DataLife Engine > Çap üçün versiya > Məşhur hind akyoru Dharmenda Deol Bakiya “gəldi”-"TƏZADLAR"DAN BAYRAM REPORTAJI
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Məşhur hind akyoru Dharmenda Deol Bakiya “gəldi”-"TƏZADLAR"DAN BAYRAM REPORTAJI

Məşhur hind akyoru Dharmenda Deol Bakiya “gəldi”-"TƏZADLAR"DAN BAYRAM REPORTAJI


29-12-2017, 18:01. Yerləşdirdi: admin
Məşhur “Zita və Gita”, “Qisas və qanun”, “Daş və çiçək”, “Fillər mənim dostumdur” və digər hind filmlərindən bizə yaxşı tanış olan Hindistanın dünya şöhrətli aktyoru haqqında rejissor Namiq Qurbanın çəkdiyi 47 dəqiqəlik “Məhəbbət əfsanəsi” səndəli filmi olduqca maraqla qarşılandı...
...Orta və yaşlı nəsil insanları hind filmlərinin Azərbaycanda necə sevildiyini çox yaxşı bilir. Xüsusilə, rayon yerlərində yaşayanlar bu sevgini daha yaxşı hiss edib, görürdülər. Məsələn, mənim yaşadığım rayon qəsəbəsində həm yay, həm də qış kinoteatrı fəaliyyət göstərirdi. Bu kinoteatrlarda hər gün müxtəlif ölkələrin, o cümlədən SSRİ-nin istehsalı olan filmlər nümayiş olunurdu. Açıq etiraf edirəm ki, həmin filmlərə xanımlar getmirdi. Ancaq elə ki, afişada Hindistanın istənilən filminin adı görünürdü, həmin günü, sanki hər bir evdə toy-bayram olurdu və zalda bircə boş yer tapmaq mümkün deyildi. Kişilər bu kinolara çəkinmədən anaları, bacıları, həyat yoldaşları ilə birlikdə gedirdilər. Təbii ki, həmin xanımların göz yaşları da öz yerində. Nəyə görə bunları yada salıram?
Bu filmlərdə açıq-saçıq səhnələr olmazdı. Saf məhəbbət səhnələri, haqqın nahaq üzərində qələbəsində pay sahibi olan qəhrəmanlar uzun müddət bizlərin yadından çıxmırdı. “Zita və Gita”, “Sevimli Rac”, “Fillər mənim dostumdur”, “Qisas və qanun”, “Daş və çiçək” və s. məşhur Hind filmlərinin baş qəhrəmanı aktyor Dharmenda Deol olurdu. Bu aktyor demək olar ki, bütün insanların sevimlisinə çevrilmişdi. Əlbəttə, hamı üçün maraqlı idi ki, belə bir akyorun həyatını, yaşayışını, necə deyərlər, kinodan kənarda görünməyən tərəflərini də yaxından öyrənsin.
***
...Dekabrın 27-də hər birimizin bu istəyini rejissor Namiq Qurban həyata keçirdi. Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Namiq Qurbanın məşhur aktyor haqqında çəkdiyi 47 dəqiqəlik sənədli filminin təqdimatı Badamdarda yerləşən “Pullman” oteldə baş tutdu. Giriş sözü ilə çıxış edən Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Sançay Rana dünya şöhrətli aktyor Dharmenda Deol haqqında geniş məlumat verərək dedi: “Mən hər dəfə öz-özümə fikirləşirdim ki, Azərbaycanda hind filmlərini bu qədər çox sevirlər. Ancaq filmlərdəki qəhrəmanlar haqqında geniş məlumatları yoxdur. Dharmenda Deol haqqında həmişə düşünmüşəm ki, nə vaxtsa Azərbaycanda onun barəsində bir film çəkiləcəkmi? Sən demə, bu barədə təkcə mən düşünmürəmmiş. Rejissor Namiq Qurban belə bir təkliflə mənə müraciət edəndə, əvvəlcə xeyli təəccübləndim ki, o, bunu bacarmayacaq. Bir xeyli söhbət edəndən sonra fikrim dəyişdi və əmin oldum ki, Namiq Qurban bunu həyata keçirə biləcək. Onu da yaxşı bilirəm ki, bu məşhur aktyorla əlaqə qurmaq, ondan müsahibə götürmək bir qədər çətin məsələdir. Namiq Qurban isə, inamla bildirdi ki, düşündüyü bu işi əzmlə həyata keçirmək niyyətindədir. Mən N.Qurbana dərin minnətdarlığımı bildirirəm ki, Hindistanın dünya şöhrətli məşhur aktyorunu bir daha Azərbaycan tamaşaçısına tanıda bildi. Film çox gözəl alınıb və inanıram ki, siz də bu sənədli filmdən razı qalacaqsınız. Filmdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.
