DataLife Engine > Çap üçün versiya > “AMBASADOR” OTELİNDƏ TƏLƏBƏ QIZA TƏCAVÜZ EDƏN TƏLƏBƏNİ HƏBS GÖZLƏYİR - YENİLƏNİR
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > “AMBASADOR” OTELİNDƏ TƏLƏBƏ QIZA TƏCAVÜZ EDƏN TƏLƏBƏNİ HƏBS GÖZLƏYİR - YENİLƏNİR

“AMBASADOR” OTELİNDƏ TƏLƏBƏ QIZA TƏCAVÜZ EDƏN TƏLƏBƏNİ HƏBS GÖZLƏYİR - YENİLƏNİR


1-11-2017, 15:43. Yerləşdirdi: admin
SAAT: 15:42
Bu dəqiqələrdə zərərçəkən Aidə Həsənlinin atası F.Nəsibov redaksiyamıza zəng edərək bildirdi ki, «Hüquqi nümayəndəmiz zəng edərək bildirdi ki, məhkəmə müşavirədən qayıdıb və qapalı keçirilən iclasda Bakı şəhər sakini Cəfərli Fərid Ramil oğlunun barəsində həbs qətimkan tədbiri seçilməyib və o, hələlik sərbəst buraxılıb. Lakin məhkəmənin qərarının olub-olmaması, yaxud hansısa mütləq qərar qəbul edilib-edilməməsi barədə məlumatsızam… Hazırda Səbael rayon Məhkəməsinə gedirəm, əgər onun sərbəst buraxılması barədə hansısa qərar varsa, həmin qərardan apellyasiya şikayəti verəcəyəm. Ola bilər ki, ümumiyyətlə, hakim Azər Tağıyev iş üzrə hələki hər hansı bir qərar qəbul etməyib. Mən qısa vaxt ərzində sizə dəqiq məlumat verəcəyəm…».
***
SAAT: 13:48
Zərərçəkən ailə Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyevin Fərid Cəfərlinin həbsinin sanksiyalaşdırılması barədə qərarını gözləyir…
«Təzadlar»ın ötən sayında xəbər verdiyimiz kimi, Bakı şəhər sakini Fərid Ramil oğlu Cəfərlinin tələbə qıza təcavüz etməsi ilə bağlı cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Zərərçəkən Aidənin (ad şərtidir) hüquqi nümayəndəsi Vaqif Əhmədovun baş verən rüsvayçı hərəkətin səbəbkarının cəzalandırılması və həbsinə sanksiya verilməsi üçün Respublikanın Baş Prokuroru Zakir Qaralova müraciətindən sonra bu gün zərərçəkənin atası Baş Prokurorluqda olmuşdur. Onun məlumatına görə isə Səbayel rayon Prokurorluğundan alınaraq Bakı şəhər Prokurorluğunda istintaq edilən cinayət işində təqsirləndirilən Fərid Cəfərli bir neçə saat əvvəl Səbail rayon Məhkəməsinə aparılıb və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə işin hallarını öyrənəndən sonra müşavirəyə gedib… Hakim Azər Tağıyevin ədalətli qərarını gözlədiyini deyən zərərçəkən Aidənin atası istintaqın sürətləndirilməsi üçün digər müvafiq addımların da atıldığını bildirdi.
«…Bu gün səhər saatlarında Bakı şəhər sakini Cəfərli Fərid Ramil oğlunun törətdiyi cinayət əməlləri üzrə aparılan istintaq hərəkətləri çərçivəsində o, polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Məhkəməsinə aparılıb. Hazırda məhkəmənin qərarını gözləyirik. Çünki milli adət və ənənələrimizə, qanunlarımıza yad olan rüsvayçı hərəkətin törədicisi olan Fərid Cəfərlinin 8 aydır azadlıqda gəzməsi, cəzalandırılmaması zərərçəkən ailəni olduqca aqressiv hala gətirib çıxarmışdır…»-deyə Aidə Həsənlinin nüquqi nümayəndəsi əməkdaşımıza bildirib. Hazırda məhkəmənin qərarının necə olacağı hamını düşündürür... Bizi izləyin, əlavə məlumat veriləcək.
