DataLife Engine > Çap üçün versiya > Moskvada Beynəlxalq Forum keçiriləcək
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Moskvada Beynəlxalq Forum keçiriləcək

Moskvada Beynəlxalq Forum keçiriləcək


6-06-2018, 12:08. Yerləşdirdi: admin
Rasim Məmmədov: “Dünya Azərbaycanlıları İntellektuallarının III Forumu” mövzulu tədbirə həm də Rusiyada yaşayan nüfuzlu həmyerlilərimiz dəvətlidir…»
Xəbər verildiyi kimi, iyunun 9-12 tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Dünya Azərbaycanlıları intellektuallarının platforması çərçivəsində “Dünya Azərbaycanlıları İntellektuallarının III Forumu” adlı Forum keçiriləcək. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, İctimai Nəzarət Koaliysiyasının sədri Rasim Məmmədov əməkdaşımıza eksklüziv müsahibə vermişdir:
- Rasim müəllim, Moskvada keçiriləcək forum barədə nə deyə bilərdiniz?
- Forum 5 gün davam edəcək… Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Ramiz Quliyev, həmçinin DAMM-nin və İNK-nin rəhbərliyində təmsil olunan şəxslər, digər tanınmışlar forumda iştirak edəcək. Tədbirdə eləcə də Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin rəsmiləri, Rusiya EA-nın vitse-prezidenti, Rusiya Vəkillər Kollegiyasının sədr müavini Valeh Abbasov, tanınmış jurnalist və teleaparıcı Fuad Abbasov, eləcə də Moskvada yaşayan tanınmış elm adamları, yazıçılar, alimlər iştirak edəcəklər. Tədbirin ilk günü Ümumi milli Lider Heydər Əliyevin, dahi Azərbaycan şairi Nizami Gəncəvinin Moskvadakı heykəlləri ziyarət ediləcək, sonra Forum iştirakçılarının qarşılanması və qeydiyyatına başlanılacaq. Həmin gün “Dünya Azərbaycanlıları intellektuallarının III Forumu”nun açılış mərasimi olacaq… Forum Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, AYB katibi, Milli Pen-Klub rəhbəri, Xalq yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayevin və İNK İH sədri, DAMM İB I vitse-prezidenti kimi mən Rasim Məmmədovun rəhbərliyi, Rusiyada yaşayan diaspor nümayəndələrinin iştirakıyla reallaşdırılır. Bilirsiniz ki, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi qurumun prezidenti Çingiz Abdullayevin rəhbərliyi altında 2017-ci ildən etibarən Dünya Azərbaycanlıları intellektuallarını birləşdirən yeni bir mədəni platforma yaradıb. Təşkilatımız Dünya Azərbaycanlıları intellektuallarının, eləcə də Avroasiya məkanında yaşayan, respublikamızda fəaliyyət göstərən nüfuzlu ictimai-siyasi, elm, mədəniyyət, təhsil və başqa sahələrin nümayəndələrini birləşdirməyi qarşısına məqsəd qoymuşdur, Vətənimizə tarixən bağlı, Azərbaycanın geosiyasi maraqları olan ölkələrdə forumlar təşkil etməkdədir. DAMM İB-nin ötən ilk beynəlxalq forumu qardaş Türkiyənin iki şəhərində, daha sonra II Forum Azərbaycanın paytaxtında üç böyük tədbir formatında təşkil edilib. Növbəti tədbirimiz Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 10 iyun 2018-ci il tarixində keçiriləcək “Dünya Azərbaycanlıları intellektuallarının III forumu”dur. Forumlar Dünya Azərbaycanlılarının həmrəyliyi kimi böyük amala xidmət edir. Belə ki, “Dünya Azərbaycanlılarının Müasir İntellektuallarının III Forum”unun keçirilməsində əsas məqsəd dünyada yaşayan azərbaycanlılar və Azərbaycanla bağlı olan xalqların nümayəndələri, tanınmış iş adamları və ictimai fəallar, eləcə də QHT rəhbərlərini bir beynəlxalq platformat çərçivəsində birləşdirməklə, gələcəkdə onların yaşadığı ölkələrin parlament və dövlət qurumlarında təmsil olunmasına yardımçı olmaq, bu istiqamətdə onlara təşkilatı, mənəvi-mədəni dəstək verməkdir. Bu işə indidən başlamaqda məqsəd azərbaycanlıları yaxın perspektivdə (3-5 il ərzində) yaşadıqları ölkələrin dövlət, parlament və bələdiyyə strukturlarında təmsil olunmasına nail olmaqdır.
Gələcəkdə milli diasporumuzun fəalları kimi bu insanların iştirakı ilə geosiyasi maraqlarımızı ifadə edən, ölkəmizin siyasətinə dəstək verən və respublikamızın maraqlarını yaşadıqları ölkələrdə təmin edən Azərbaycan diaspor liderlərinin formalaşmasına, Azərbaycanın dünyada tanınmasına, həqiqətlərimizin dünyada səsləndirilməsinə, yerlərdə kadrların hazırlanmasına dəstək verməkdir. Forumların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Platformamızın məramı Azərbaycan, Türkiyə, İran İslam Respublikası, Şimali Kipr Türk Cümhuriyyəti, Gürcüstan, İraq və Avropa ölkələrində yaşayan intellektualların fəaliyyət bazasını yaratmağa dəstək verməkdir. Avrasiya ölkələrindəki milli diaspor fəallarını, mədəniyyət mərkəzlərimizdən kənarda qalan tanınmış istedadlı şəxsləri, lider kimi formalaşmaq niyyətində olan insanları bizim platformada görmək istəyirik…
***
Xatırladırıq ki, «Təzadlar»ın baş redaktoru Asif Mərzili də Forumda iştirak edəcək.
Dinlədi: Elbar Şirinov


Geri