DataLife Engine > Çap üçün versiya > «TORQOVI"DA MİLLİ MƏNLİYİMİZLƏ "TORQOVAT" EDƏNLƏR-YENİLƏNDİ
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > «TORQOVI"DA MİLLİ MƏNLİYİMİZLƏ "TORQOVAT" EDƏNLƏR-YENİLƏNDİ

«TORQOVI"DA MİLLİ MƏNLİYİMİZLƏ "TORQOVAT" EDƏNLƏR-YENİLƏNDİ


5-06-2018, 23:37. Yerləşdirdi: admin
…Dünən vəkil dostlarımızdan biri ilə görüşmək üçün Bakının məşhur «Torqovıy» küçəsindən keçməli oldum… Açığı desəm, çoxdan idi bu ərazidən keçmirdim. Çünki «Torqovı» adlanan bu küçədən keçəndə çox şeyindən keçməlisən: mən bu küçədəki dükanlardakı bahalığı demirəm. Bu ayrı bir mövzudur. Amma bu küçədən keçənlərin yerinə xaricən tər töküb daxilən xəcalət çəkməli olursan.
Kənardan baxanda küçədəki qələbəlik səni bəzi məqamları diqqətlə izləməyə məcbur edir, çaşdırır. Diqqətimdən çox şeylər yayınmadı. Bu sıraya dodağı şişirdilmiş və sifəti əcaib görkəmə salınmış cavan-yaşlı qadınların dizindən iki qarış yuxarıya kimi açıq lüt geyimi, sinəsi döşünə kimi açıq olan xanımların pozalı yerişi, Afrikanın ən geridə qalmış ölkələrində dizi-ətəyi cırıq pal-paltarlı, şalvarlı… kişi və qadınları, saqqalı sifətinə qətiyyən yaraşmayan kişiləri… görəndə bu küçədə itirilən mədəniyyətimizə təəssüflənməli oldum. Bir sözlə, ağır-həya deyilən şey bu küçədə əldən verilib. Kimin və nəyin yolunda? Bax bu barədə dərdimizin ortaq məxrəcində dayanıb danışmağı vacib saydım.
***
…Daha çox diqqətimi çəkən isə bir məsələ idi: əvvəlcə elə bildim ki, bu insan kütləsi bir istiqamətdə gedir və arxasınca da gəzintiyə çıxmış yeni insan kütləsini aparır. Sonradan yanıldığımı gördüm. Nə yaxşı ki, görüşünə gəldiyim dostum görüş yerinə ləngiyirdi və onu gözlədiyim məkanda ətrafı diqqətlə izləmək imkanım var idi. Nə görsəm yaxşıdır, lümbələnlüt geyinmiş gənc xanımlar xüsusi əda və diqqəti cəlb edəcək fors-yerişlə bu yana gedir, sonra dönüb əks istiqamətə geri qayıdırdılar. Sonradan baxdım ki, burada yerində dayanan təkcə mənəm. Hamı o başa gedir, bu başa qayıdır. Məqsədləri də özlərini kimlərəsə, sonradan başa düşdüm ki, şikarlarına, göstərmək məqsədlidirlər.

Xanımlarımızın ərəblərə telefon vermə səhnəsi…
«TORQOVI"DA MİLLİ MƏNLİYİMİZLƏ "TORQOVAT" EDƏNLƏR-YENİLƏNDİ
…Sonra jurnalist həmkarlarımdan birinin məni görüb təəccüblə «Sən burda neynirsən?», -sualından diksinirəm… Burada dayanmağımın məqsədini ona deyəndən sonra «Torqovı»da hər gün baş verən hoqqalardan çılpaqlığı ilə agah oldum. Onun dediklərindən məlum oldu ki, bu harın, dünya vecinə olmayan, dövlətinin, ölkəsinin problemləri şəxsi, ehtiras, intim… qayğılarının arasında odu sönmüş kül kimi əriyən insanların buraya axışmasında özəl məqsədləri var: özünə «kliyent» tapmaq.
Elə bizim söhbətləşdiyimiz məqamda bir neçə ərəb «Torqıvı»dan keçirdi. Bir neçə gənc xanım yaxınlaşıb telefon nömrəsi və ünvan yazılmış kartı onlara verdi, sonra keçdilər növbəti şikara tərəf… Geyim-kecimindən kimliyi və mahiyyəti bəlli xanımların özlərini bu tərzdə apararaq dərdi-problemi başından aşan ölkənin paytaxtının «Torqovı» adlı küçəsində milli mənəviyyatımızla «torqovat»lığı utanverici idi. Ola bilər, kimsə deysin ki, əşşi, öz «malı»dır, kimə satır, neçəyə satır, özü bilər… Yox, dayanın! Belə çıxır ki, demokratiyası qıcqırmış Amerikada kim istəsə, İrana öz şəxsi zavodunun məhsulunu sata bilər! Və biz də demokratiyası qıcqırmış «Torqovı»da nə istəsək edə bilərik?! Xeyr! O hərəkət ki, bu ölkənin mədəniyyətini aşağılayır, milli hissini tapdayır, gənc nəslin, uşaqların-yeniyetmələrin tərbiyəsini pozur, onun təkrarlığı yolverilməzdir! Ta onda o boyda mədəniyyət Nazirliyi nədən ötrüdür?
«TORQOVI"DA MİLLİ MƏNLİYİMİZLƏ "TORQOVAT" EDƏNLƏR-YENİLƏNDİ