***
Xatırladırıq ki, Bakı şəhər sakini A.Həsənlinin hüquqi nümayəndəsi və vəkili Vaqif Əhmədovun faciə ilə üz-üzə qalmış ailənin Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova və surəti “Təzadlar” qəzeti redaksiyasına ünvanlı müraciətində isə deyilirdi:
"Hörmətli cənab Baş Prokuror!

Sizə müraciət edərək bir dəhşətli cinayətin səbəbkarlarına və onlara himayədarlıq edən hüquq-mühafızə orqanı əməkdaşlarına qanunla ən ciddi cəzanın verilməsini xahiş edirəm. Ulu Öndərimiz Heydər Əliyev demişdir ki, “Dövlət bir neçə sütun üzərində dayanır. Bu sütunlardan biri də Prokurorluq orqanlarıdır”. Eyni zamanda, qeyd etmişdir ki, “Dövlət iki halda sarsıla bilər: günahsıza cəza veriləndə, günahkar cəzasız qalanda”.
Hörmətli cənab Baş Prokuror!
Hal-hazırda hüquqlarını müdafiə etdiyim müvəkkilim F.Nəsibovun ailə üzvlərinə qarşı baş vermiş görünməmiş dəhşətli cinayətə aylardır hüquq-mühafızə orqanlarının göz yumması və barədə heç bir tədbir görülməməsi hüquq- mühafizə orqanı əməkdaşlarının qanunsuzluğu, cinayəti öz şəxsi maraqları ilə ört-basdır etməsi, süründürməçiliyə yol vermələri, 8 aydan artıqdır ağır cinayət törətmiş şəxs barəsində hal-hazıra kimi həbs-qətimkan tədbiri seçilməməsi çox təəssüf doğuran haldır. Bunun səbəbi isə cinayət törətmiş şəxsin valideynlərinin vəzifəli şəxs və zəngin ailə olmalarıdır.
Hörmətli cənab Baş Prokuror!
İndi isə baş vermiş və bağışlanılmaz cinayətin təfsilatı barədə bunları bildirirəm: Müvəkkilimin qızı Aidə Həsənli (Müraciət Baş Prokurorluğa və redaksiyamıza təqdim olunduğu üçün ad şərtidir - red.) 2015-ci ildə tanınmış Universitetlərdən birinə qəbul olunub. Həmin il o, qrup yoldaşları ilə birlikdə universitetin yaxınlığındakı kafelərin birində çay və şirə içirmişlər. Orada hansısa bir formada zühur edən Bakı şəhər sakini Cəfərli Fərid Ramil oğlu tələbə qızın içdiyi çaya yuxu gətirən hansısa məhlul atıb və qız orada yuxuya gedib. Qeyd edim ki, Fərid Cəfərlinin anası Firəngiz Həsənova Bakıda 53 nömrəli məktəbin direktoru, atası Ramil Cəfərov isə Dövlət Neft Şirkətinin auditorudur.
Fərid Cəfərli əvvəlcədən düşünülmüş şəkildə çirkin niyyətini həyata keçirərək həmin kafedən qızı yardım etmək adı altında şəxsi /avtomobilinə mindirərək evlərinə aparmış və orada qıza qarşı cinsi zorakılıq etmişdir. Eyni zamanda öz mənzillərində təxminən bir neçə saat saxlamış və onunla yenə də qeyri-insani hərəkətlər edərək, ağır cinayət törətmişdir. Hadisədən bir neçə saat sonra qız yuxudan ayılarkən başqa bir ünvanda özünü tam çılpaq vəziyyətdə və Cəfərli Fərid tərəfindən ona qarşı cinsi zorakılıq törədildiyini görmüşdür. Aidə qışqıraraq kömək istəsə də, Cəfərli Fərid tərəfındən ona qarşı təzyiq və ölüm hədələri edilmişdir. “Bu hadisə barədə bir kəsə məlumat versən, əlimdə olan çılpaq video görüntülərini universitetdə və yaşadığın ərazidə yayaraq səni rüsvay edəcəyəm, kiçik qardaşını öldürəcəyik” deyə qıza hədə-qorxu gəlmişdir. Hazırkı vəziyyətindən qorxan və qardaşını ölüm təhlükəsindən qorumaq məqsədi ilə bu hadisəni heç kimə söyləməyəcəyinə söz verən Aidə həmin gün Cəfərli Fəridin əlindən qurtarmağa nail olmuşdur. O, qorxu içində bu dəhşətli hadisədən sonra evdə dəfələrlə intihara cəhd etsə də, anası və tibb işçilərinin səyi nəticəsində hadisənin qarşısı alınmışdır.
