən özümüz cavab vermək haqqımızı reallaşdırmalı olduq.
***
Beləliklə, saytların birinin 12 oktyabr 2017-ci il tarixli buraxılışında “İbrahim Mehdiyev özü ilə hansı komitə sədrini aparır?” adlı məqalə yayımlanmışdır. Müəllif anonim imzalı olsa da, peşəkar yanaşma ilə deyə bilərik ki, ilk dəfə yazılan bəlli məqalənin müəllifidir, qətiyyən jurnalist dəsti-xətti görünmür. Sadəcə, bizimlə bağlı məsələdə müəllifin, sanki “qisas alma” cəhdini gördüyümüzdən, məcburən Komitənin katibliyi ilə əlaqə saxlamalı, oxucu marağının aşkarlıqla təmini üçün bəzi məqamlara aydınlıq gətirməli olduq. Qarşı tərəf təkrarən bu barədə yazmamağı məsləhət görsə də, birmənalı olaraq bunun kim tərəfindən yazıldığını və sayta ötürüldüyünü söylədi, adını da çəkdi... Amma biz söz verdiyimizdən onun adını çəkmirik, buna gerçəkdən lüzum da yoxdur. Amma bildirildi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi barədə əsassız və həqiqəti əks etdirməyən, tamamilə yalan, böhtan xarakterli daşıyan informasiyalar dərc edilmişdir. Qərəzli mövqedən çıxış edənlər, şər və böhtan dolu məqalələrin müəllifləri, heç bir araşdırma aparmadan, məsələyə obyektiv yanaşmadan onu dərc edərək Komitənin ictimai-işgüzar fəaliyyətinə xələl gətirməklə, ictimai fikri yayındırmaq məqsədini güdüb. Bu məqalələrdə qeyd olunan faktlar həqiqətə uyğun deyil. Beləliklə, məqalədə yazılır ki, “Bu günlərdə mətbuatda Yasamal rayonun keçmiş icra başçısı İbrahim Mehdiyev vəzifəsindən azad olunmadan 10 gün əvvəl rayonun 568-ci məhəllə və Zahid Xəlilov 30, 32, 34-də “Elite city” MMC tərəfindən çoxmərtəbəli bina tikintisinə icazə verilməsi üçün sərəncam imzaladığı barədə məqalələr işıq üzü gördü. Məqalədə sakinlərin bu sərəncamın qanunsuz olması barədə məhkəməyə müraciət etdikləri və bu zaman üçüncü şəxs olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini göstərdikləri qeyd edilmişdi....” və sair...
Lakin bu həqiqət kimi necə qəbul edilər? Məsələn, bildiyimiz kimi Sovetlər dönəmində şəhər mərkəzində yarasız, qəzalı, şəhər memarlığına xələl gətirən yaşayış evləri şəhərin baş planına müvafiq olaraq dövlət və dövlət müəssisələrinin vəsaiti hesabına şəhər kənarında tikilən yaşayış binalarına köçürülürdü və bu mənzillər dövlət mülkiyyəti olaraq qalırdı və şəxsi mülkiyyətə verilmirdi. Hazırda isə qeyd edilən işlərin həyata keçirilməsi sahibkarların və investorların vəsaiti hesabına həyata kecirilir və inşa edilən evlər isə bivasitə sakinlərin mülküyyətinə verilir. Əhalinin mənzil-məişət şaraitinin və sosial təminatının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qararına əsasən bu rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətində olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tapşırığı verilmişdir. Məqalədə qeyd edilən ünvanda qəzalı fin evləri ilə əlaqədar Komitə bir daha bəyan edir ki, Yasamal rayon İcra hakimiyyətinin təqdim etdiyi ərazinin planlaşdırma sənədi Komitə tərəfindən 20 iyun 2016-cı il tarixdə 02/05-909 nömrtəli məktubla razılıaşdırılmış, sonradan həmin məhəllədə mövcud 2 ədəd 5 mərtəbəli binaların da istismar müddətinin başa çatmasını nəzərə alaraq Yasamal rayon İcra Hakimiyyəti yeni ərazi planlaşdırılması təqdim etmiş və Komitə 01 may 2017-ci il tarixində 02/05-757 nömrəli məktubla yeni hazırlanmış ərazi planlaşdıma sənədini razılaşdırmışdır ki, hər iki halda da 568-ci məhəllənin Zahid Xəlilov küçəsində mövcud 30, 32 və 34 saylı fin evlərinin sökülməsi və onların yerində çoxmərtəbəli yaşayış binasının tikintisi öz həllini tapmışdır. Hələ sovetlər dönəmində həmin ünvanda qeyd edilən 3 ədəd fin evlərinin sökülməsi və