DataLife Engine > Çap üçün versiya > TANINMIŞ JURNALİST REKTOR ƏDALƏT MURADOVA MÜRACİƏT ETDİ-YENİLƏNİR
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > TANINMIŞ JURNALİST REKTOR ƏDALƏT MURADOVA MÜRACİƏT ETDİ-YENİLƏNİR

TANINMIŞ JURNALİST REKTOR ƏDALƏT MURADOVA MÜRACİƏT ETDİ-YENİLƏNİR


26-04-2018, 22:09. Yerləşdirdi: admin
Asif Mərzili: “Ədalət müəllim, ali təhsil ocağının rəhbəri olaraq səmərəsiz islahatların həyata keçirilməsi üçün etdiyiniz inadkarlıq nəyə və kimə lazımdır?”
“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradova “Açıq məktub”la müraciət edib. Baş redaktor ADİU rektoru Ədalət Muradova neçə aydır göndərdiyi sorğuya cavab verilməməsinə təəssüfləndiyini bildirməklə, bəzi sensasion məqamlara da aydınlıq gətirib. Həmin məktubu təqdim edirik:
-Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru cənab Ədalət Muradova!
Çox hörmətli Ədalət müəllim!

Bərabər dostlarımızdan, istəkli ziyalılarımızdan üzrxahlıqla Sizə bu məktubu yazmağa tərəfinizdən məcbur edildiyimi etiraf etməliyəm. Bu peşə etikası çərçivəsindən kənara çıxan məsələ təsiri bağışlaya bilər. Lakin həmkarlarım da bilsin ki, bizim sizinlə hər hansı problemimiz yoxdur, ola da bilməz. Çünki hər ikimizin ən böyük problemi işğal altında olan doğma yurdumuzdur ki, onun da həlli hələki ikimizin iradəsindən asılı deyil. Lakin bizdən asılı olanların həllinə səy göstərmək əvəzinə, Siz artıq bir ilə yaxındır ki, dostlarımızla qəzeti üz-üzə qoyur, Sizə göndərilmiş adi bir KİV sorğusuna cavab verməməklə inadkarlıq edir, nəyəsə görə vaxt udursunuz. Bilə-bilə ki, vaxt Sizin ziyanınıza işləyir.
Mən Sizin rəsmi çıxışlarınıza diqqət etmişəm, cənab Prezidentin daxili və xarici siyasətini dəstəklədiyinizi deyirsiniz. Sual verirəm: bu dəstək nə dərəcədə səmimidir ki, Siz bir tərəfədən prezidenti dəstəklədiyinizi deyirsiniz, o biri tərəfdən prezidentin imzaladığı “KİV haqqında” Qanununu saya salmırsınız. Və bilə-bilə ki, Prezident İlham Əliyev jurnalistlərin, deməli, “Təzadlar” qəzetinin jurnalist kollektivinin dostudur. Prezidentin dostlarının sorğusuna cavab verməmək, KİV qanunvericiliyini saya-salmamaq ölkə başçısına sayğının təcəssümü ola bilərmi?
Ədalət müəllim! Sizə neçə ay əvvəl sorğu göndərdik, cavab vermədiniz, amma ardınca xətrini dünyalar qədər istədiyim dostlarımızdan mənə müraciətlər gəldi ki, bu məsələyə son verək. Açıq deyirəm, mən onlara səmimi istək və hörmətimi çatdıraraq xahiş etdim ki, rektor Ə.Muradov bizə hörmət qoymasa da, qanunlarımıza hörmətlə yanaşsın, qəzetimizin əməkdaşına bu və ya digər suallar ətrafında müsahibə versin, biz də vəziyyətdən çıxaq, ona da vəziyyətdən çıxış yolunu göstərək. Axı 25 ildir nəşr olunan, hər şeyini itirsə də KİV şərəfini və imicini qoruyub saxlayan, Azərbaycanın görkəmli şəxsiyyətlərinin-Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Nurəddin Rzanın, professor İlham Rəhimovun... adı İdarə Heyətində olan bir qəzetin imicini niyə professorluğu şübhəli olan Ədalət Muradovun inadkarlığına qurban verməliyik??? Və Sizin israrınızla çoxsaylı dostların zəng və xahişlərinin ardı kəsilmədi. Siz həmişə sayğı və əziz bildiyim dostlarımıza söz verdiniz ki, tezliklə deyilən və şərtləşən qaydada müsahibəni, həmçinin sorğuya cavabı verəcəksiniz... Ədalət müəllim, bu danışıqlar fonunda ən azı göydə Allah, yerdə Siz bir daha bildiniz ki, bu sorğu-yazışmalarda bizim nə Sizdən başqa təmənnamız oldu, nə də hansısa qərəzimiz var idi. Günah Sizdə oldu ki, sorğuya bildiyiniz, hətta sizi qane edəcək formada cavab vermək əvəzinə bizə kənardan zənglər etdirdiniz. Siz sadəcə, nəyə və ya kiməsə arxalanaraq bizim 25 illik işgüzar nüfuzumuzla alver etmək istədiniz. Lakin biz dözdük, səbr etdik, şərtlərinizi-xahişinizi lütfən nəzərə aldıq. Hətta o dərəcə də ki, bir ay əvvəl bizə bir hazır yazı göndərdiniz ki, dərc edək, sonra görüşüb müsahibə verəsiniz. Biz yenə də sizin inadkarlığınız və ərköyünlüyünüz qarşısında birgə dostlarımıza görə razılaşdıq. Sizi tərifləmə üzərində yazılmış bu yazı sayta yerləşdiriləndən sonra düzəlişləriniz başladı. 4-5 dəfə düzəlişlər etdirdiniz... Həmin yazının originalı isə digər saytlarda indi də durur.