«TORQOVI"DA MİLLİ MƏNLİYİMİZLƏ "TORQOVAT" EDƏNLƏR-YENİLƏNDİ
Ən pisi odur ki, niyə bizim bu üzdəniraq xanımlar öz kişilərimizə deyil, əcnəbi kişilərə meyil salırlar? Puluna, gözəlliyinə, «malı»na??? Bir dayan: pulumuz ərəbinkindən yüz dəfə çoxdur və halaldır, çünki milli sərvətimiz olan öz qazımızdan və neftimizdən formalaşır… Gözəlliyinə? Tualetin nə olduğunu təzəlikcə anlayan ərəblərin sifətindəki gözəlliklə bizim kişilərin gözəlliyi, boy-buxunu müqayisəyə gələn deyil… O birisini isə daha demirəm…
«TORQOVI"DA MİLLİ MƏNLİYİMİZLƏ "TORQOVAT" EDƏNLƏR-YENİLƏNDİ
Bakını qarış-qarış satan, parkomatlarla dolduran, qaraj tikən, göydələn tikdirən cənablar! Bakının «Torqovı»sında milli hissimizin və milli kimliyimizin bir dəstə küçə qadınlarının alver predmeti etməsinə necə dözürsünüz???
Allah min dəfə rəhmət eləsin, Mir Cəlal Paşayevin məşhur «Bir gəncin manifesti» əsərindəki xalça toxuyan ananın onun əl işini almaq istəyən əcnəbiyə Azərbaycan qadını qeyrəti ilə «İtə ataram, yada satmaram…» deməsi yadınızdan çıxıbmı?
İki gündür özümə gələ bilmirəm. Nə baş verir? Bu şəhərin yiyəsi doğrudanmı yox kimidir? «Torqovı»da itirilən azərbaycançılığımıza təəssüflənmək azdır, bunun qarşısını almalısınız!
***
…Xanımlarımız inciməsin, amma imkanı olanınız yolunuzu bircə dəfə bu küçəyə salın və görün ki, cinsinizdən olan bu məxluqlar burada nə hoqqadan çıxırlar, özlərini necə aşağılanmış və əzilmiş, mənən sındırılmış, cibində 3-5 yüz dollar pulu olan hansısa ərəbin qarşısında necə tapdanmış vəziyyətdə aparırlar…
Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva milli mədəniyyətimizin adını-imzasını YUNESKO-nun qırmızı kitabına yazdırır, xaricdə təbliğatı üçün əlindən gələni edir, burdan-bura, Bakının mərkəzində isə yiyəsiz-kimsəsiz xanımlar hamımıza, əslində isə, mədəniyyətimizə, adət-ənələrimizə başaşağılığı gətirən hərəkətlər edir, hamımıza açıqcasına meydan oxuyurlar. Guya ki, biz demokratikik??? Erməni «Sarı gəlini» özününküləşdirib oxuyanda milli etiketli mahnımızın özgəninkiləşdirilməsinə dözməyib hirsimizdən yata bilməməyimiz hara, burnumuzun ucunda çıxarılan bu hoqqalar hara???
Cənablar, özümüzü aldatmayaq. Mədəniyyət içimizdən, Bakımızdan, Bakımızın mərkəzi küçəsi olan «Torqovı»mızdan başlamalıdır. Vaxtilə bu küçədən keçən bəylərimizin, elitar xanımlarımızın… ruhundan qorxun!
Asif Mərzili

Geri