DataLife Engine > Çap üçün versiya > "Dəmirbank"ın keçmiş filial rəhbəri Fərəh Rəşadətliyə 10 il?
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > "Dəmirbank"ın keçmiş filial rəhbəri Fərəh Rəşadətliyə 10 il?

"Dəmirbank"ın keçmiş filial rəhbəri Fərəh Rəşadətliyə 10 il?


1-06-2018, 20:06. Yerləşdirdi: admin

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Fərəh Rəşadətli, Fariz Qarayev və Tamamgül Xanlarovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org-un məlumatına görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə prokuror çıxış edib. O, F. Rəşadətlinin 10 il, F. Qarayevin 1 il müddətinə azadlıqdan məhrum olunmasını, T. Xanlarovanın isə 2 il islah işlərinə cəlb edilməsini istəyib. Proses iyunun 8-də davam etdiriləcək.

Qeyd edək ki, F. Rəşadətli “Dəmirbank”ın filial müdiri olub, T. Xanlarova bankda xəzinədar vəzifəsində çalışıb. F. Qarayev isə bankın əməkdaşı olub. F. Rəşadətli mənimsəmə, digərləri vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirlər.


Geri