DataLife Engine > Çap üçün versiya > Dünənin, bu günün, sabahın Lənkəranı
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Dünənin, bu günün, sabahın Lənkəranı

Dünənin, bu günün, sabahın Lənkəranı


8-08-2018, 10:06. Yerləşdirdi: admin
İctimai Nəzarət Koalisiyası rəhbərliyinin Lənkərana bu dəfəki səfərində İNK-nin Lənkəran regional nümayəndəliyinin rəhbəri hacı Məhəmməd Məmmədov Lənkəran İH başçısının
1-ci müavini Möhübbət Babayevə təqdim edildi, İH başçısı Taleh Qaraşovun xeyir-duası alındı...
...Bölgələrimizdə aparılan sosial-iqtisadi dəyişiklikləri öz gözümüzlə görmək çox xoşdur. Bəzən mətbuatda yalnış informasiyalar dərc edilir və ictimai rəy də bu yalnış informasiyaların əks təbliğatına köklənir. Lakin yerlərdə olmaq, baş verənlərin canlı şahidi və müşahidəçisi olmaq obyektiv informasiya daşıyıcılığında vacib amillərdən biri olur.
Bunları deməkdə məqsədim var: çoxdan idi Lənkəranda olmamışdım. Düzdür, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı bilgilərim yenə də yuxarıda qeyd etdiyim kimi mətbuatdan idi. Lakin İctimai Nəzarət Koalisiyası komandasının bu dəfə Lənkərana olan səfəri çərçivəsində rayonla bağlı neçə il əvvəlki təəssüratlarım xeyli zənginləşdi.
***
...Yayın bürküsü Lənkəranda bizi qarşılayan insanların ipstiqanlığında heç hiss olunmurdu. Xüsusən də rayonda aparılan real sosial-iqtisadi irəliləyiş, tikinti-abadlıq işləri diqqətimizi çəkməyə bilməzdi. Təbii ki, bütün bu yeniliklərin və təzəliyin memarı rayonun icra başçısı, uzun illər rəhbər vəzifələrdə işlədiyi dövrlərdən tanıdığım Taleh Qaraşovdur. Tam səmimiyyətlə deyirəm ki, İNK komandası olaraq şəhərin mərkəzində, ictimai yerlərdə söhbət etdiyimiz insanlar onun xeyirxah əməllərindən, bir rəhbər olaraq əməli fəaliyyətindən təmənnasız, səmimi istəklərlə danışırdılar. Hər halda, rəhbər işçi barədə sadə insanların belə söhbətləri qürurvericidir...

İNK regional fəaliyyətinə start verib...