onların yerində 1 ədəd 9 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur ki, məlum səbəblərdən də sovet ittifaqının dağılması ilə əlaqədar bu işlər yarımçıq qalmışdır. Əhalinin sosial məsələlərinin təmin edilməsi məqsədilə yeni tikilməsi razılaşdırılan 12 mərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrinin qeyri-yaşayış (ticarət, uşaq bağçası və sosial yönümlü obyektlər) obyektlərin yerləşdirilməsi kimi nəzərdə tutulmuşdur. Eyni zamanda, Komitə qeyd edir ki, tikintisi nəzərdə tutulan yeni 12 mərtəbəli yaşayış binasın tikinti altı sahəsi həmin ünvanda sökülən 3 ədəd fin evlərinin və digər mövcud tikililərin tikinti altı sahəsindəm 2 dəfəyə yaxın azdır. Bununla da həyətin yenidən qurulması nəticəsində həyət daha da genişlənir, abadlaşdırılır həyətdaxili yeni yolların salınması nəzərdə tutulur. Məhəllədə yaşayan bir qrur sakinlər dövlətin tapşırıq və qərarlarının əksinə olaraq, hansı mənafe güdməyi bilinmədən həmin binanın tikintisinə etirazlarını bildirərək məhkəmə orqanlarına müraciət etmişdilər. Məhkəmənin tərəfindən dövlət məhkəmə ekspertizası təyin edilmiş, həmçinin digər dövlət qrumları kimi Komitənin mütəxəssisləri də iştirak etmiş və şəhərsalma və tikinti qanunvericiliyinə müvafiq olaraq öz rəyini bildirmişdir.
Qeyd etmək istəyirik ki, Komitə yalnız Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlum qərarına əsasən təqdim edilmiş adlı siyahıda olan ərazilərə dair ərazi planlaşdırma layihələrinə şəhərsalma norma və qaydalarına müvafiq olaraq baxır və qanunamüvafiq qaydada öz rəyini bildirir. Bundan əlavə, həmin layihələr dövlətin bu sahəyə nəzarət edən və fəaliyyət sferalarına toxunulan müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən də baxılır və onların müsbət rəyləri olduqdan sonra hər hansı bir layihənin tikintisinə icazə verilir.
Saytda yazılır: “...Belə ki, hələ köhnə binaların yerində yenilərinin tikintisinə start verən pilot layihə ilə əlaqədar ötən ilin yay aylarında Komitə fəallaşmağa başlayanda mətbuat Bakının Baş Planının olmadığını diqqətə çatdırdı. O zaman heç bir əndazəyə sığmayan cavablarla bu vəziyyətdən çıxmağa çalışdılar. Qeyd etmək lazımdır ki, on il əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş olan Komitənin fəaliyyətinə artıq mətbuat işıq saımağa başlamışdır. “Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş plan” layihəsi ötən ilin sonlarında təqdim edilən kimi Komitə top atəşinə tutuldu. Bəyan edildi ki, bu layihə biabırçı bir sənəddir...” və sair.
Komitə rəsmiləri ilə söhbətimizdən məlum oldu ki, Bakı şəhərinin Baş planın olmaması fikri də yanlış fikirdir. Belə ki, Komitənin sifarişi ilə Bakı şəhərinin inzibati sərhədləri hüdudlarında “Bakı şəhərinin ərazidən istifadə və zonalaşdırma Planı” (Baş plan) hazırlanmış, 2016-cı ilin sonlarında yekun ictimai müzakirələr keçirilmiş, aidiyyəti dövələt qrumları ilə razılaşdırmalar aparılmış və təsdiq edilməsi üçün yaxın zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcəkdir. Belə ki, Dünya Bankı tərəfindən də bu Layihə bəyənilmişdir. Bundan əlavə, Komitə tərəfindən “Böyük Bakını Reqional İnkişaf Planı” və “Məxsusi Bakının ərazisindən istifadə və zonalaşdırma Planı” işlənib hazırlanmış, hələ 2014-ci ildə Nazirlər Kabinetinə təsdiq edilməsi üçün təqdim olunmuşdur. Göründüyü kimi, Prezident İlham Əliyevin tapşırığına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin gördükləri işlərə kölgə salmaq məqsədilə qəsdən, qərəzli, saxta dəlillər gətirməklə bilərəkdən müəyyən bir qrup insanlar Komitənin və onun rəhbərinin nüfuzunun aşağı salınması məqsədini güdmüşdür.
