DataLife Engine > Çap üçün versiya > "TƏZADLAR" YAZDI, İSA MƏMMƏDOV HƏBS EDİLDİ - 11 İL-YENİLƏNDİ
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > "TƏZADLAR" YAZDI, İSA MƏMMƏDOV HƏBS EDİLDİ - 11 İL-YENİLƏNDİ

"TƏZADLAR" YAZDI, İSA MƏMMƏDOV HƏBS EDİLDİ - 11 İL-YENİLƏNDİ


26-07-2018, 11:21. Yerləşdirdi: admin
Bakıda mənzili bir neçə nəfərə satan şirkət rəhbərləri barəsində daha bir cinayət işi başlanılıb. "Report"un xəbərinə görə, daha əvvəl dələduzluqda təqsirli bilinib, barəsində hökm çıxarılmış "İdeal-V” tikinti şirkətinin direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədov eyni əməldə ittiham edilir. Həmin şəxslər bir neçə şəxsə qarşı ümumilikdə 500 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinirlər.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Azad Məcidovun sədrliyi ilə iz üzrə hazırlıq iclası keçirilib.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 1-nə təyin edilib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarədə istintaq zamanı "İdeal-V” tikinti şirkətinin direktoru Ç.Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri İ.Məmmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasındamənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, bundan yayındıqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Məmmədovun 10 il, İ.Məmmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

"Təzadlar" hələ iki il əvvəl İsa Məmmədovun əməllərindən yazmışdı...


Xatırladırıq ki, "Təzadlar" hələ iki il əvvəl "İDEAL-İ-İNŞAAT"IN SAHİBİ BARƏDƏ NAZİRDƏN XAHİŞ EDİLDİ: "İSA MƏMMƏDOV ÖLKƏDƏN QAÇMAQ İSTƏYİR" başlıqlı yazı verilmişdir. 29/1/2016-cı il tarixli həmin yazını təkrar təqdim edirik. Demək istəyirik ki, İsa Məmmədovun əməlləri barədə hələ o vaxt dövlət orqanları qarşısında məsələ qaldırılmışdı və şikayətçilər haray qoparırdı... İsa Məmmədov isə başqa metoda əl atdı, "İdeal-İ-İnşaat" MMC-nin adını dəyişib "İdeal-V" MMC qoydu. guya bununla da (təsisçilərin adını dəyişməklə) məsuliyyətdən yayınırdı...
Beləliklə, "Təzadlar"ın iki il əvvəlki yazısından:"TƏZADLAR" YAZDI, İSA MƏMMƏDOV HƏBS EDİLDİ - 11 İL-YENİLƏNDİ"TƏZADLAR" YAZDI, İSA MƏMMƏDOV HƏBS EDİLDİ - 11 İL-YENİLƏNDİ
Şikayətçilər, həmçinin "İdeal-İ-İnşaat" MMC-nin dünən "Banditizm"də saxlanılan direktoru İsa Məmmədovun niyə az sonra buraxılmasına aydınlıq gətirilməsini istəyirlər...
Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında son günlər adı dələduzluqda və digər qalmaqallarda hallanan «İdeal-İ-İnşaat» MMC-nin direktoru İsa Məmmədov və onun yaxın qohumu və şəriki Məmmədov Çingiz Əkbər oğlu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb adı çəkilənlərin hələkik adını çəkmək istəmədiyimiz bir vətəndaçın mülkünü dələduzluq yolu ilə ələ keçirmələri, həmçinin onların 10 ilə yaxındır sifarişçi “Baku Qrup” adlı MMC ilə bağladıqları müqavilə şərtlərini yerinə yetirməmələri, sifarişçinin xəbəri olmadan Bakı şəhəri, Xocalı prospekti k. 29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) yerləşən yaşayış binasındakı mənzilləri, digər qeyri-yaşayəş sahələrini qanunsuz olaraq satıb pulunu mənimsəmələridir.
Məlumatlı mənbə dünən bizə onu da bildirmişdi ki, hər iki məsul şəxs barədə artıq bir müddət imiş ki, həm binanın sifarişçisi “Baku Qrup” MMC-nin, həm də həmin binada pulunu tam ödəsə də mənzillərinə köçə bilməyən vətəndaşların İsa və Çingiz Məmmədovların qanunsuz əməlləri ilə bağlı Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova şikayət ərizəsi göndərilibmiş.

Şikayətçilər nazir Ramil Usubovdan kömək istəyirlər: "İsa Məmmədov ölkədən qaçmağa səy göstərir..."


