DataLife Engine > Çap üçün versiya > Gəncə Dövlət Universitetində nə baş verir?
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Gəncə Dövlət Universitetində nə baş verir?

Gəncə Dövlət Universitetində nə baş verir?


31-05-2018, 11:37. Yerləşdirdi: admin
Universitetin riyaziyyat- informatika fakültəsinin əməkdaşları təhsil naziri Ceyhun Bayramova müraciət etdi…
Redaksiyadan: aşağıda ixtisarla təqdim olunacaq şikayət məktubu eyni məzmunla neçənci dəfədir redaksiyamıza göndərilir. Lakin hər dəfə göndərən poçt istifadəçisinə elektron məktubla müraciət edirik ki, əlaqə telefonu yazın, adlarınızı qeyd edin ki, qarşı tərəfdən mövqe öyrənə bilək. Şikayətçi müəllimlər isə hər dəfə bizə belə bir məktubla müraciət edirlər. Həmin məktubu da təqdim edirik: «Hörmətli «Təzadlar»! Burada yazılanların hamısı faktdır və dəfələrlə mətbuatda gedib. Lakin tədbir görülmür. Ona görə biz onu nazirə ünvanlamışıq ki, bəlkə nazir və ya nazirliyin mətbuat xidməti oxuya. Həm də bəzi qeyri-etik faktları bu dəfyə mətndən çıxarmışıq, halbuki bunların hamısı faktdır. Asif bəy, bəlkə də Azərbaycanda yeganə universitetdir ki, cəngəllik qanunları ilə idarə olunur. GDU-da qayda-qanun adına heç nə yoxdur. Burada kimsə nəsə yazanda isə, mətbuatda dərc olunan kimi özlərini yığışdırırlar. Mətbuatda dərc olunan kimi bir müddət qayda-qanun düzəlir. Amma sonra rektor hardansa bu yazan şəxslərin adını öyrənib Elmar Vəliyevə verir. O da polisə göstəriş verib bu adamları incidir, təhqir elətdirir. Ona görə də biz əlaqə nömrəni yaza bilmirik. Amma and olsun Allaha, yazdıqlarımız 100 faiz həqiqətdir. Bu yaxınlarda Elnur … adında «jurnalist» bizdən məktub yazan bir müəllimin adını rektor Yusif müəllimə vermişdi, onun cibinə narkotik atıb tutdurdular. Biz bilirik ki, onlar bir neçə jurnalistə, o cümlədən Xəyyama universitet hər ay pul verir. Ona görə də nömrə qoya bilmirik. Həqiqət belədir. Sizdən xahişimiz odur ki, insanlıq xatirinə, bizim dərdimizi ictimailəşdirin, hər dəfə qəzetinizdə yazı çıxan kimi rektor qorxusundan universitetdə qayda-qanun yaradır. Nömrəni isə məlum səbəbə görə yaza bilmirik, xahiş edirik, üzrlü sayıb nəzərə alasınız. Suallarınızı burada cavablandırmağa hazırıq».
Beləliklə:
Azərbaycan Respublikasının təhsil naziri cənab Ceyhun Bayramova!
Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsinin əməkdaşları tərəfindən
MÜRACİƏT
Çox hörmətli cənab nazir!