Saytdakı məqalədən başqa bir sitat: “... Digər bir problem isə tikinti şirkətlərinin həyata keçirdiyi layihələrin bir-birindən fərqli olması nəticəsində yaranan acınacaqlı mənzərədir. Belə ki, eyni ərazidə bir şirkət 16 mərtəbəli bina, digəri isə onun yanında 12 mərtəbəli bina tikib. Digər şirkət isə iki 10 mərtəbəli bina inşa edib.
Bu binalardan biri 3 blok-lu, biri 1 bloklu, digərləri 6 blokludur. Hər biri də binanı fərqli şəkildə boyayıb. Beləliklə, arxitektur tələblərin pozulması nəticəsində şəhərin görünüşü korlanır...”.
Araşdırdıq, məlum olur ki, 10-12-16 mərtəbəli binalar eyni ərazidə memarlıq kompozisiya baxımından daha da gözəl və marağlı görünür. Şəhərin ümümi görünüşünə hec bir xələl gətirmir. Bunu yazan şəxsin nə memarlıqdan, nə də şəhərsalmadan anlayışı və təsəvvüri belə yoxdur. Yaxud, qəsdən qərəzliliyindən əl çəkmək istəməyib.
Başqa bir sitat: “Verilən məlumatlara görə İbrahim Mehdiyev Ramazan bayramı günlərində Abbas Ələsgərovun bağında tədbirlərdə bulunmuş və müvafiq materialların hazırlanması ilə məşğul olmuşdur. İbrahim Mehdiyev, sanki Abbas Ələsgərovun mətbuat katibi vəzifələrini öz üzərinə götümüşdür...”.
Komitənin rəsmisindən bunu da tam dəqiqləşdirdik ki, sən demə, 3 ildir ki, Komitənin sədri Abbas Ələsgərov ümumiyyətlə, məzuniyyətə çıxmayıb, nə də ki, bağında qalmayıb, heç kimi də qəbul etməyib: “Bütün bunlar çirkin və qarayaxmadan başqa bir sey deyildir...”.
Digər sitat: “...Belə ki, saxta yollarla müharibə veteranı, əmək veteranı kitabçaları əldə etmiş Dilcan bu yolla dövlət büdcəsindən on minlərlə vergini gizlətmiş, təqaüdə çıxmaq adı ilə məvacibinin altı mislini almış və yenidən həqiqi dövlət qulluğundadır. Canbala müəllim isə Komitədən verilən bütün çıxarışları öz əlində toplamağa və beləliklə də öz əlaltıları vasitəsilə geniş korrupsiya şəbəkəsi yaratmağa nail olmuşdur. Onun imzası ilə verilən reyestrdən çıxarışlar Canbala müəllimi əsl oliqarxa çevirmiş və o, yaxın ətrafına “...tezliklə Abbas müəllimin yerinə mən oturacam və Dilcan da aparat rəhbəri olacaq, odur ki, bizimlə hesablaşmayanların sonu pis qurtaracaq” mesajını verir. Özünün “mifik” havadarları barədə rəvayətlərlə insanların gözünə kül üfürən, şəhərsalma və memarlıq sahəsində mütəxəssis olmayan Canbala müəllim özünə ehtiyat variant kimi şöbə müdiri vəzifəsini da saxlayır və həmin vəzifəyə təyinata heç bir vəclə yol vermir. Eyni zamanda Hesablama Palatasından iki il ardıcıl olaraq daxil olan və Dilcanın həbsi üçün yetərli olacaq materiallar Komitədə hamıdan gizlədilir, onlar barədə heç bir ölçü görülmür...”.
Doğrudanmı belədir? Kiçik bir dəqiqləşdirmə apardıq və məlum oldu ki, Canbala Ağabalayev və Dilcan Mustafayev adlı şəxslər Komitədə işləmirlər və işləmiyblər.