Qeyd edək ki, etibarlı mənbənin balansinfo.az saytının əməkdaşına verdiyi məlumata görə, İsa Məmmədov dünən axşam saatlarında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təxminən 12 saat saxlanıldıqdan sonra ifadəsi alınaraq zaminə buraxılıb. Lakin Çingiz Məmmədovun hələ də orada saxlanılması deyilir.
Bu arada bir qrup şikayətçi vətəndaş daxili işlər naziri Ramil Usubova ünvanlı müraciətlərini "Təzadlar"a göndərib. Təcili olaraq yayılması xahiş edilən həmin müraciəti təqdim edirik:
«Çox hörmətli cənab nazir Ramil Usubov!
Biz aşağıda imza edən bir qrup Azərbaycan Respublikasının vətəndaşları, Bakı şəhəri, Xocalı prospekti k.29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) “İdeal-İ İnşaat” MMC-nin tikdiyi yaşayış binasından mənzil almaq üçün bundan təqribən 10 il əvvəl bu MMC ilə müqavilə bağlamışıq və mənzil tikintisinə görə bu MMC-yə mənzilimizin dəyərinı tam ödəmişik. Lakin “İdeal-İ İnşaat” MMC-nin təsisçisi və əvvəlki direktoru Məmmədov İsa Əli oğlu artıq 8 ilə yaxındır ki, bizim binamızı tikib bizə təhvil vermir. Dəfələrlə mənzilimizin nə zaman bizə təhvil verilməsi ilə əlaqədar İsa Məmmədovla əlaqə saxlamaq istəmişik. Məlum olmuşdur ki, İsa Məmmədov məsuliyyətdən yayınmaq üçün formal olaraq «direktorluqdan çıxaraq» özünün “İdeal-İ İnşaat” MMC-sinə yaxın qohumu Məmmədov Çingiz Əkbər oğlunu «direktor» təyin etmişdir. Bu qohumlar isə birləşərək, bizim mənzil tikintisinə görə onlara verdiklərimiz pulları öz keflərinə xərcləyirlər, yaşayış binasını isə heç vaxt tikib qurtarmaq niyyətində deyillər.
Bizə verilən məlumata görə keçmiş Şüşə zavodunun olduğu bu ərazidə tikilən binalarımızın yerləşdiyi torpaq sahəsi “Baku Qrup” adlı MMC-yə məxsusdur, lakin binaların tikintisi isə, «Baku Qrup»la bağlanmış podrat müqaviləsi əsasında İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si tərəfindən tikilir və bizim mənzil tikintisinə dair müqavilələrimiz də həmin bu “İdeal-İ İnşaat” MMC ilə bağlanmışdır.
Mənzillərimizin pullarını da biz bu “İdeal-İ İnşaat” MMC-yə vermişik. “İdeal-İ İnşaat” MMC-nin müdriyyəti isə hər dəfə bizə yalançı vədlər verərək binaları tikib qurtarmır. Bizə verilən məlumatlara görə böyük ehtimal var ki, İsa Məmədov və onun qohumları bizim mənzillərimizi bir neçə dəfə digər vətəndaşlara da sataraq onlardan aldıqları pulları da öz şəxsi keflərinə və uşaqlarının adlarına obyektlər almağa xərcləmişlər.
Hazırkı şikayət məktubumuzla biz, halal zəhmətlə qazandığımız pullar İsa Məmədov və onun qohumları tərəfindən dələduzluq yolu ilə aldadılaraq əlindən alınmış vətəndaşlar, «Təzadlar» qəzeti vasitəsilə xahiş edirik ki, bu məsələni araşdırmaqda bizə köməklik göstərilsin. İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si barəsində bu binalardan mənzillər almış və bununla da bizim kimi aldadılmış digər vətəndaşları da qəzetdə bu haqda yazılar dərc etməklə ayıltmaq lazımdır. Çünki sonra gec olacaq. Məktubumuzun surətlərinin ünvanlandığı digər hüqüq mühafizə orqanlarından isə xahiş edirik ki, bizi aldadaraq pullarımızı mənimsəyən İsa Məmmədov, onun qohumları və “İdeal-İ İnşaat” MMC-nin digər məsul işçiləri barədəsində lazımi tədbirlər görərək onların cəzalandırılması üçün zəruri addımlar atılsın.
Dünən İsa Məmmədov və onun öz yerinə yalandan təyin etdiyi Çingiz Məmmədov DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb, lakin axşam saatlarında bizə məlumat verildi ki, dələduzluğa görə vaxtilə həbs olunmuş, barəsində məhkəmə hökmü olan İsa Məmmədovu buraxıblar. Bir neçə saat əvvəl isə məlumat aldıq ki, İsa Məmmədov bizlərin pulları hesabına Türkiyədə özünə çoxsaylı obyektlər və mülklər alıb, ora qaçmağa macal axtarır. Hətta bizə məlumat verildi ki, bu işdə ona DİN-də çalışan yüksək vəzifəli şəxslərdən biri kömək edir, onun DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən çıxarılmasına da o kömək edib.
Cənab Ramil Usubov!
Sizdən acizanə xahiş edirik, İsa Məmmədovu həbs edərək məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilsin. Halbuki dünən belə də olmalı idi. Həmçinin onun ölkədən çıxışına qadağa qoyulmalıdır. Əks halda, o, məsuliyyətdən yayınmaq üçün hazırda aradan çıxmağa səy göstərir. Bunun təcili qarşısı alınmalıdır.
Dərin Hörmətlə,
Şikayətçılər:
Hüseynova Ülviyyə, Abdullayeva Gülarə, Şirəliyeva Firəngiz, Uğurluyev Salman, Rəhimova Aygün, Mirzəzadə Dilşad, Həsənov Rüstəm, Novruzova Sədəf və başqaları».

Hələ o vaxt məlum olurdu ki, İsa Məmmədov Bakının D.Əliyeva küçəsində "köhnə "Bakı" mehmanxanasının arxası) də göydələn tikib, orada da xeyli insanı beləcə aldadıb... Daha ətraflı yazıları "Təzadlar"ın 4 iyin tarixli sayında oxuya biləcəksiniz...
AZAD

Geri