DataLife Engine > Çap üçün versiya > «Təzadlar» daha bir mötəbər qonağı qarşıladı
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > «Təzadlar» daha bir mötəbər qonağı qarşıladı

«Təzadlar» daha bir mötəbər qonağı qarşıladı


23-07-2018, 16:03. Yerləşdirdi: admin
Bu gün Mariy El Respublikası Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Oqtay Hüseynov Azərbaycana gəlişinin ilk günündə "Təzadlar"ın qonağı oldu, Milli Mətbuat günü münasibətilə kollektivimizi təbrik etdi... Qonaq Mariy El Respublikasında yaşayan Azərbaycanlılarla bağlı ətraflı məlumat verdi, eləcə də soydaşlarımızın problemləri, onların həlli yolları və s. barədə danışdı.
Görüşün sonunda Mariy El Respublikası Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti ilə «Təzadlar» qəzeti redaksiyası arasında əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə görə, redaksiya Mariy El Respublikasının, eləcə də bu respublikada yaşayan Azərbaycanlıların ictimai-siyasi, mədəni həyatı barədə müntəzəm olaraq məqalələr yayımlayacaq (dərc edəcək), həmçinin «Mariy El həqiqətləri» qəzetində Azərbaycan barədə maraqlı məlumatlar dərc olunacaq.
Qeyd edək ki, ötən ay O.Hüseynovun dəvəti ilə «Təzadlar»ın əməkdaşı Elçin Məmmədli Mariy El Respublikasında yaradıcı ezamiyyətdə olmuşdur. «Təzadlar»da Mariy El Respublikası mədəniyyət nazirinin müavininin, eləcə də digər rəsmi şəxslərin müsahibələri rus və Azərbaycan dillərində yayımlanmışdır. Həmin video müsahibələr tezadlar.az saytında da yerləşdirilmişdir.
Eldar Əzizli

«Təzadlar» daha bir mötəbər qonağı qarşıladı

Geri