Bundan əlavə, Komitə tərəfindən aparılan Tikintilərin Dövlət Reyestri informativ və statistik xarakter daşıyır və reyestr tikinti obyekti barədə adi məlumatlar bazasıdır. Bu məlumatlar Komitənin rəsmi internet saytında yerləşdirilir və hamı üçün açiqdır. Məqalədə reyestrlə bağlı qeyd olunanlar da yalandır və cəfəngiyatdan başqa bir şey deyildir. Ən vacibi, aydın oldu ki, Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 3-cü bölməsinə əsasən “Əmək veteranı” adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidenti Adminstrasiyası, Azərbaycan Respublikası Nazirlər Kabineti, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları, dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış bəzi şəxlərə, o cümlədən digər hallarla yanaşı uzun illər ictimai əməklə məşğul olanlara ( kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda) verilir. Dilavər Mustafayev qeyd olunan Əsasnamənin tələblərinə uyğun olaraq “Əmək Veteranı” adının alınması üçün zəruri olan sənədlərlə ( it-I seriyalı №0126981 nömrəli əmək kitabçasının surətinə əsasən 40 ildən çox əmək stajına malik pensiyaçı olması barədə №18/02-1052 nömrəli 23.02.17 tarixli arayış, hər biri 3x4 ölçüdə 2 ədəd foto şəkil, AZE seriyalı №01300970 nömrəli 15.09.2003 tarixli şəxsiyyət vəsiqəsinin surəti və ərizə ) Komitə sədrinə müraciət etmişdir. Təqdim olunmuş əmək kitabçasına uyğun olaraq müraciət Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə zidd olmadığı üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri Dilavər Mustafayevə “Əmək Veteranı” adının və vəsiqəsinin verilməsi 22.02.17-ci il tarixdə məqsədəuyğun hesab edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Komitədə mövcud vakant dövlət qulluğu vəzifələri Dövlət İmtahan Mərkəzinə təqdim olunur və mərkəzləşdirilmiş qaydada elan verilir. Qeyd olunan vəzifə vakant olmaqla yanaşı, Dövlət qulluqçularının Reyestrində də qeyd olunub və bu baradə DİM-ə məlumat verilib.
Yazı müəllifi “Təzadlar”dan sitat verərək yazır ki, “...qəzetlərin birində göstərilir ki: “ Biz-Yasamal rayon İcra Hakimiyyətinin başçısı ... bir mötəbər tədbirdə qarşılaşdıq. İbrahim müəllim yuxarıda bəhs etdiyim məlum yazıdan xəbərdar idi. Söhbət zamanı Abbas Ələsgərovla görüşümüzün bəzi detallarını onlara danışdım... Bu məqamda ... müəllim israr etdi ki, Abbas Ələsgərov barədə danışdıqlarımı əhatələyən bir yazı dərc etdirim: “Sən artıq Abbas müəllimin obrazını yaratmısan... Yaxşıları dəstəkləmək və dəyərləndirmək lazımdır!”, - deyərək bu yazıya xeyir-dua verdi... Mən də onlara söz verdim”. (http://www.tezadlar.az/avto/26466-olduu-kimi-grnn-insan.html )”.
Müəllif əlavə edir: “...Heç də təsadüfi deyil ki, İbrahim Mehdiyev işdən qovulandan sonra Abbas Ələsğərov da iki həftə işə çıxmadı. Hər an həbs oluna biləcəyindən qorxan sədr yazıq sima aldı, guya ölümcül xəstə olduğu barədə şaiyə buraxmağa başladı. İndi də işə ara-sıra gəlir və yalnız özünümüdafiə ilə məşğul olur. Eyni zamanda Komitənin elan etdiyi tenderlərin də bilavasitə öz rəhbərliyi ilə keçirilməsinə nəzarət etmək istəyir. Daha sonra ahıl yaşında olan kişi heç nədən utanmayaraq, yıxılana balta vurmaq məqsədilə Ziya Məmmədova hücuma keçmək və bununla da kimlərəsə yarınmaq istədi...” və sair. Aşağılayıcı ifadələr. Bu yerdə müəllifin ürəyində tutduğu kin və küdurəti, ağsaqqal bir insana-ölkənin tanınmış memarına yönəli nifrətini necə başa düşəsən? Əgər onun xoş niyyəti Azərbaycanın tikinti və arxitektura problemlərini qabartmaq və təkliflər verməkdirsə, bəs bu tərəfdən atası və ya babası yaşında bir insanın qəlbini qıran formada onu ələ salmağı necə bağışlanandır? Məqsəd nədir? Abbas Abbasovu həvəsdən salıb istefa verdirmək? Doğrudanmı müəllif belə düşünür? Axı biz Abbas Abbasovun xarakterini, özü bizdən misal çəkdiyi sitatında yazır, artıq bilirik. “Sovetski”də böyümüş və Azərbaycana memar kimi doğulmuş bir insanın xarakterinə bu şeylər tamamilə yaddır. Əgər ölkənin Prezident ionu bu vəzifəyə layiq bilibsə, hətta bu yaşında onun təcrübə və biliynə, təmizliyinə zərurət varsa, deməli, belə bir mütəxəssisi hansısa nifrət dolu yazı ilə həvəsdən salmaq çətin ki, mümkün olsun. Mümkün olmaynın izinə düşüb söz güləşdirməyə isə ehtiyac yoxdur.
