DataLife Engine > Çap üçün versiya > Ictimai Nəzarət Koalisiyasının Göyçay rayonuna ezamiyyəti
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Ictimai Nəzarət Koalisiyasının Göyçay rayonuna ezamiyyəti

Ictimai Nəzarət Koalisiyasının Göyçay rayonuna ezamiyyəti


2-03-2018, 19:34. Yerləşdirdi: admin
Göyçayda ictimai sabitliyə kölgə salanların məqsədi nədir? Bu suala İctimai Nəzarət Kolalisiyasının sədri, tanınmış ictimai-siyasi xadim Rasim Məmmədovun nəzərləri ilə cavab tapmağa çalışacağıq…
Rasim Məmmədov İNK sədri olaraq təşkilata daxil olan bütün şikayətlərə həssas yanaşır, problemin yerində araşdırılaraq həllinə çalışır. Bu prinsip İNK yarandığı gündən təşkilatın hər bir üzvünün məqsəd və məramı, fəaliyyət kredosudur…
Daxil olmuş şikayətlərin yerində araşdırılaraq obyektiv və ədalətli araşdırılıb tədbir görülməsinə nail olunması məqsədilə İNK sədri Rasim Məmmədovun bu dəfəki səfəri Göyçay rayonuna idi… O, səfər boyu bu ifadələrində nə qədər haqlı olduğunu gördüyü faktlarla sübut etməyə çalışırdı: «Son vaxtlar Göyçay rayonuna və rayonun icra başçısı Mehdi Səlimzadəyə qarşı yönəlmiş yalnış təbliğat bizi ciddi narahat etməyə bilməzdi…».
Bu da Göyçay şəhəri… Rasim Məmmədov İNK-yə daxil olan şikayətlərə cavabı ictimaiyyətin iştirakı və rayon İH başçısı cənab Mehdi Səlimzadənin özünün müşaiyəti ilə Göyçayın şikayətlər meydanı olan küçə və meydanlarında axtarmağa yollandı. İnsanlarla canı ünsiyyət və səmimi söhbət həm də şikayətin motivlərini öyrənməyə imkan verirdi…
Ictimai Nəzarət Koalisiyasının Göyçay rayonuna ezamiyyəti
Təşkilatımızın rəhbəri, tanınmış ictimai-siyasi xadim Rasim Məmmədovun bu sözləri hələ səfəröncəsi diqqətimizi cəlb etmişdi: «Son vaxtlar bəzi KİV-lərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadəyə qarşı bir qrup şəxs tərəfindən təşkil edilən şikayətnamələr İctimai Nəzarət Koalisiyasının rəhbəri kimi məni narahat etməyə bilməzdi… Daxil olmuş müraciətlər əsasında bu gün nümayəndələrimizlə birgə Göyçay rayonunda olduq və İcra başçısı cənab Mehdi Səlimzadə ilə birgə şikayət edilən məsələləri yerində, ictimaiyyətin iştirakı ilə araşdırdıq, müzakirə etdik… Gəldiyim qənaət bundan ibarətdir: təəssüflər olsun ki, bir sıra KİV-lər Göyçay rayonundan olan bəzi qüvvələrin, qrupların imzasız məktublarla redaksiyalara göndərdikləri şikayətlərini araşdırmadan, yerində yoxlamadan tirajlayırlar. İNK olaraq bu və ya digər məsələləri diqqətlə izləyirdik və nəhayət, rayonda keçirilən başqa bir tədbirimiz çərçivəsində bu gün Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə ilə də əlaqə saxladım, baş verənlərə münasibətini soruşdum. İcra başçısı bizi rayona dəvət etdi. Bildirdim ki, biz elə rayondayıq… Və başçının iştirakı ilə mətbuatda kolxoz bazarı, digər problemlərlə bağlı yazılanları araşdırmaq üçün, belə demək mümkünsə, ictimai reydə çıxdıq…».
Ictimai Nəzarət Koalisiyasının Göyçay rayonuna ezamiyyəti
Biz rayonda olanda yerli ictimaiyyətinin iştirakı ilə bütün məsələlər müzakirə edildi… İnsanlar çəkinmədən, obyektiv olaraq mətbuatda son vaxtlar bir qrup şəxs tərəfindən yazılanların əsassız, ədalətsiz olduğunu bildirdilər. Bir daha şahid olduq ki, əksinə, cənab Prezident İlham Əliyevin sərəncamı ilə Mehdi Səlimzadə rayona rəhbər təyin ediləndən bəri Göyçayda kifayət qədər möhtəşəm işlər görülüb və bu işlər davamlıdır…
-Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə komandamızı çox səmimi qarşıladı… İşgüzar dialoqdan və yaxından tanışlıqdan sonra o, bizə rayonda aparılan quruculuq işlərindən, son vaxtlar aparılan təsərrüfat fəaliyyətindən ətraflı danışdı… Sonra isə bildirdi ki, « İndi durun gedib etdiyim söhbətin əyani sübutunu həmin tikinti-quruculuq işləri aparılmış ərazilərdə görəcəksiniz». Biz əvvəlcə köhnə və yararsız olan bazar ərazisinə getdik. Şəhərin ümumi mənzərəsinə yaraşmayan, həqiqətən də yararsız və görkəmsiz bazar ərazisini gəzdik. Sonra isə növbəti «dayanacağımız» təmiz və səliqəli rəfləri olan və rahat aliş-veriş imkanı yaradan müasir standardlara uygun təmir olunaraq qurulmuş bazar ərazisi ilə taniş olduq. Həqiqətən də şahid olduq ki, vətəndaşlarımız rahat və səliqəli şəraitdən razı halda alış-veriş edə bilirlər".
…Daha sonra biz icra başçısı ilə birlikdə rayon ərazisində yerləşən köhnəlmiş, tam yarasız olan kiçik avtovağzal ərazisinə baxış keçirdik. Və yenə də növbəti getdiyimiz ərazi tam standartlara uyğun şəkildə inşa olunmuş yeni avtovağzal oldu. Burada da rayon əhalisi və rayona qonaq gələn vətəndaşların tezliklə tam rahat şəkildə vağzaldan istifadə edə biləcəklərinin canlı şahidi olduq.
Ən nəhayət, son vaxtlar bəzi KİV-lərdə yeri gəldi-gəlmədi şikayətnamələrlə meydan sulanan bir məkana getdik. Burada tanınmış şair, Göyçayın fəxri, hamımızın sevimlisi Əli Kərimin yeni möhtəşəm şəkildə hazırlanmış və rayonun ən böyük parkında yerləşdirilmişdi… Və orada icra başçısı cənab Mehdi Səlimzadə bildirdi ki, şair Əli Kərimin büstünün yerləşdiyi əvvəlki ərazi əlverişsiz, səliqəsiz və standartlara uyğun olmayan bir yerdə yerləşirdi…
Və daha sonra parkın digər hissəsində Respublikamızın və müstəqilliyimizin rəmzi olan, ətrafi 5 ulduzlu mərmər daşı ilə bəzədilmiş və üzərində al bayrağımızın dalğalanacağı yeni bayraq meydanında olduq. Burada tezliklə yeni layihənin icrası həyata keçirilirdi… Bu parkda yerləşən Ana heykəlinin də yenidən təmir edilərək üzərinə müəyyən yenidənqurma işləri aparılmaqda idi. Və parkın arxa hissəsində yerləşən səliqə- səhmanlı şəkildə qorunan Şəhidlər Xiyabanını da ziyarət etdik.
Ictimai Nəzarət Koalisiyasının Göyçay rayonuna ezamiyyəti
Daha sonra İcra Başçısı Mehdi Səlimzadə parkın daxilində standardlara uyğun hazırlanmış olan və yaxın zamanlarda fəaliyyətə başlayacaq istirahət mərkəzi ilə bizi tanış etdi. Başçı diqqətə catdıraraq dedi ki, fiziki mədudiyyətli vətəndaşlarımızı da nəzərə alaraq onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün burada çayxana obyekti tezliklə fəaliyyət göstərəcək…
Beləliklə, Göyçay şəhərində aparılan abadlıq və yenidənqurma işlərindən məmnun qalaraq İcra başçısı ilə xudahafizləşdik… İcra başçısı cənab Mehdi Səlimzadə şəhərdə bu işlərin mütamadı olaraq davam etdiriləcəyini bildirdi…
Diqqətimizi çəkən və yaddaşımıza həkk olunan bir məqam isə bu idi ki, mətbuatda yazılan və yayımlanan şikayətlərin demək olar heç birini canlı görüşdüyümüz rayon ictimaiyyətinin heç birinin dilindən eşitmədik… Düşünürük ki, İctimai Nəzarət Koalisiyasının əməli fəaliyyətinin diqqəti çəkən hissəsi həm də budur ki, biz şikayəti yerində araşdırırıq. Daha eşitdiklərimizi şüara çevirib kiminsə qarasına əks-təbliğata imkan vermirik… Yaxşuya yaxşı, pisə pis demək lazımdır ki, problemlərdən də ortaq məxrəci tapmaq mümkün olsun. Biz bu məxrəci Göyçayda tapa bildik…

Geri