DataLife Engine > Çap üçün versiya > Hər kəsə təhlükəsizlik və inkişaf üçün Hindistanın Hind-Sakit okeanında fəaliyyəti
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Hər kəsə təhlükəsizlik və inkişaf üçün Hindistanın Hind-Sakit okeanında fəaliyyəti

Hər kəsə təhlükəsizlik və inkişaf üçün Hindistanın Hind-Sakit okeanında fəaliyyəti


5-06-2018, 22:11. Yerləşdirdi: admin
Hindistanın Baş Naziri Narendra Modi Hind-Sakit okean üzrə geniş siyasi çıxışı zamanı Hindistanın regiona böyük marağının və fəaliyyətinin məqsədinin bütün regionun təhlükəsizliyi və inkişafı olduğunu bildirmişdir. Bu barədə Hindistanın Azərbaycandakı səfirliyindən "Təzadlar"a verilən məlumatda bildirilir. Qeyd olunur ki, Hindistanın Baş Naziri 1 iyun, 2018-ci ildə Sinqapurda keçirilən Şanqri-La Dialoqunda çıxış etmişdir. O, bildirmişdir ki, Hindistan Hind Okeanı Rim Assosiasiyası və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN vasitəsilə regional əməkdaşlığın hərtərəfli gündəliyini inkişaf etdirir. Hindistanın Şərqi və Cənub –Şərqi Asiya ilə tərəfdaşlığı güclüdür və inkişaf edir. Hindistan Hind Okean Dəniz Simpoziumi kimi forumlar vasitəsilə iqtisadi imkanların qurulmasına, dəniz təhlükəsizliyinin təkmilləşdirilməsinə və kollektiv təhlükəsizliyin təşviqinə kömək edir. Qlobal tranzit marşrutlarının dinc qalması və hər kəsə azad olmasını təmin etmək üçün Hind okeanı bölgəsindən kənar tərəfdaşları ilə əməkdaşlıq edir.
Baş Nazir Modi qeyd etmişdir ki, Hind- Sakit okeanı regionunda Hindistanın artan fəaliyyəti iqtisadi və müdafiə sahəsində dərin əməkdaşlıqla ilə müşayiət olunur. Hindistanın Silahlı Qüvvələri, xüsusilə də hərbi-dəniz qüvvələri Hind-Sakit okeanı regionunda sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən humanitar yardım sahəsində və fəlakətlərin aradan qaldırılması sahəsində əməkdaşlıq edirlər. Cənub-Şərqi Asiya onun mərkəzindədir, ASEAN isə onun mərkəzi olub və gələcəkdə də olacaqdır.
Qeyd olunmuşdur ki, Hindistan Hind-Sakit okeanı bölgəsini bir strategiya və ya məhdud üzvlər klubu kimi görmür. Baş Nazir Modi bildirmişdir ki, inklüzivlik, açıqlıq və ASEANın mərkəziliyi və birliyi yeni Hind-Sakit okeanının qəlbində yerləşir. O, Hindistanın Hind-Sakit okeanında öz fəaliyyətinin Afrika sahillərindən Amerikaya qədər – inkluziv olacağını vurğulayıb. Hindistanın Hind-Sakit okeanı ilə bağlı nəzəri fiziki konnektivlik, o cümlədən qarşılıqlı inam, şəffaflıq, məsləhətləşmələr, suverenliyə və ərazi bütövlüyünə hörmətlə bağlıdır.
Baş Nazir Modi Hindistanın kiçik və böyük -bütün millətlərin bərabər və suveren inkişaf etdiyi demokratik və qaydalara əsaslanan beynəlxalq qaydanı təşviq edəcəyini bildirdi. O dedi : “Biz, dəniz, yer və hava yollarını azad və açıq saxlamaq; millətlərimizi terrorizmdən qorumaq; və kiber məkanımızı pozulmadan və münaqişədən azad olması; üçün başqaları ilə fəaliyyət göstərəcəyik. Biz iqtisadiyyatımızı açıq tutacaq, fəaliyyətimizi isə şəffaf edəcəyik. Bizim resurslarımızı, bazarlarımızı və inkişafımızı dostlarımız və tərəfdaşlarımızla bölüşəcəyik. Biz Fransa ilə birlikdə və digər tərəfdaşlarımızla yeni Beynəlxalq Günəş İttifaqı vasitəsilə planetimiz üçün davamlı gələcək axtaracağıq.

Geri