DataLife Engine > Çap üçün versiya > DEPUTAT FƏZAİL AĞAMALININ QARDAŞININ GÖMRÜK POLKOVNİKİ OLAN KÜRƏKƏNİ İSTANBULDA NİYƏ HƏBS EDİLİB?-YENİLƏNİR
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > DEPUTAT FƏZAİL AĞAMALININ QARDAŞININ GÖMRÜK POLKOVNİKİ OLAN KÜRƏKƏNİ İSTANBULDA NİYƏ HƏBS EDİLİB?-YENİLƏNİR

DEPUTAT FƏZAİL AĞAMALININ QARDAŞININ GÖMRÜK POLKOVNİKİ OLAN KÜRƏKƏNİ İSTANBULDA NİYƏ HƏBS EDİLİB?-YENİLƏNİR


4-11-2017, 11:09. Yerləşdirdi: admin
Rövşən Lənkəranskinin İstanbulda həbs edilən qardaşı polkovnik Namiq Canıyev Azərbaycanda millət vəkili Fəzail Ağamalının qardaşı Füzuli Ağamalıyevin kürəkəni imiş... Bu barədə "Təzadlar"a daxil olan məlumatda bildirilir.
***

"Təzadlar" xatırladır ki, iki gün əvvəl İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Azərbaycanda 20 illik həbs cəzasını çəkmiş N.Səlifov bu günlərdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı. Azadlığa çıxdıqdan sonra N.Səlifov İstanbula yollanmışdır və o, Azərbaycanın kriminal cımiyyətinin başçısına çevrilmiş, bundan əlavə, onu postsovet məkanının kriminal aləminin alternativsiz lideri kimi tanıyıblar. Noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsdin hazırlanması barədə operativ məlumat alıblar.
Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət killer qrupu gəlib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb. Killer dəstəsinə öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib (Gömrük polkovniki Namiq Canıyev Azərbaycanda millət vəkili Fəzail Ağamalının qardaşı Füzuli Ağamalıyevin kürəkənidir). Qrupa həmçinin aşağıdakı şəxslər daxil olublar: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.
"Təzadlar" onu da qeyd edir ki, 2016-cı ilin avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində silahlı hücuma məruz qalan və xəstəxanada dünyasını dəyişən tanınmış qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev hadisə baş verəndən dərhal sonra İstanbula getmişdir və qardaşının cənazəsi ilə bərabər ölkəyə qayıtmış, dəfn mərasimində iştirak etmişdir. Azərbaycan KİV-də yayılan məlumata görə, N. Canıyev gömrük sahəsində yüksək vəzifə sahibidir, eyni zamanda gömrük polkovnikidir.
Beləliklə, Türkiyədə həbs edilən Namiq Canıyev (Rövşən Lənkəranskinin qardaşı) millət vəkili Fəzail Ağamalının qardaşı Füzuli Ağamalıyevin qızının həyat yoldaşıdır. O, gömrük poıkovnikidirsə, bəz belə qalmaqallı məsələlərdə necə iştirakçı olub???
Məsələ ilə bağlı Azərbaycan Gömrük Komitəsinin Mətbuat Xidmətinə göndərdiyimiz elektron sorğuya hələki cavab verilməyib. Suala cavabı alan kimi təqdim edəcəyik. Bizi izləyin.
Zaur

Geri