DataLife Engine > Çap üçün versiya > Professor İlham Rəhimovun elmi əsərləri Aİ-nin aparıcı hüquq mərkəzi tərəfindən qiymətləndirilir
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Professor İlham Rəhimovun elmi əsərləri Aİ-nin aparıcı hüquq mərkəzi tərəfindən qiymətləndirilir

Professor İlham Rəhimovun elmi əsərləri Aİ-nin aparıcı hüquq mərkəzi tərəfindən qiymətləndirilir


12-01-2018, 14:37. Yerləşdirdi: admin
«Xaricdə tanınan elmi dərəcə və elmi rütbə sahiblərinə həmin dövlətdə əldə olunan müvafiq elmi dərəcə və elmi rütbəyə müvafiq akademik və peşəkar hüquqlar verilir". Bu barədə Echo.az-a hüquq doktoru, professor Kamil Səlimov bildirib. «Təəssüf ki, Azərbaycan xarici ölkələrdə tanınmış azərbaycanlıların uçotunu aparmır. Yəqin ki, öz müstəqilliyini yaxın vaxtlarda qazanmış bir ölkə üçün bu fakt yüksək nüfuzun göstəricisidir» - deyə o qeyd edib.
Onun sözlərinə görə, məşhur hüquqşünas, hüquq elmləri doktoru, professor İlham Rəhimovun son dövrlərə aid bir sıra əsərləri yalnız Azərbaycanda yox, eləcə də xaricdə əldə edilib və Maks-Plank (Almaniya Federal Respublikası) adına Xarici və Beynəlxalq Cinayət Hüququ İnstitutunun vahid standartlaşdırılmış kataloquna daxil edilib.
«Bu təşkilat təkcə Avropa İttifaqında deyil, bütün dünyada aparıcı elmi-tədqiqat mərkəzidir. Mən üçüncü ildir, bu institutun təqaüdçüsüyəm və xüsusi proqram üzrə Almaniya hökuməti tərəfindən maliyyələşdirilən bu qurumun kitabxanasında işləyirəm", - deyə Səlimov bildirib.
«Avropa İttifaqının cəza təyin edilməsi, cinayətin qarşısının alınması sahəsində dünyanın aparıcı araşdırma mərkəzləri ilə tədqiqatların əlaqələndirilməsi sahəsində cinayət siyasəti bu institutda həll edilir. O cümlədən beynəlxalq cinayət hüququ, kriminoloji problemlərlə bağlı beynəlxalq hüquqi normaların kolliziyalarının izahı, cinayətkarlığın profilaktikası və onunla mübarizə tədbirləri həm Avropa Birliyi çərçivəsində, həm də dünya səviyyəsində bu institut tərəfindən hazırlanır. Həmyerlimiz, professor İ.Rəhimovun "Cinayət və cəzanın fəlsəfəsi", "Cəzanın mənəvi cəhətləri haqqında", "Cəzanın əxlaqiliyi haqqında" və digər əsərləri İnstitutun vahid standartlaşdırılmış kataloquna daxil edilib», - deyə o bildirib.
Professor İlham Rəhimovun elmi əsərləri Aİ-nin aparıcı hüquq mərkəzi tərəfindən qiymətləndirilir
Səlimovun sözlərinə görə, bu böyük və kompleks bir işdir, çünki bu fənlərarası səviyyədə tədqiqatlarla əlaqəlidir və tarix, fəlsəfə, cinayət hüququ, kriminologiya, beynəlxalq hüquq, ilahiyyat, psixologiya, psixiatriya sosiologiya və s əsaslanır. Axı fənlərin hər birini bilmədən fənlərarası problematikanı şərh etmək mümkün deyil.
«Səciyyəvidir ki, qeyd olunan əsərlər sadəcə olaraq Azərbaycan dilində deyil, rus dilində də nəşr edilib, müvafiq olaraq postsovet məkanının bir çox tədqiqatçılarına, əvvəllər sosialist adlandırdığımız ölkələrin rusca işləyən elm adamlarına yaxşı tanışdır. Kitabların Almaniya, İngiltərə və digər Aİ ölkələrində ingilis və alman dillərində nəşr olunması azərbaycanlı alimdən böyük məsuliyyət tələb edir. Amma eyni zamanda bu, millətimiz üçün qürurvericidir", deyə o bildirib.
Onun sözlərinə görə, alman mütəxəssislər sözügedən tədqiqatları mütəmadi olaraq öyrənir. Yeni əsərlərlə tanış olduqdan sonra onlar əsərlərində müəyyən fikirlər yürüdürlər. "Onların arasında filosof Yurgen Habermas da var. Mən bu institutda olduğumdan öz həmvətənim professor I.Rəhimov haqqında Avropadakı məşhur alimlərdən olan E. Çiklauri-Lammiç, Hans-Jörg Albrext, Ulrix Ziber və başqalarından müsbət sözlər eşitdiyim üçün sevinmişəm. Bizim əlaqələrimiz məhsuldardır və ümidvaram ki, yeni 2018-ci ildə onları davam etdirəcəyik" – deyə o qeyd edib.
Səlimov deyib ki, bu institut müstəqil bir qurum deyildir. O, Maks Plank Cəmiyyətinin (Almaniyada uğurlu tədqiqat təşkilatı) bir hissəsidir.
"1948-ci ildə qurulduğu gündən onun sıralarından ən azı 18 Nobel mükafatı laureatı çıxıb. İnstitut dünya səviyyəsində ən yaxşı və ən nüfuzlu tədqiqat institutları ilə bir cərgədə dayanır. Dünyanın tanınmış elmi jurnallarında hər il 15 mindən çox yazının çıxması mühüm elmi tədqiqat işlərinin sübutudur", - deyə Səlimov bildirib.
«Bu faktlar üzərində təfərrüata varmağım təsadüfi deyil. Azərbaycanda çoxlu istedadlı gənclər var. Respublikada onların irəliyə getməsi və peşəkar inkişafı üçün hər cür şərait yaradılıb. Amma burada təhsil və elm mühüm rol oynayır. Azərbaycanın imici xaricdə çox yüksək səviyyədə təqdim olunur. Əsas odur ki, gənclərimiz bundan istifadə etsin və öz istedadları ilə Avropada cəsarətlə yerlərini tutsunlar", - deyə o yekunlaşdırıb.

Geri