Başqa bir sitat: “...Sədr müsahibə verərək gördüyü işləri təqdim etmək istədi və növbəti biabırçılığa imza atdı. Müsahibə “Bakıda 245 hündürmərtəbəli bina söküləcək” adlanırdı. Sədr tikiləcək binalarla söküləcək binaları səhv salmışdı. Hətta haqqın.az saytı da buna reaksiya vermiş, lakin yenə Elbəy Qasımzadə köməyə gəlmişdi...”.
Bu nə iraddır görəsən? Maraq üçün dəqiqləşdirdik. Məlum olurdu ki, mübahisələndirilən müsahibədə söküləcək 245 ev səhv yazılmışdır, yəni sırf texniki səhv olub, aradan qaldırılmışdır. Müxbir səhvi nəticəsində gedən yazı və sonradan düzəliş verilmiş səhvdən qərəzli sou düzəltmək məntiqə sığmır, mətləbə gerçəkdən aid deyildir.
Digər bir sitat: “...Belə ki, tender Komissiyasının üzvləri olan Aparat rəhbəri Canbala Ağabalayev və Dilcan Mustafayev artıq bir çox qanun pozuntularında təcrübə toplayıblar...”.
Bunu da dəqiqləşdirdik ki, bu nə “təcrübədir”. Məlum olur ki, məqalədə həm də “keçirilən tenderlərdə qanun pozuntularına yol verildiyi, tender vəsaitləri uğrunda amansız müharibəyə aparıldığı” qeyd olunur. Bunlar isə ağ yalandır. Belə ki, Komitədə dövlət büdcəsi vəsaiti hesabına malların, işlərin və xidmətlərin satın alınması “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tam şəffaf şəkildə həyata keçirilir. Tender Komissiyasının tərkibinə Komitənin Əmri əsasında İqtisadiyyat və Maliyyə Nazirliklərinin nümayəndələri daxil edilir. Tenderin Əsas şərtlər toplusu Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun hazırlanır, komissiyada müzakirə sdildikdən sonra mətbuatda açıq tender elan edilir və internet saytında yerləşdirilir. İddiaçıların tender təklifləri tam şəfffaf şəraitdə komissiya üzvləri tərəfindən qiymətləndirilir və komissiyanın açıq iclasında müzakirə olunur. Qiymətləndirmə zamanı ən səmərəli tender təklifi verən, müvariq sahədə təcrübəsi, peşəkarlığı, maliyyə və texniki imkanları olan iddiaçılara üstünlük verilir və qalib elan edilir. Qısası, tenderdə bütün məsələlər kollegial olaraq həll olunur, yəni bu məsələlər təkcə komissiya sədrinin səlahiyyətində deyildir.
***
Sonda: Azərbaycanda böyüyə, ağsaqqala, xüsusən də ölkədə tanınan və seçilən tanınmış ağsaqqala həmişə hörmət və izzət olub. Nəinki ağsaqqalın, hətta adi bir insanın belə qəlbini qıracaq hərəkətə yol vermək, pis söz demək... yolverilməzdir, böyük qəbahətdir. Bunu ona görə deyirik ki, tənqidlə təhqiri, nifrəti, aşağılamağı... dəyişik salmaqla qarşındakını hansısa cinayətdə suçlamaq özü ikiqat cinayətdir. Bir də o mənada cinayətdir ki, sən çörəyini yediyin, üzdə üzünə xoş söz, tərif dediyin bir insanı daldada-hansısa mətbuatda bu formada ələ salıb təhqir edəsən, şər atasan... Belə adamı necə bağışlayasan?! Belə görünür ki, tanınmış memar, Bakının tikinti siysətinə nizamlıq gətirən bir insan- Abbas Ələsgərov himayə edərək həmişə hörmətini saxladığı, iş verdiyi, mütəxəssis etdiyi, lakin bu gün üzünə ağ olduğu bu adamı qara-qura əməlinə görə çətin bağışlasın...

A.Məmmədli

Geri