DataLife Engine > Çap üçün versiya > "DƏDƏ QURBANİ" BEYNƏLXALQ FESTİVALINDA AZƏRBAYCAN BAYRAĞI SƏHNƏNİ BƏZƏDİ-YENİLƏNDİ
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > "DƏDƏ QURBANİ" BEYNƏLXALQ FESTİVALINDA AZƏRBAYCAN BAYRAĞI SƏHNƏNİ BƏZƏDİ-YENİLƏNDİ

"DƏDƏ QURBANİ" BEYNƏLXALQ FESTİVALINDA AZƏRBAYCAN BAYRAĞI SƏHNƏNİ BƏZƏDİ-YENİLƏNDİ


31-07-2018, 21:13. Yerləşdirdi: admin
Asif Mərzili: "Komandanın ən böyük qələbəsi bu idi ki, dünyanın bir çox ölkələrindən gəlmiş nümayəndə heyətlərinin iştirakçısı olduğu Beynəlxalq festivalın böyük səhnəsində Azərbaycanın bayrağını qaldırdıq, bayraq sonadək səhnədə qaldı"

Ərdəbildə keçirilən "Dədə Qurbani" Beynəlxalq Festivalı başa çatıb. Festivalda iştirak edən "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili festival barədə telefonla bunları dedi:
"Festivalda Azərbaycandan, Orta Asiyadan, Türkiyədən, Gürcüstandan və İrandan, Avropadan olan çoxsaylı qonaqlar iştirak edirdilər. 300-dən çox aşığı, saz-söz sənətkarlarını dinləməyə təxminən minədək tamaşaçı toplaşmışdı. Ərdəbilin mərkəzində yerləşən Fərək Mədəniyyət Sarayının səhnəsində iynə atsan yerə düşməzdi. Təşkilatçılar çoxsaylı insanların festivalı izləməsi üçün sarayın qarşısına stullar düzdürmüş, ekran qoydurmuşdur. Bayırdakılar festivalı canlı izləyirdi. Festivalda İranın Mədəniyyət Nazirliyinin, eləcə də Ərdəbilin rəhbər şəxsləri iştirak edirdilər. İran mədəniyyət nazirinin müavini və nazirliyin Ərdəbil şəhəri üzrə müdiri Seyyid Nasir İshaq və onun komandası sonadək festivalı izlədi... Ən vacibi o idi ki, festival canlı yayılırdı. İran TV-ləri festivalı ətraflı işıqlandırırdı. Komandamızın ən böyük qələbəsi bu idi ki, festivalın səhnəsində Azərbaycan bayrağı sonadək səhnədə qaldırıldı. Özü də səhnədə birinci qoyulmuşdu. Festivalın səhnəsində Azərbaycanın adı ən azı yüz dəfə çəkildi, ölkəmizin rəhbərliyinin ünvanına səmimi sözlər səsləndirildi.
Festivalın gedişində mənə, eləcə də aşıqlar qrupunun rəhbəri, Azərbaycanın Mədəniyyət işçisi aşıq Sərdar Məmmədliyə, həmçinin Şirvan aşıqlar qrupunun rəhbəri aşıq Elmana, aşıq Mehdi Mənsimova, aşıq Təbriz Vəliyevə, folklorşünas Hüseyn Məmmədova İran Mədəniyyət Nazirliyinin diplomu və "Dədə Qurbani"nin brüncdən tökmə heykəli hədiyyə olaraq təqdim edildi.
Festivalda Azərbaycanın adına ünvanlanan bütün xoş sözlərə, alqışlara görə İran Aşıqlar Birliyinin rəhbərliyinə, şəxsən sədr aşıq Səlcuq Şahbaziyə minnətdarlıq edirəm. O, Azərbaycanın ünvanına ən xoş sözlərin deyilməsinin müəllifi idi. Onun " Koroğlu heç bir xalqın yox, bütün türk dünyasının qəhrımanıdır. Harda Koroğlu var, orada Azərbaycan var!" - deməsi heç vaxt yadımızdan çıxa bilməz. Bir sözlə, təəssüratımız böyükdür, ətraflı yazılacaq".
Elbar ŞİRİNOV

"DƏDƏ QURBANİ" BEYNƏLXALQ FESTİVALINDA AZƏRBAYCAN BAYRAĞI SƏHNƏNİ BƏZƏDİ-YENİLƏNDİ

Geri