DataLife Engine > Çap üçün versiya > Səfir Sanjay Rana Astara və Lənkərana səfər edib
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Səfir Sanjay Rana Astara və Lənkərana səfər edib

Səfir Sanjay Rana Astara və Lənkərana səfər edib


16-02-2018, 23:06. Yerləşdirdi: admin
Hindistan Səfiri Sanjay Rana 14-15 fevral, 2018-ci il tarixində cənub bölgəsinə, Astara və Lənkərana səfər etmişdir. Hindistanın Azərbaycandakı Səfirliyindən "Təzadlar"a verilən məlumata görə, səfir bölgə rəhbərləri ilə görüşlər keçirmiş, iqtisadi inkişaf üzrə atılmış mühüm addımlara dair məlumat almış və Azərbaycan və Hindistanın bölgələri arasında əməkdaşlıq imkanlarını müzakirə etmişdir.
Astara rayonu İcra Başçısı cənab Qəzənfər Ağayev ilə görüşü zamanı səfirə kənd təsərrüfatı istehsalının hərtərəfli inkişafı üçün səylər və Hindistan və Asiyanın digər ölkələrini Azərbaycan, Rusiya və İran ilə birləşdirəcək Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə yaradılmış infrastruktur haqqında məlumat verilmişdir. Səfir həmçinin, turizm imkanlarının inkişaf etdirilməsi üçün Astarada inşa edilməkdə olan dənizkənarı bulvarı da ziyarət etmişdir.
Lənkəran rayonu İcra Başçısı cənab Taleh Qaraşov ilə görüşü zamanı Səfir Rana çəltik, çay və sitrus meyvələrinin məhsuldarlığının artırılması üzrə atılan addımlar haqqında məlumat almışdır. Səir Lənkəranda Gilan Holdingə məxsus sitrus meyvələri plantasiyası, Yaşıl Şərq çəltik sahələri, Lənkəranın “Cənub-Agro” çəltik emalı zavodu və “Yaşıl Çay” çay plantasiyalarına baş çəkmişdir. O həmçinin, yüksək keyfiyyətli qazanlar və istilik maşınlarının istehsalı üzrə tanınmış “Lənkəran Mexanikləşdirmə” istehsal fabrikini də ziyarət etmişdir. Səfir Hirkan Milli Parkına baş çəkmiş, bu nüfuzlu milli qoruğun flora və faunası və bir neçə bulaqları və məşhur Xanbulaq su anbarı olan bu bölgənin turizm imkanları haqqında məlumatlandırılmışdır.
Görüşlər zamanı Səfir kənd təsərrüfatı, Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etidirilməsi və sənaye layihələri daxil olmaqla Hindistan və Azərbaycan arasında iqtisadi və ticari sahələrdə daha böyük əməkdaşlıq imkanlarını müzakirə etmişdir.


Geri