Rejissor Namiq Qurban isə öz çıxışında filmin necə çətinliklə ərsəyə gəlməsindən danışdı: “Mənim çoxdankı arzum idi ki, Dharmenda Deolu Azərbaycan tamaşaçısına yaxından tanıdım. Ancaq bunu necə həyata keçirəcəyimi bilmirdim. Müəyyən kanallarla əlaqə saxlayırdım və onlar bildirirdilər ki, bu aktyor çox məhurdur və o, hər adama müsahibə vermək istəməz. Və yaxud, ona böyük məbləğdə qonorar ödəmək lazımdı. Söhbət 400 min dollardan 1 milyon dollara qədər puldan gedirdi. Təbii ki, o pulların heç bir faizi də bizdə yox idi. Ancaq arzumu həyata keçirməkdə israrlı idim. Belə bir məqamda mənim köməyimə Hindistanda da tanınan rəqqasə Oksana çatdı. Koordinatları öyrənib mənə verdi və mən skyple 83 yaşlı bu məşhur aktyorla danışmağa nail oldum. Nəhayət, biz görüşməyi qərara aldıq. Əvvəl doğrudan da müsahibə vermək istəmirdi ki, onun qocalığını görməsinlər. Bunu da birtəhər yoluna qoyduq. Aktyorun böyük Mumbai şəhərindəki rançosunda görüşmək qərarına gəldik. Mədəniyyət və Turzm Nazirliyinin dəstəyi ilə bu görüş baş tutdu. Film necə alınıb onu sizlər deyə bilərsiniz. Yaxşı olar ki, filmə baxandan sonra öz fikirlərinizi bildirəsiniz”.
Beləliklə, Dharmenda Deola həsr olunmuş “Məhəbbət əfsanəsi” adlı 47 dəqiqəlik film qonaqlara təqdim olundu. Maraqlıdır ki, film həm müasir, həm də qədim Bakının və Hindistanın şəhərlərinin təqdimatı ilə başlayır. Kadrarxası verilən bütün məlumatlar rejissor Namiq Qurbanın öz səsi ilə Azərbaycan dilində təqdim olunurdu və çox gözəl də alınmışdı. O da maraqlı idi ki, səslənən bütün məlumatlar titrdə Aygün Əkbərovanın vasitəsi ilə tərcümə edilmiş ingilis dilində yazılırdı. Nəhayət, yuxarıda adlarını çəkdiyim filmlərdən Azərbaycan tamaşaçısına yaxından tanış olan məşhur aktyor Dharmenda Deol ahıl yaşlarında bizim qarşımıza çıxdı. Onun filmə necə gəldiyi barədə xatirələri olduqca maraqlı idi.
Məşhur hind akyoru Dharmenda Deol Bakiya “gəldi”-"TƏZADLAR"DAN BAYRAM REPORTAJI
Məlum oldu ki, Hindistanın ucqar bir əyalətində adi kəndli həyatını yaşayan gənc Dharmenda Deol elə uşaqlıqdan aktyor olmaq eşqi ilə yaşayıb. Bu barədə fikrini deyəndə anası dönə-dönə tapşırıb ki, atası bu barədə bilməsin. Buna baxmayaq, ana oğlunun arzusunun həyata keçməsi üçün dualar edir. Günlərin bir günü kino çəkilişləri üçün gənc və yaraşıqlı bir insan axtarılır. Bunun üçün müsabiqə elan olunur. Gənc Dharmenda Deol özünün ən yaraşıqlı şəklini bu müsabiqəyə göndərir. Ana da gecə-gündüz dua edir ki, oğlunu müsabiqəyə dəvət etsinlər. Nəhayət, minlərlə gənc içərisindən Dharmenda Deolun şəkli bəyənilir və o mərkəzə dəvət olunur. Bununla da gənc və yaraşıqlı əyalət gəncinin böyük kino səhnəsinə yolu açılır. Bütün bunları 83 yaşlı Dharmenda Deol danışdıqca həm də təsirlənir.
