DataLife Engine > Çap üçün versiya > “Tonqal” restoranındakı zəhərlənməyə görə bir nəfər həbs edildi
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > “Tonqal” restoranındakı zəhərlənməyə görə bir nəfər həbs edildi

“Tonqal” restoranındakı zəhərlənməyə görə bir nəfər həbs edildi


8-09-2018, 19:19. Yerləşdirdi: admin
Bakıda məşhur restoranda kütləvi zəhərlənmə faktına görə bir nəfər həbs olunub.
Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfərin qidadan zəhərlənməsi faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb.
İlham İdris oğlu Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Geri