Buna baxmayaraq, yenə də Fərid Cəfərli qızın oxuduğu universitetə gələrək onu təhdid etmişdir ki, onunla vacib söhbəti var, məlum problemi yoluna qoyacaq, onu istəyir və s. Odur ki, onunla getməsə əlindəki video çəkilişi universitetin tələbələrinə paylayacaq, sonra da qardaşını oxuduğu məktəbdən oğurlayıb öldürücək. Fərid Cəfərli qorxu və həyəcan içərisində olan Aidəni idarə etdiyi maşına zorla oturdaraq əvvəlcədən danışdığı “Ambasador” otelinə aparıb və orada yenə öz çirkin niyyətinə nail olub... Sonradan qızın anasının polis orqanlarına və DİN-nin 102 xidmətinə şikayətindən sonra araşdırma aparılıb, istintaq oteldə çəkilişlər aparıb, baxış keçirilib, mühüm sübutlar toplanıb. Lakin bu günə kimi istintaqa dair prokurorluğun hansı qərar qəbul etməsındən xəbərsizik və nəticəsizlik bizi ciddi narahat edir. İş o yerə çatıb ki, Bakı şəhər Prokurorluğunun şöbə prokuroru müvəkkilimə qəbul edilmiş qərarların surətini belə vermək istəmir. İnanırıq ki, təqdim etdiyimiz əlavə maddi sübutlar cinayət işinə əlavə olunacaq və istintaqın fərqli səmtə yönəldilməsində əli olanlar ciddi cəzalandırılacaq.
Onu da xatırladım ki, təxminən 2016-cı il may ayının sonlarında canından bezmiş Aidə Fərid Cəfərlinin telefon zənglərini rədd etməklə cavab verməmişdir və telefonu söndürmüşdür. Telefon söndürüldüyünə görə Fərid Cəfərli 24 iyun 2016-cı il tarixində, gecə saatlarında ailənin yaşadığı ünvana gələrək qapını sındırıb evə daxil olmuş, Aidəyə əl və ayaq zərbələri endirərək ona xəsarət yetirmişdir. Bu zaman səs-küyə onun otağına daxil olan anası da Fərid Cəfərlinin yumruq, təpik zərbələrinə məruz qalmışdır. Bütün bunlar qonşuların şahidliyi ilə baş vermişdir. Bu basqın barədə DİN-nin 102 xidmətinə məlumat verilmiş, sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları araşdırmalar aparmışlar. Lakin yenə də şəxsi maraqları nəticəsində Fərid Cəfərlinin barəsində heç bir ölçü götürülməmiş, ailə başçısı həbsdə olan ailə dəhşətli qanunsuzluqla üz-üzə qalmışdır. Cinayətləri törədən və barəsində heç bir tədbir görülməyən Fərid Cəfərlinin valideynləri baş vermiş cinayəti ört-basdır etməyə çalışmışlar və təəssüflə qeyd edim ki, buna nail də olmuşlar. Rayonun polis və prokurorluq əməkdaşları da bu cinayətə seyrçi qalmışlar.
Hörmətli cənab Baş Prokuror!
