DataLife Engine > Çap üçün versiya > Professor İlham Rəhimov mükafata layiq görüldü-TƏBRİK
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Professor İlham Rəhimov mükafata layiq görüldü-TƏBRİK

Professor İlham Rəhimov mükafata layiq görüldü-TƏBRİK


15-12-2017, 15:59. Yerləşdirdi: admin
Professor Respublika Veteranları Təşkilatının "Veteran Həmrəyliyi" və "General Həzi Aslanov" medalı ilə təltif edildi...
Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının əməkdaşlığı veteran hərəkatına xüsusi tövhələr verəcək
Bu gün Respublikanın əməkdar hüquqşünası Rusiya Təhlükəsizlik, Müdafiə, Qanunun aliliyi Akademiyasının akademiki, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının sədri, hüquq elmləri doktoru, professor İlham Rəhimov Respublika Veteranlar Təşkilatında olmuşdur.
Öncə İlham Rəhimov Respublika Veteranlar Təşkilatında yaradılmış şəraitlə tanış oldu. Təşkilatın tarixi, respublikamızda həyata keçirilən veteran hərəkatında təşkilatın rolu, eləcə də, Prezident ilham Əliyevin veteranlara göstərdiyi diqqət və qayğı barəsində qonağa geniş məlumat verildi.
Daha sonra Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovla profesor İlham Rəhimovun görüşü keçirildi. Görüşdə həmçinin Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov və təşkilatın Rəyasət Heyətinin üzvü hüquq elmləri doktoru, professor Bəhram Zahidov da iştirak etmişdir.
General polkovnik Tofiq Ağahüseynov İlham Rəhimovu qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmişdir. Təşkilatın sədri İlham Rəhimovun Azərbaycan xalqı və elmi qarşısında danılmaz fəaliyyəti olduğunu diqqətə çatdırmış, veteranların hüquqlarının müdafiəsi, onların sosial problemlərinin həlli istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu bildirmişdir.
Professor İlham Rəhimov da öz növbəsində Tofiq Ağahüseynovun timsalında bütün veteranları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il bayramı münasibətilə təbrik etdi. Respublika Veteranlar Təşkilatında yaradılmış şəraiti yüksək qiymətləndirən İlham Rəhimov təşkilatla tanışlıqdan məmnunluq ifadə etdi. Respublikamızada veteran hərakatının yüksələn xətlə inkişaf etdiyini, bu sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini, Respublika Veteranlar Təşkilatının bütün qəbildən olan veteranların sosial problərinin həlli istiqamətdində gördüyü işlərin əvəzsiz olduğunu bildirdi. Təşkilatın əməkdaşlarının işini yüksək qiymətləndirərək onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.
Professor İlham Rəhimov rəhbərlik etdiyi Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının Azərbaycan Respublikasında həyata keçirdiyi, xüsusən də veteranların hüquqları sahəsində gördüyü işlər barəsində məlumat verdi. Assosasiyanın Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlıq etməyə və gələcəkdə Veteranların hüquqlarının müdafiəsi sahəsində təşkilata dəstək olmağa hazır olduğunu diqqətə çatdırdı.
Görüşdə Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyası arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Əməkdaşlığın hər iki qurum üçün xüsusi önəm daşıdığı ifadə edildi.
Daha sonra Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov İlham Rəhimova respublikada həyata keçirilən veteran hərəkatındakı fəal iştirakına görə təşkilatın təsis etdiyi “Veteran Həmrəyliyi” və “Həzi Aslanov” yubiley medalını təqdim etdi.
Sonda Xatirə şəkli çəkdirildi.
Xanoğlan Əhmədli
Professor İlham Rəhimov mükafata layiq görüldü-TƏBRİK

Geri