Oxucular üçün bir faktı da əlavə edim ki, bu dəfəki səfərimiz həm də onunla bağlı idi ki, İNK-nin Lənkəran regional nümayəndəliyinin rəhbəri hacı Məhəmməd Məmmədov Lənkəran İH başçısının 1-ci müavini Möhübbət Babayevə təqdim edildi, İH başçısı Taleh Qaraşovun xeyir-duası alındı... Sonra təxminən 50-yə yaxın ictimaiyyət nümayəndələrinin, rayonun tanınmış iş adamlarının, ziyalıların iştirakı ilə görüş keçirildi. Onların hacı M.Məmmədov barədə söylədikləri olduqca sevindirici idi. Eləcə də İctimai Nəzarət Koalisiyasının fəaliyyəti barədə rəyləri. Hiss olunurdu ki, vətəndaşlarla məmurlar arasında ictimai körpü rolunu oynayan İNK-nin bölgələrdəki fəaliyyətinə, regionlardakı strukturlarının yaranmasına ictimai tələbat var. Görüşdə iştirak edən ziyalıların İNK sədri Rasim Məmmədova arzuları və təklifləri bu təlabatın nə qədər arzulanan olduğunu ortaya qoyurdu.
***
Səfərimiz çərçivəsində əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin Lənkəran İH-nin qarşısındakı böyük parkda qoyulmuş heykəli tər qərənfillərlə ziyarət olundu, H.Əliyev Mərkəzinə baş çəkildi.
Daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank qoşunları generalı Həzi Aslanovun ev muzeyində olduq, ziyarətçilərlə səmimi ünsiyyət və görüşümüz olduqca maraqlı keçdi.
Dünənin, bu günün, sabahın Lənkəranı
İNK İH-nin sədri, DAMMİB l-ci vitse-prezidenti, SİMİB rəhbəri Rasim Məmmədov, İNK baş katibi Aydın Xan Əbilov, YYSİB-nin sədr müavinləri - “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Əsgərova (Möhübbətqızı), digər səlahiyyətli şəxslər, eləcə də İNKCRN-nin sədri Hacı Məhəmməd Məmmədov, nümayəndəliyə daxil olan rayonların ictimaiyyət üzvlərinin iştirakı ilə ictimai tanıtım və təqdimat keçirildi.
Dünənin, bu günün, sabahın Lənkəranı
Daha sonra Şəhidlər Xiyabanı ziyarət olundu, Lənkəran rayon ictimaiyyətinin fəalları ilə görüşlər keçirildi.
Bir sözlə, rayon ziyalıları ilə görüş bir daha göstərdi ki, hər yerdə olduğu kimi, Lənkəranda da həllolunmaz problem yoxdur, sadəcə, bəzən insanlar problemin həllini doğru istiqamətdə, aidiyyəti dövlət qurumunda axtarmırlar. Bu da yersiz yazışmalara gətirib çıxarır. Elə İNK komandası olaraq Lənkəran rayon İH başçısının 1-ci müavini Möhübbət Babayevlə olan görüşümüzdə bu bir daha müzakirə olundu. M.Babayev rayon rəhbərliyinin səmimi salam və sayğılarını bizə çatdırdı, İNK-nin fəaliyyəti ilə bağlı böyük gözləntilərinin olduğunu söylədi... İNK sədri Rasim Məmmədov qurumun məqsəd və məramı barədə M.Babayevə ətraflı məlumat verdi, dövlətçilik və Azərbaycanda milli sabitlik naminə gələcək fəaliyyətindən danışdı.
Sonra xatirə şəkli çəkdirildi.
Dünənin, bu günün, sabahın Lənkəranı
Oxucuların diqqətinə çatdırım ki, Lənkəran rayonunun iqtisadi və sosial həyatında son illər müşahidə olunan irəliləyiş 2017-ci ildə də davam edib, rayonunda iqtisadiyyatın sahələri üzrə ümumi məhsul istehsalının həcmi 448950,9 min manat olmuş və keçən illə müqayisədə 9,1 faiz artmışdır. Ümumi məhsulun 8,3 faizi sənayedə, 23,4 faizi kənd təsərrüfatında, 32,5 faizi tikintidə, 2,4 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,6 faizi informasiya və rabitədə, 32,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində istehsal olunmuşdur. İqtisadiyyatın aparıcı sahəsi olan sənayedə məhsul istehsalı 2016-cı illə müqayisədə 20,0 faiz artmışdır. Və ilkin hesablamalara görə 2018-ci ilin əvvəlinə rayonun əhalisi 226,8 min nəfər olmuşdur və il ərzində 0,7 faiz və ya 1590 nəfər artmışdır.
***
İNK haqqında: 90 QHT, KİV, İnternet portal və saytı birləşdirən İctimai Nəzarət Koalisiyası - Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Ictimai Birliyi (Qurumu), onların yaradıcı kollektivləri durmadan işləyir, çalışır, yeni intellektual-kreativ məhsullarını tarixin yaddaşı üçün hazırlayırlar: əsas hədəf milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətlərimizi zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirməklə onların peşəkarlaşmasına stimul verməkdir.
***
...Bütün gördüklərimizin və şahidi olduqlarımızın fonunda dünənin, bu günün və sabahın Lənkəranı daha işıqlı, inkişaflı görünür. Bunun isə bir müəllifi var: Lənkəranın zəhmətkeş insanları, çalışqan, Azərbaycanı sevən ziyalıları...
A.Məmmədli
Bakı-Lənkəran-Bakı
Dünənin, bu günün, sabahın Lənkəranı

Geri