DataLife Engine > Çap üçün versiya > Asif Mərzili Moskvada keçirilən Beynəlxalq Forumda iştirak edəcək
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Asif Mərzili Moskvada keçirilən Beynəlxalq Forumda iştirak edəcək

Asif Mərzili Moskvada keçirilən Beynəlxalq Forumda iştirak edəcək


7-06-2018, 13:42. Yerləşdirdi: admin
Baş redaktor: “Məqsədimiz KİV olaraq «Dünya Azərbaycanlıları İntellektuallarının III Forumu” mövzulu tədbirdə Azərbaycanda yaşanan həqiqətlərin bir daha Rusiyada yaşayan nüfuzlu həmyerlilərimizin vasitəsilə bu ölkənin ictimaiyyətinin diqqətinə çatdırmaqdır»
Xəbər verildiyi kimi, iyunun 9-12 tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Dünya Azərbaycanlıları intellektuallarının platforması çərçivəsində “Dünya Azərbaycanlıları İntellektuallarının III Forumu” Forumu keçiriləcək. Tədbirin təşkilatçısı Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzidir.
«Təzadlar»ın Baş redaktoru Asif Mərzili də forumda iştirak edəcək. O, tədbirin məqsəd və məramı barədə qısa olaraq bunları söylədi:

- Tədbir 5 gün davam edəcək. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, Xalq yazıçısı Çingiz Abdullayevin mənəvi dəstəyi ilə reallaşan foruma Rusiyada yaşayan tanınmış ziyalılarımız dəvət edilib. Bakıdan isə bildiyim qədər, beş nəfər nümayəndə iştirak edəcək. Bunlar DAMM-nin birinci vitse- prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov, İNK-nin Aparat rəhbəri Aydınxan Əbilov və İNK-nin digər rəhbər şəxsləridir. Tədbirdə Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin rəsmiləri, Rusiya EA-nın vitse-prezidenti, Rusiya Vəkillər Kollegiyasının sədr müavini Valeh Abbasov, tanınmış jurnalist və teleaparıcı Fuad Abbasov, eləcə də Moskvada yaşayan tanınmış elm adamları, yazıçılar, alimlər iştirak edəcəklər. Tədbirin ilk günü Ümumi milli Lider Heydər Əliyevin, dahi Azərbaycan şairi Nizami Gəncəvinin Moskvadakı heykəlləri ziyarət ediləcək. Sonra Forum öz işinə başlayacaq. Şəxsən təmsil etdiyim «Təzadlar» qəzetinin rəhbəri kimi, məqsədimiz KİV olaraq «Dünya Azərbaycanlıları İntellektuallarının III Forumu” mövzulu tədbirdə Azərbaycanda yaşanan həqiqətlərin bir daha Rusiyada yaşayan nüfuzlu həmyerlilərimizin vasitəsilə bu ölkənin ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Bilirsiniz ki, «Təzadlar»ın xüsusi müxbiri Elçin məmmədli isə bu günlərdə Rusiyanın Mariy El Respublikasında mötəbər bir tədbirdən qayıtmışdır. Həmin ölkənin dövlət televiziyasında «Təzadlar»la bağlı xüsusi reportaj verilmiş, Elçin Məmmədlinin çıxışı tədbirn iştirakçılarının böyük marağına səbəb olmuşdur. O, dövlət televiziyasının rəhbərliyini, eləcə də Mariy El Respublikası dövlət televiziya və radio kompaniyasının informasiya üzrə direktor müavini Mixail Vinokurovu Azərbaycana dəvət etmişdir. Mixail Vinokurov «Təzadlar»ın qonağı olacaq, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ müharibəsi barədə reportaj hazırlamaq istəyindədir… O ki, qaldı Moskvada keçiriləcək foruma, xatırladım ki, Forum Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayevin və İNK İH sədri, DAMM İB I vitse-prezidenti Rasim Məmmədovun rəhbərliyi, Rusiyada yaşayan diaspor nümayəndələrinin iştirakı ilə reallaşdırılır. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Çingiz Abdullayevin rəhbərliyi altında 2017-ci ildən etibarən Dünya Azərbaycanlıları intellektuallarını birləşdirən yeni bir mədəni platforma yaratmışdır… Forumun işi barədə Moskvadan xüsusi reportajlar təqdim edəcəyəm…
Eldar Əzizli

Geri