Məşhur hind akyoru Dharmenda Deol Bakiya “gəldi”-"TƏZADLAR"DAN BAYRAM REPORTAJI
N.Qurbanın “Məhəbbət əfsanəsi” filmindən aydın olur ki, aktyorun həyat yoldaşı da elə onun bir çox kinolarda, o cümlədən “Zita və Gita” da Zitanı, “Qisas və qanun”da Basantini oynayan tərəf müqabili aktrisa Hema Malinidir. Ümumilikdə Dharmenda Deolun 4 qızı, 2 oğlu var. Oğlanlarından ikisi də, qızlarından biri, nəvələrindən iki oğlan artıq Hindistanın məşhur aktyorlarıdır. Əlbəttə, bu da olduqca maraqlı faktlardır.
Məşhur hind akyoru Dharmenda Deol Bakiya “gəldi”-"TƏZADLAR"DAN BAYRAM REPORTAJI
Filmdən sonra aparıcı film haqqında fikir bildirilməsi üçün zala müraciət etdi. Maraqlıdır ki, zaldan səs çıxmadı. Belə olan təqdirdə söz alıb, kürsüyə yaxınlaşaraq bunları dedim: “Hindistanın Azərbaycandakı səfiri cənab Sancay Ranaya təşəkkür edirik ki, belə bir sənədli filmin yaranmasına mənəvi dəstək verib. Rejissor Namiq Qurbana isə “Təzadlar” qəzetinin kollektivi adından sonsuz təşəkkürümü bildirirəm ki, hələ uşaqlıq illərindən hər bir azərbaycanlı gəncin kumirinə çevrilmiş belə bir məşhur aktyor haqqında film çəkmişdir. Filmdən göründü ki, artıq ahıl yaşlarına çatmış 83 yaşlı Dharmenda Deol hələ də gənclik təravətini özündə saxlayır. Onun indiyə qədər eşidib bilmədiyimiz anası, atası, ailəsi, övladları, nəvələri haqqında geniş məlumat əldə etdik. Namiq Qurban deməsə də, filmdən də görünür ki, belə bir məşhur aktyorla görüşmək, söhbət etmək, onun həyat hekayətini vərəqləmək hər adama müyəssər olmur. Film olduqca gözəl və təsirli alınıb. Xırda detalı da deməyi də özümə borc bilirəm. Filmdən görünür ki, Dharmenda Deol bu sənətə can atarkən anası ona xeyir-dua verib, atası isə narazı olub. Az bir müddət keçməmiş, aktyorun məşhurlaşmasından sonra, ananın bundan aldığı zövqü, atanın fikrindən daşınıb-daşınmaması və ya oğlunu alqışlayıb-alqışlamaması nədənsə, əksini tapmayıb. Əlbəttə, bunlar xırda detallardır. Hər halda tamaşaçı bunu da görmək istəyərdi. Buna baxmayaraq, filmin gözəlliyinə heç bir xələl gəlmir və N.Qurbanın “Məhəbbət əfsanəsi” sənədli filmi hər kəsdə xoş təəssürat yaratdı. Buna görə, resjissora qəzetimizin kollektivi adından dərin təşəkkürümü bildirirəm ki, bu məşhur aktyoru bizim yanımıza gətirdi”.

Film haqqında müzakirələr isə “Pullman” otelin foyesində açılmış çay süfrəsi ətrafında davam etdirildi.
Elçin MƏMMƏDLİ
Məşhur hind akyoru Dharmenda Deol Bakiya “gəldi”-"TƏZADLAR"DAN BAYRAM REPORTAJI

Geri