Baş vermiş bu ağır cinayətdən heç bir cəza almayan Fərid Cəfərli yenidən - 02.03.2017-ci il tarixində Aidənin təhsil aldığı universitetə gələrək, onun dərsdən çıxmasını gözləmişdir. Aidə dərsdən çıxan zaman ona qəflətən hücum etmiş, zorla maşına oturtmuş, avtomobilin içində qızı döyərək uzun saçından tutub maşının əl tutacağına bağlamış, sonra qapıları avtomatik kilidləyərək özlərinə məxsus olan villaya aparmışdır. Sonra orada zor tətbiq etməklə onunla yenidən cinsi əlaqəyə girmiş, qeyri-insani hərəkət edib onu orada bir neçə saat saxlayandan sonra yenidən döymüş, öldürəcəyi ilə hədələmişdir. Fərid Cəfərli Aidəni öz mənzillərində təxminən 7-8 saat saxlayandan sonra onu anasının direktor işlədiyi 53 nömrəli məktəbin qarşısına gətirərək anası ilə birlikdə qızı öldürmək və harasa atmaq barədə plan qurmuşdur. Lakin bu zaman onun əlindən qaçmaq istəyən Aidənin bu vəziyyətini təsadüfən müvəkkilimin ailəsini tanıyan bir şəxs onu maşında pis vəziyyətdə görüb Fəriddən onu buraxmağı tələb etmişdir. Bunu etmək istəməyəndə isə o, DİN-nin 102 xidmətinə məlumat verəcəyini demişdir. Bundan qorxuya düşən Fərid Cəfərli qızı maşından düşürüb buraxmışdır. O, yenidən Aidəyə bu barədə bir kəsə məlumat verərsə, özünün və qardaşının ölümünü düşünməsini bildirərək onu yenidən hədələmişdir. Dərhal evlərinə gələn Aidənin pis vəziyyətdə olduğunu görən anası hüquq-mühafızə orqanına təkrar ərizə ilə müraciət etmişdir. İşin təhqiqatı Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində aparılsa da, PB-nin isntintaq şöbəsinin əməkdaşları ilə yanaşı, Səbail rayon Prokurorluğunun əməkdaşları da cinayəti ört-basdır edərək, süründürməçiliyə yol vermişlər. Hətta 02.03.2017-ci il tarixindən hal-hazıra kimi bu dəhşətli cinayətə göz yummaqdadırlar. Lakin hal-hazırda işin Bakı şəhər Prokurorluğunda olması və orada da 2 aydan artıqdır eyni üsulla istintaqının aparılması bu dəhşətli cinayəti, bu bağışlanılmaz cinayəti ört-basdır etməklə - təqsirləndirilən, şübhəli şəxsin 8 aydır azadlıqda gəzməsinə şərait yaradırlar.
Hörmətli Zakir müəllim!
Müvəkkilim F.Nəsibov bir Azərbaycan vətəndaşı olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək II qrup əlil olaraq xahiş edib ki, bu dəhşətli, bağışlanılmaz cinayəti törədən şəxs və şəxslərin barəsində ictimaiyyəti bu barədə məlumatlandırım. Çünki ailə istintaq orqanına inanıb etibar etdiyi müddətdə tamamilə əks mövqe ilə qarşılaşmışdır. Ailənin Sizə müraciətlə yazdığı ərizə isə ola bilsin diqqətinizə çatdırılmır. Amma bu dəfə bunları nəzərə alıb, bəzi istintaq motivlərini və sirlərini nəzərə alıb sadəcə hadisə barədə Sizi məlumatlandırmağı özümün nümayəndə borcum bildim. İnanırıq ki, möhtərəm Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, vəzifələri şəxslərin harın və qudurğan övladları ilə əlaqədar ciddi ölçü götürülməsi vacibdir, əks halda, daha ciddi və dəhşətli cinayət hadisələri baş verə bilər".

“Təzadlar”ın Araşdırma Qrupu

P.S. Xatırladırıq ki, dəhşətli cinayətin baş verdiyi «Ambasodor» Otel-Kompleksinin Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalova məxsus olduğu deyilir…

Geri