DataLife Engine > Çap üçün versiya > UFADA HEYDƏR ƏLİYEVİN YUBİlEY TƏDBİRİ BAŞLAYIR - YENİLƏNİB
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > UFADA HEYDƏR ƏLİYEVİN YUBİlEY TƏDBİRİ BAŞLAYIR - YENİLƏNİB

UFADA HEYDƏR ƏLİYEVİN YUBİlEY TƏDBİRİ BAŞLAYIR - YENİLƏNİB


10-05-2018, 12:56. Yerləşdirdi: admin
Bu dəqiqələrdə Başqırdıstan Vəkillər Kollegiyası, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzini və Azərbaycanın Başqırdıstan Respublikasındakı Diaspor Təşkilatı rəhbərliyinin təşkilatçılığı ilə dəvəti ilə Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin 95 və Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri başlayır. Tədbirdə Başqırdıstan Respublikası Vəkillər Kollegiyasının sədri, Rusiya Vəkillər Gildiyasının vitse-prezidenti Valeh Abbasov olmaqla, Başqırdıstanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri iştirak edir.

Beynəlxalq tədbirdə iştirak edən "Təzadlar"ın baş redaktoru Asif Mərzili Ufadan zəng edərək bunları bildirdi:

- Bir neçə dəqiqədən sonra Başqırdıstanın paytaxtı Ufa şəhərində bu ölkənin Vəkillər Kollegiyasının akt zalında mərasim başlayacaq. Başqırdıstan Vəkillər Kollegiyasının sədri, professor Valeh Abbasov tədbir ərəfəsi tədbirin ssenarisi barədı bizə ətraflı məlumat verdi, çıxışçılar bəlli oldu. Tədbirin mahiyyəti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan-Rusiya dostluğundakı və bu dostluq, mehriban əlaqələrində oynadığı tarixi rolundan danışılacaq, həyat və fəaliyyəti barıdə filmə baxılacaq.
Mərasimdə Başqırdıstan Vəkillər Kollegiyasının sədri, professor Valeh Abbasov, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti Rasim Məmmədov, həmçinin mən, tanınmış kulturoloq Aydınxan Əbilov, Rusiyada yaşayan tanınmış tele-jurnalist Fuad Abbasov, eləcə də Başqırdıstanın dövlət və hökumət rəsmiləri, deputatlar çıxış edəcəyik... Bilirsiniz ki, dünən keçmiş SSRİ üzvü olmuş bütün respublikalarda, o cümlədən Rusiyada, həmçinin Başqırdıstanda faşizm üzərində qələbənin 73-cü ildönümü bayram edilirdi. Həmin bayram tədbirlərində də iştirak etdik... Onu da vurğulayım ki, Başqırdıstanda nüfuzlu vəzifələrdə çalışan azərbaycanlılar çoxdur. Məsələn, Ufanın vitse-meri azərbaycanlıdır. Burada tanınmış cərrahlar, professorlar, elm və iş adamları var ki, Azərbaycanın adını uca tuturlar. Bütün bunlar isə Valeh Abbasovun vətənpərvərliyi, Azərbaycan Prezidentinə böyük rəğbəti və məhəbbəti sayəsində bərqərar olub... Ufa şəhərində müvafiq dövlət və ictimai qurum rəhbərləri ilə görüşlərimizdə bir daha şahid olduq ki, əslən Ağdam rayonundan olan Valeh Abbasov burada necə böyük nüfuza malikdir. O, respublikada diaspor quruculuğu sayəsində böyük uğurlara imza atıb. Azərbaycan-Rusiya dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə professor Valeh Abbasov Rusiyanın "Rusiyanın vətənpərvəri" ordeni ilə təltif olunub.

ELBAR

UFADA HEYDƏR ƏLİYEVİN YUBİlEY TƏDBİRİ BAŞLAYIR - YENİLƏNİB

UFADA HEYDƏR ƏLİYEVİN YUBİlEY TƏDBİRİ BAŞLAYIR - YENİLƏNİB

UFADA HEYDƏR ƏLİYEVİN YUBİlEY TƏDBİRİ BAŞLAYIR - YENİLƏNİB

UFADA HEYDƏR ƏLİYEVİN YUBİlEY TƏDBİRİ BAŞLAYIR - YENİLƏNİB

UFADA HEYDƏR ƏLİYEVİN YUBİlEY TƏDBİRİ BAŞLAYIR - YENİLƏNİB

Geri