Nə isə... Ədalət müəllim, neçə aydır Siz həm də birgə dostlarımıza yalan danışdınız, onları pərt etdiniz. Mənim onlara dost səcdəm var, amma heç vaxt yol vermərəm ki, Siz qanunlarımıza etdiyiniz hörmətsizliyi həm də o cür nüfuzlu dostlarımıza məhz bizim əlimizlə və adımızla, vasitəmizlə, bizdən bəhanə kimi istifadə edərək yol verəsiniz. Adını çəkmirəm, onların arasında elə ziyalımız var ki, biılirsiniz, mənim üçün adı and yerimdir, özünə də demişəm. Lakin təkrar edirəm, mən hər nazınızı və inadkarlığınızı qəbul edib dözərəm, amma yol vermərəm ki, yersiz inadkarlığınızla bu qəzetin imicini zədələyəsiniz, alver predmeti edəsiniz.
Hörmətli Ədalət müəllim! Sizin bu inadkarlığınız bizi Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Vəli Hüseynovla da üz-üzə qoydu. Biz zərbəni Sizdən uzaqlaşdırmaqla AAKı-ı məhkəməyə verdik. Sorğu isə çox sadə idi: “Ədalət Muradovun professor diplomu alması barədə protokolun surəti redaksiyaya təqdim edilsin!”.
Ədalət müəllim, bu nə çətin sualdır ki, Sizin kimi tanınmış rektor, nüfuzlu şəxs bu sualın qarşısında aciz qalmısınız? Bir vaxtlar ABU isimli universitetin Elşad Abdullayev adlı rektoru var idi. O da Sizin kimi inadkarlıq etdi, qanunlara hörmətsiz yanaşdı, indi harada olduğunu və başına nələrin gəldiyini bilirsiniz. Mən arzulamaram ki, Sizin kimi tanınmış ziyalı, Qarabağ kimi bir yurdunu itirmiş alim o vəziyyətə düşsün. Nə olub, nə baş verib, bir suala cavab vermək niyə bu qədər mürəkkəb iş olub? Mən demirəm ki, niyə rektor gələndə başladığınız hay-küylü islahatlarınız elmi-pedoqoji kollektiviniz tərəfindən dəstəklənmədi? Niyə ADİU-nun büdcə vəsaitləri “differensial əmək haqqı” adı altında tanınmış, böyük əmək stajlı professorlara deyil, Sizə yaxınlığı olan gənc müəllimlərə pay-püşt edilməklə dağıdılır, bunu da üzünüzə vurmadıq... Niyə ADİU-nu inadkarlıq edərək UNEC kimi təbliğ edirsiniz, bunun da səbəbini soruşmadıq... Niyə ADİU-nun 2014-cü ilədək olan maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı başlatdığınız yoxlamalar hələ də yekunlaşmaq və hüquqi nəticəyə gəlmək bilmir? Niyə və niyə... Suallar onlarladır, mən bunların cavabını istəmirəm. Əgər Sizin üçün o bir sualı cavablandırmaq çox çətindirsə, kömək edə bilərik. Məsələn,
Ədalət müəllim, Siz niyə doktorluq diplomunuzu Ukraynada müdafiə edəndən düz 16 il sonra Azərbaycanda tanıtmısınız? Axı Azərbaycanda uzun illər yaşayıb elmi fəaliyyətlə məşğul idiniz. Belə ki, 1998-ci ildə Ukraynada müdafiə etsəniz də, dissertasiyanızdakı hansısa problemlərə görə yalnız 26.12.2014-cü ildə Azərbaycan AAK-da iqtisad elmləri doktoru diplomu aldınız. Və çox maraqlıdır, həmin diplomu aldığınız AAK bundan təxminən bir ay əvvəl- 21.11.2014-cü ildə Sizə professoru adını vermişdir. Bu necə olmuşdur? Bəlkə ona görə ki, Siz 2014-cü ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini idiniz. Bu vəzifə isə bəs edərdi ki, o, bu sual doğuran işləri həyata keçirilsin. Bəs necə oldu ki, bu cür şübhəli dövlət sənədlərinə malik olan bir şəxs qəflətən rektor təyin edildi? Bu sənədləri kimlər tərtib edib, onu da bilirik, amma yenə də Sizin kimi inadkarlıq edib başqalarını problemlərlə yükləmək istəmirik. Heç onu da demirik ki, Siz Dövlət İdarəçilik Akademiyasına işə qəbul edilərkən işə qəbul sənədləri arasında professor diplomu və vəsiqəsi yox idi. Bəs yox idisə, Sizi necə professor kimi necə işə götürüb uzun illər yüksək maaş təyin etmişdilər? Hansı ki, rektor təyinatı sənədlərinizdə Sizi Prezidentə professor kimi təqdim etmişdilər. Yaxşı, dövlət başçısına da yalan məlumat verilirdi???
Ədalət müəllim, görürsünüzmü, biz Sizin kimi inadkarlıq edib suyu bulandırmaq istəmirik. Amma Siz deyəsən, bulanıq suyu xoşlayırsınız. Belə olmasaydı, adi bir sorğunu cavablandırardınız, məsiliyyət yükü də AAK sədrini əvəz edən Vəli Hüseynovun üzərinə düşməzdi.
Sonda: inadkarlıq yaxşı şeydir, amma baxır prinsipial, təmiz haqq işində, saxtakarlıqda, saxta sənədlər üzərində yox...
Hələlik bu qədər, Ağdamdakı “Dörd yol”da görüşənədək...

Dərin hörmətlə: Asif Mərzili
Bakı şəhəri, 24 aprel 2018-ci il

Geri