DataLife Engine > Çap üçün versiya > DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİ "TƏZADLAR"A CAVAB VERDİ-YENİLƏNİR
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİ "TƏZADLAR"A CAVAB VERDİ-YENİLƏNİR

DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİ "TƏZADLAR"A CAVAB VERDİ-YENİLƏNİR


31-01-2018, 18:45. Yerləşdirdi: admin
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən qanunsuz tikili ilə bağlı "Təzadlar"a cavab məktubu gəlib. Məktub həm də Komitənin Bakı bölməsinə göndərilib. Bakı bölməsinin sədrinə ünvanlı sorğu-məktubda Komitənin sədr müavini tələb edib ki, qeyd olunan ünvanda aparılan eybəcər tikili ilə əlaqədar buna icazə verilən sənədlər Komitəyə təqdim edilsin.
Məktubda, həmçinin bildirilir ki, Komitənin mütəxəssisləri ərazidə olublar və həmin vaxt tikinti aparılmadığından bu obyektin sahibinin kimliyini müəyyən etmək mümkünsüz olub. Bununla belə, Komitə məsələyə aydınlıq gətirərək redaksiyaya əlavə məlumat verəcək.
Cavab məktubunun tam mətni qəzetin dünənki sayında dərc olunub və bu gün saytda təqdim ediləcək.

***
19.01.2018

Şikayətçilər: “Hörmətli Abbas müəllim, binamızın tikinti mühəndisliyi üçün layihədə nəzərdə tutulan boşluğu məmurlardan biri tərəfindən zəbt edilib və 9 mərtəbəli hotel tikilir, bunun qarşısını alın...”

Xətai rayonu, İzzət Rüstəmova-7-19 saylı binanın sakinləri (Sabit Orucov küçəsi ilə kəsişmədə, 36 saylı Xətai 4-cü Dairə Seçki Komissiyasının inzibati binasının yerləşdiyi binalar) yaşayan bir qrup sakin “Təzadlar” qəzetinə zəng edərək bizi əraziyə dəvət etdilər. Əvvəlcə özlərini Mahmud və Zaur kimi təqdim edən sakinləri dinlədik. Onlar yaşadıqları 9 mərtəbəli binaların kəsişməsindəki layihə boşluğunun hansısa məmur (adını hələki yazmırıq) tərəfindən zəbt edilərək sakinlərin pəncərələrinin qarşısının kəsən tikinti apardığını, həmin ərazidə otel tikildiyini bildirdilər: “Burada binamızın həyətində çoxsaylı ağaclar var idi, onları biz sakinlər əkib becərmişdik.
DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİ "TƏZADLAR"A CAVAB VERDİ-YENİLƏNİR
Lakin günlərin birində əraziyə bəzi adamlar gəldilər, binamızın tini çəpərləndi və tikinti materialları tökülüb tikintiyə başladılar, ağacları kəsib məhv etdilər... Biz pəncərələrimizin qarşısının kəsildiyini, pəncərəsi həmin tinə düşən mənzil sahiblərinin havasızlığa düçar ediləcəyini görüb bəzi ünvanlara zənglər etdik. Lakin tikintini aparanlar bizə dedilər ki, guya burada sakinlər üçün istirahət otağı tikiləcək. Lakin tikintinin intensivliyindən, əraziyə gəlib-gedən bahalı avtomobillərin sahiblərinin duruşundan başa düşdük ki, bu heç də belə deyildir. Neçə yerə zəng vursaq da dəqiq bir cavab verən olmadı...”.

Sakinlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərova müraciət edərək kömək istədiklərini bildirdilər: “Hörmətli Abbas müəllim. Sizi Bakıda şəhərsalmada yol verilən xaosun qarşısını alan memar və ədalətli Komitə sədri kimi tanıyırıq. Odur ki, xahiş edirik, bu məsələyə təcili müdaxilə edərək bu qanunsuz və özbaşına tikintinin qarşısının alınması üçün aidiyyəti üzrə tapşırıq verəsiniz. Xahiş edirik, nümayəndənizi göndərəsəniz, yerində baxış keçirsin. Çünki bizə burada çalışanlar deyirlər ki, guya Dövlət Komitəsi bu tikintiyə icazə verib. Amma biz buna inanmırıq. Əgər Bakıda bütüt köhnə tikililərin mühəndis-texniki layihədə nəzərdə tutulmuş tin boşluğu zəbt edilərək tikintilər aparılarsa, həmin binaların bünövrəsi boşaldılacaq, gələcəkdə bu binaların dayanaqlığı təhlükə altına alınacaq...”.
DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİ "TƏZADLAR"A CAVAB VERDİ-YENİLƏNİR
Əcaib tikili sakinləri ciddi narahat edir...
DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİ "TƏZADLAR"A CAVAB VERDİ-YENİLƏNİR
Sakinlər bizi əraziyə dəvət etdilər. Onların nişan verdiyi tikilini tapdıq... Söhbət etdiyimiz sakinlərdən biri bildirdi ki, sən demə, “Ağ şəhər” Bulvarı ilə üzbəüzdə daha iki binanın da tinindəki boşluq eyni məmur tərəfindən zəbt edilərək çoxmənzilli bina tikilib... “Belə tikililərə necə icazə verilir? Əgər kiməsə boş əraziləri alıb nəsə tikmək lazımdırsa, o biri tərəfdə, Sabit Orucov küçəsində birmərtəbəli “naxalstroy” var, oradakı evlərdən bir neçəsini alıb yerində nə istəyirlər tiksinlər. Amma bizim 25 ildir yaşadığımız binanın bünövrəsi qazılır, təzə bina üçün fundament qazılır, bu təhlükəni niyə bizə yaradırlar? Xahiş edirik, kömək edin...”
***
...Biz əraziyə baxış keçirdik, lakin orada olanda tikintidə məsul şəxs tapa bilmədik deyə, problemə və şikayətə aydınlıq gətirə bilmədik. Lakin fakt göz qabağındadır.
Bəs bu tikintini kim aparır? Otel olacağı deyilən tikinti hansı məmura məxsusdur???
Araşdırmamız davam edir...
Səbuhi

DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİ "TƏZADLAR"A CAVAB VERDİ-YENİLƏNİR

Geri