DataLife Engine > Çap üçün versiya > METRO VƏ AVTOBUSA DOTASİYA NİYƏ VERİLMƏSİN?
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > METRO VƏ AVTOBUSA DOTASİYA NİYƏ VERİLMƏSİN?

METRO VƏ AVTOBUSA DOTASİYA NİYƏ VERİLMƏSİN?


1-08-2018, 14:01. Yerləşdirdi: admin
Ərdəbil şəhərində keçirilən Beynəlxalq "Dədə Qurbani" Festivalından dünən axşam qayıtdım... Bircə onu deyim ki, idmançılarımız hansısa ölkədə qələbə qazananda Azərbaycan bayrağını 30-40 saniyə müddətində yüksəkliyə qaldırırlar... İran Aşıqlar Birliyinin sədri aşıq Səlcuq Şahbazinin sayəsində Azərbaycan bayrağını 5-6 saat təxminən min nəfərin görüntülədiyi Beynəlxalq festivalda göylərə qaldırdıq və bayrağımız səhnəni bəzədi. İran TV-ləri bu festivalı canlı yayımlayırdı... Sözümün canı var: sevinə-sevinə Bakıya qayıtdım, qonşumuz bu səhər tezdən gəldi ki, pis xəbər var. Elə bildim, əzizlərindən kimsə ölüb. Təqaüdçüdür: "Dünən avtobusda və metroda qiymətləri qaldırdılar. Hər gün metro ilə bulvara gedirdim, nəvələrimə baş çəkirdim... Daha gedə bilməyəcəyəm, pensiyam bəs eləməyəcək...". Mən də zarafatla könlünü aldım: "Hökumətdən incimə, hökumət belə elədi ki, bu yayın qızmarında ahıllar, qocalar, kasıb-kusub evdən çölə çıxmasın, gün vurar, sonra həkimə bir ətək pulu kim ödəyəcək...".
Ciddi desəm, eşitdim ki, hansısa deputat sarsaqlayıb ki, burada nə var, 10-15 qəpik qalxmaqla dünya dağılacaq? Mən belə düşünürəm ki, hökumətimiz Bakıda bu qədər köhnə adı altında evləri söküb milyonları yeni tikililərə sərf edincə, yollara 2-3 ildənbir milyardları töküncə, Sovet dönəmində olduğu kimi, nəqliyyata və metroya dotasiya verə bilərdi. Naxçıvana verdiyi kimi. Axı avtobus və metrodan deputatlar, nazirlər, prokurorlar, rəislər, hakimlər deyil, oğlanları orduda xidmət edən, şəhid olan... kasıb-kusub istifadə edir... Heç olmasa bunu nəzərə almaq lazımdır...
A.Məmmədli

Geri