Məlumunuz olsun ki, Gəncə Dövlət Universitetinin riyazi analiz kafedrası riyaziyyat-informatika fakültəsinin ən fundamental kafedrasıdır. Bu kafedranın çox böyük tarixi keçmişi vardır. Kafedra yarandığı gündən burada Respublikada tanınan çox yaxşı riyaziyyatçılar işləmişdir. Ancaq cəbr və həndəsə kafedrasında işləyən və kafedranın profilinə uyğun olmayan riyaziyyat tarixi və riyazi məntiqdən dərs deyən Əliqulu Quliyev bu kafedraya müdir keçəndən sonra bu kafedranın pis günləri başlamışdır və hal-hazıra kimi də davam edir. Belə ki, Əliqulu Quliyev riyaziyyat-informatika fakültəsinin, habelə universitetinin baş ağrısına çevrilmişdir. Əliqulu Quliyev kimdir? Bu suala Universiteti bitirmiş hər bir məzun, Gəncə şəhərinin hər bir vətəndaşı birmənalı şəkildə deyə bilirlər ki, Əliqulu Quliyev olduqca mənfi imicə malik bir müəllimdir. Başqa ifadələri yaza bilmirik… Özündən razı, heç kəsi bəyənməyən, hamını “şantaj” edən 80-yaşlı Əliqulu Quliyev GDU-da təhsilimizin, millətimizin qəsdinə duran baltadır. O, Universitetdə işlədiyi müddətdə fakultə dekanı seçilmək üçün Gəncə şəhərinin “kriminal” aləminin dəstə üzvlərindən istifadə etmişdir, hətta o, zaman tədris işləri üzrə prorektor Saleh Salahovu elə qorxutmuşdur ki, Saleh müəllim müəyyən müddətdən sonra xəstəliyə tutulmuş və dünyasını dəyişmişdir. Kafedra müdiri seçilərkən fizika riyaziyyat elmləri doktoru, professor Şövkət Baxışovu da məxsusi yollarla müsabiqədən kənarlaşdırmişdir. Hətta bu məsələ Ali Məhkəməyə qədər gedib çıxmışdır. Müəyyən zamandan sonra Şövkət Baxışov da dünyasını dəyişmişdir.
Son illər kafedra müdiri işləmiş dos. Bəhramgur Mustafayev də bu acı taleyi yaşamışdır. Hətta Bəhramgur müəllimin ölümü ilə bağlı aidiyyatı olan Dövlət orqanlarına müraciət də olunmuşdur. Bəhramgur Mustafayevin kafedra müdiri seçkisində də Əliqulu Quliyev və 5-ci dəfə qanunsuz olaraq "Ümumi riyaziyyat" kafedrasına müdir təyin olunmuş, 20 ildən artıqdır ki, auditoriyaya daxil olmayan, heç bir elmi pedaqoji fəaliyyətlə məşğul olmayan, ancaq buraxılış işləri, dissertasiya işləri, praktika işlərinin tənzimlənməsi ilə məşğul olan 72 yaşlı Mayıl Mustafayevə maneə olmuşlar. İndi yenə də Əliqulu Quliyev 80 yaşında xəstə olduğu bir zamanda riyazi –analiz kafedrasında müdir seçkisində iştirak etmək istəyir. O, istədiyi adamı kafedra müdiri təyin etdirə bilmədiyindən öz məqsədlərini davam etdirmək üçün bu sevdaya düşmüşdür. Çünki aidiyyəti olan dövlət orqanları ona öz yerini göstərə bilməmişlər. Bu insan hal-hazırda 1,5 ştat vahidi ilə guya dərs deyir. Riyaziyyat kafedrası 4-cü mərtəbədə yerləşir. Bu adam 4-cü mərtəbəyə çıxana kimi hər mərtəbədə azı 10 dəqiqə dayanır, çünki 4 dəfə ürəyindən əməliyyat olunub, nəfəs ala bilmir, ağ ciyər xəstəsidir. Maraqlıdır ki, bəzi strukturlar hara baxırlar ki, bu cür hallar baş verir. Əgər Səhiyyə Nazirliyinin bir komissiyası yoxlama aparsa, bu fakültənin üç nəfər xəstə müəlliminin heç birinin dərs deməyə hüququ olmadığını deyərlər. Bəs onda aidiyyatı olan qurumlar bu məsələdə nə cavab verəcəklər? Gənc kadrların işlə təmin olunması Dövlət orqanlarının qarşısında duran ən vacib məsələlərdəndir. Bu cür xəstə, sağlamlıq durumları yerində olmayan, Dövlət tərəfindən yaxşı pensiya ilə təmin olunan müəllimlər gənc kadrlarla hökmən əvəz olunmalıdırlar.
Cənab nazir! Dəfələrlə Əliqulu Quliyev haqqında mətbuatda çoxlu sayda cinayət tərkibli məlumatlar verilmişdir. Bunların araşdırılması və hüquqi qiymət verilməsi lazımdır ki, bu adam kimliyini dərk etsin. Bu adam yenidən əvvəlki metodlarla 80 yaşında kafedra müdiri təyin olunmaq istəyir. Bəli, o, bütün işlərində şəhər rəhbərliyi tərəfindən dəstəkləndiyini yalandan açıq şəkildə söyləyir. Bu adamı etdiyi günahlara görə cəzalandırılmaq əvəzinə universitet rəhbərliyi onu fəxri adlara layiq görür. O, yerdə işləmək mümkün deyil ki, cinayətkar cəzasız qalsın, günahsıza isə cəza verilsin. Cənab Nazir, xahiş edirik ki, bu barədə bir ölçü götürəsiniz.
Redaksiyadan: şikayətdə adı çəkilən kafedra müdiri Əliqulu Quliyevin iş telefonuna zəng vurduq. Dəstəyi qaldıran şəxs bildirdi ki, Əliqulu müəllim xəstədir, işə gəlmir… Odur ki, Əliqulu Quliyevin də mövqeyini dərc etməyə hazırıq. Amma sual yaranır: bəs şikayətdə qeyd olunan, sərt ittihamlar olduğundan bəzi məqamları mətndən çıxarmalı olduq, universitetin rəhbərliyi niyə məsələni Elmi Şurada müzakirəyə çıxarıb narazılığı aradan qaldırmır???
Təqdim etdi: Zaur

Geri