DataLife Engine > Çap üçün versiya > iLHAM RƏHİMOV RUSİYA BAZARINI TƏRKETMƏSİ XƏBƏRİNİ BELƏ TƏKZİB ETDİ-YENİLƏNDİ
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > iLHAM RƏHİMOV RUSİYA BAZARINI TƏRKETMƏSİ XƏBƏRİNİ BELƏ TƏKZİB ETDİ-YENİLƏNDİ

iLHAM RƏHİMOV RUSİYA BAZARINI TƏRKETMƏSİ XƏBƏRİNİ BELƏ TƏKZİB ETDİ-YENİLƏNDİ


16-03-2018, 08:05. Yerləşdirdi: admin
Azərbaycanın bəzi saytları hüquq elmləri doktoru, professor İlham Rəhimovun guya iş adamı olaraq Rusiya bazarlarını tərk etməsi barədə xəbər tirajlamışdılar... Ardınca isə Rusiyanın RBC.ru agentliyi məsələyə fərqli prizmadan aydınlıq gətirmişdir... Agentlik yazır ki, Rəhimov “Kiyevskaya ploşad” şirkətlər qrupundakı payını başqa şəxsin adına keçirib. 500 milyon dollar həcmində qiymətləndirilən səhmlərin yeni sahibi Rəhimovun Azərbaycanda qeydiyyatdan keçmiş “Fina” hüquq şirkətindəki tərəfdaşı olub. Professor musavat.com-a açıqlamasında isə bütün suallara aydınlıq gətirib, Azərbaycan mediasında yayılan iddiaları belə cavablandırıb: “Azərbaycanda biznesim olmadığı üçün burada prosesin necə tənzimləndiyindən xəbərsizəm, ancaq Rusiyanın vergi sistemində investorlarla bağlı informasiyalar açıqdır. Deklorasiyalar təqdim olunur və onlar əsasında vahid baza formalaşdırılır. Hansı iş adamı hansı şirkətdə nə qədər pay sahibidirsə, bu, ictimaiyyətdən gizlədilmir. Alqı-satqı prosesi də şəffafdır. Media səhmlərin alış-satış tendensiyalarını rahat izləyə bilir. Ona görə də Rusiya mediasında bu dəyişikliklərlə bağlı informasiyanın yer alması normal qarşılanmalıdır. Anormal olan Azərbaycan mediasının bu məsələdən “uzaqgörən” nəticələr çıxarmasıdır. Jurnalistlərin hər hansı məqaləyə səs-küy yaradan, faktı qabardan başlıqlar qoymasını anlayışla qarşılamaq olar. Bir daha vurğulayıram – faktı qabardan. Təxəyyül məhsulunu yox. Mənim Rusiyanı tərk etməyə hazırlaşdığımı yazmaq sağlam düşüncənin məhsulu deyil. Bəzi saytların mənə qarşı davamlı qərəzini, qısqanclığını anlamıram. Yazıblar, ona görə də məcburam həqiqəti söyləməklə onları bir az pərişan edim. Nə iddialarımı, nə planlarımı gizlədən insan deyiləm. Nə mən, nə də ortaqlarım Qod Nisanov, Zarah İliyev Rusiyanı tərk etməyi planlaşdırmırıq. Biz Rusiyadan, konkret Moskvadan başqa heç bir yerə investisiya yatırmamışıq. Belə bir fikrimiz də yoxdur. Sözümüz var – heç birimiz Moskvadan kənarda heç yerdə iş qurmayacağıq. Hazırda Moskvada 3 nəhəng layihəmiz həyata keçirilir. Birincisi, Moskvada Olimpiya Mərkəzi almışıq, prezident seçkisindən sonra oraya nəhəng investisiya yatırmağı düşünürük. Bundan başqa, Moskvanın mərkəzində nəhəng avtovağzal kompleksi inşa edirik. İndiyə qədər Rusiya paytaxtında belə iri həcmli avtovağzal olmayıb. Üçüncüsü isə yaxın zamanlarda sahib olduğumuz Food City-nin şəhərin mərkəzində filialını açmağa hazırlaşırıq. Çox güman, bu məkan da seçkidən qısa müddət sonra açılacaq. Göründüyü kimi, biz Moskvanı tərk etməyə yox, orada biznesimizi daha da genişləndirməyə hazırlaşırıq”.
iLHAM RƏHİMOV RUSİYA BAZARINI TƏRKETMƏSİ XƏBƏRİNİ BELƏ TƏKZİB ETDİ-YENİLƏNDİ
Azərbaycan mediası iş adamı İlham Rəhimovun Rusiyanı tərk etməsini 6 şirkətdə sahib olduğu səhmləri Araz Mehdiyev adlı iş adamına satması ilə əlaqələndirmişdi... Professor İ.Rəhimov bu məsələyə də aydınlıq gətirib: “Araz Mehdiyev mənim böyük kürəkənimdir. Gerçəkdən də adı çəkilən 6 obyektin 5-də mənim hissə payım 15, birində 12 faizdir. Onların hamısının idarəçiliyini Araz Mehdiyevə həvalə etmişəm. Bundan sonra mənim Moskvadakı bütün işlərimlə Araz Mehdiyev məşğul olacaq. Çünki bundan sonra bütün həyatımı elmə sərf etmək qərarına gəlmişəm. Ancaq səhmləri Araz Mehdiyevin adına keçirməyim iş dünyasından tamamilə uzaqlaşmağım anlamına gəlmir. Əksinə, bütün işlərin ağsaqqallığını yenə özüm edəcəm. Məqalədə Nəriman Ramazanovun adı çəkilir ki, onun ümumiyyətlə bizim Rusiyadakı biznesimizə aidiyyatı yoxdur. O, Bakı ofisimizdə hüquqşünasdır”.
İ.Rəhimov biznes ortaqları Qod Nisanovla Zarah İliyevin ABŞ-ın Rusiya iş adamlarına tətbiq etdiyi qadağa siyahısına salınmasına baxmayaraq özünün adının orada olmamasına dair suala cavabında deyib: “...Bəllidir ki, ABŞ-ın qadağası Rusiya vətəndaşları olan iş adamlarına aiddir. Qod Nisanov və Zarah İliyin Rusiya vətəndaşlarıdır. Mən Azərbaycan vətəndaşı olduğum üçün həmin siyahıda yoxam”.
RBC.ru iş adamını varidatı ilə bağlı hissədə “Forbs” jurnalının 2014-cü ildəki rəqəmlərinə yer ayırıb. Həmin bilgiyə görə, İlham Rəhimovun əmlakı 500 milyon dollar göstərilib. Professor İ.Rəhimov ən yeni rəqəmləri açıqlayıb: “Göründüyü kimi, bu informasiya 4 il öncənindir. Dəqiq rəqəm səsləndirməkdə çətinlik çəkirəm, ancaq onu deyə bilərəm ki, 4 ildə bu rəqəm bir neçə dəfə böyüyüb”.
SƏBUHİ

Geri