DataLife Engine > Çap üçün versiya > BƏXTİYAR ƏLİYEVİN DİSSERTASİYA İŞİ İLƏ BAĞLI AAK-A RƏSMİ SORĞU GÖNDƏRİLİB-YENİLƏNİR
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > BƏXTİYAR ƏLİYEVİN DİSSERTASİYA İŞİ İLƏ BAĞLI AAK-A RƏSMİ SORĞU GÖNDƏRİLİB-YENİLƏNİR

BƏXTİYAR ƏLİYEVİN DİSSERTASİYA İŞİ İLƏ BAĞLI AAK-A RƏSMİ SORĞU GÖNDƏRİLİB-YENİLƏNİR


8-01-2019, 09:55. Yerləşdirdi: admin

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi cənab F.Mustafayevdən millət vəkili, BDU-nun Psixologiya kafedrasının müdiri Bəxtiyar Həmzə oğlu Əliyevin namizədlik dissertasiyası müəmmasına aydınlıq gətirilməsi xahiş olunur…

Azərbaycan Prezidenti İlham Əliyevin elmi potensialımızın və tərəqqimizin inkişafı üçün bütün təşəbbüsləri dəstəkləməsini hamı bilir. Dövlət başçısının bu istiqamətdə imzaladığı sərəncamlar deyilənlərin təsdiqidir. Lakin bir müddətdir ki, Azərbaycan elminə qanunsuz yollarla əl uzadanlar, qanunsuz və əsassız yollarla elmlər doktoru, professor, AME-nın müxbir və ya həqiqi üzvü kimi ali elmi adlara nail olanlar həmişə tənqid olunublar. Bu məsələlər daim mətbuatın tənqid hədəfində olub. «Təzadlar»ın Araşdırma Qrupunun həmişə bu məsələni gündəmdə saxlaması da təsadüfi deyildir. Elmə Azərbaycanın gələcəyi naminə deyil, özünün cari problemlərinin həlli prizmasından yanaşanlara başqa nə ad vermək olar?
Redaksiyamıza daxil olan müraciət və sorğulardan da biri millət vəkili, professor, BDU-nun Psixologiya kafedrasının müdiri Bəxtiyar Həmzə oğlu Əliyev barədədir. Mətbuatda gedən informasiyalardan da bəllidir ki, elmi işlərin-dissertasiyaların kökü ən azı müdafiə edilən elm ocaqlarında və Mərkəzi Kitabxanada olmalıdır. Axı bu dissertasiya ictimai mülkiyyətdir, gənc alimlər istədikləri vaxt ondan bəxrələnməlidir və s. Lakin Bəxtiyar Əliyevin namizədlik dissertasiyası heç bir yerdə yoxdur, yoxa çıxarılıb. Niyə?
Elə bu suala cavab tapmaq üçün redaksiya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi cənab F.Mustafayevə rəsmi sorğu göndərib Sorğuda deyilir: «Hörmətli Famil müəllim!
Prezident İlham Əliyevin elmi müdafiələr zamanı ciddi nöqsanlara yol verilməsinin və elmi dərəcələrin verilməsindəki qanunsuz halların aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının və digər aidiyyəti dövlət qurumlarının qarşısına qoyduğu vəzifələr bu gün də aktual olaraq qalır. İctimai rəy də təsdiqləyir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası bu istiqamətdə vacib addımlarını atmaqdadır. Bütün bunları nəzərə alaraq qeyd etmək istəyirik ki, «Təzadlar» qəzeti redaksiyasına BDU-nun Psixologiya kafedrasının müdiri, Prezident yanında AAK-ın Rəyasət Heyətinin üzvü Bəxtiyar Həmzə oğlu Əliyevin elmlər namizədi elmi işinin Ermənistan-Azərbaycan dostluğuna həsr edildiyi, həmin namizədlik dissertasiyasında dövləti maraqlarımıza tamamilə zidd detalların olduğu, eəlcə də 80-ci illərin sonlarında milli münaqişələrin yaranmasında günahkar kimi Azərbaycan rəhbərliyinin adının qeyd edilməsi, nəhayət, plagiat olması və s. məqamların yer alması barədə məlumat daxil olmuşdur. Redaksiya əməkdaşları «KİV haqqında» Azərbaycan Respubllikası Qanunun tələblərinə uyğun olaraq müstəqil araşdırma aparmışdır. Məlum olmuşdur ki, B.Əliyevin 1989-cu ildə müdafiə etdiyi namizədlik dissertasiyası belə adlanır: «Алиев Б.Г. Межнациональное общение как объект социально-психологического анализа: Диссертация канд.филос.наук.- Баку, 1989» («Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi»). O, bu namizədlik dissertasiyasını 1989-cu ildə Bakıda Kirov adına Azərbaycan Dövlət Universitetində müdafiə etmiş, Moskvada təsdiqlətdirmişdir. Lakin həmin dissertasiya nə müdafiə edilmiş Kirov adına ADU-da, nə də Azərbaycan Mərkəzi Kitabxanasının arxivində yoxdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, həmin dissertasiya 1984-cü ildə Jdanov adına Leninqrad Dövlət Universitetində müdafiə edilmiş və Proskurnin Dmitriy Timofeyeviçin «Межнациональное общение как объект социально-философского-анализа» elmi işinin tamamilə eynisidir («Алиев Б.Г. Межнациональное общение как объект социально-психологического анализа: Диссертация канд.филос.наук.- Баку, 1989»). Bu hal həmin dissertasiya işinin plagiat olmasına şübhələr yaratdığından jurnalist araşdırması davam etdirilməkdədir.
Xahiş edirik, bu məsələnin araşdırılaraq tədbir görülməsi və redaksiyaya məlumat verilməsi üçün aidiyyəti üzrə göstəriş verəsiniz.
Bununla belə, müstəqil jurnalist araşdırmasının başa çatdırılması və nəticənin dərc olunması üçün aşağıdakı sualların cavablandırılması tələb olunur. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq aşağıdakı sorğunun cavablandırılması üçün aidiyyəti üzrə tapşırıq verməyinizi xahiş edirik:
- Prezident yanında AAK-ın Rəyasət Heyətinin üzvü Bəxtiyar Həmzə oğlu Əliyevin elmlər namizədi üzrə dissertasiya işinin və avtoreferatının redaksiyaya təqdim olunmasını xahiş edirik.
-Həmin dissertasiya işi əsasında sonradan elmlər doktoru və professor diplomları alınıbsa, bunun yenidən araşdırılıb müvafiq qərarların qəbul olunması qanunvericilikdə necə təsbit olunur?
-Müdafiə edilən elm ocağının arxivində yoxa çıxarılmış dissertasiya işinin heç bir yerdə olmaması onun plagiat olması anlamına gəlmirmi?
-Ümumiyyətlə, dissertasiya işi yoxa çıxmış, heç bir arxivdə olmayan şəxsin AAK-ın Rəyasət Heyətində təmsil olunmasına qanunvericilik və Prezident yanında AAK-ın «Əsasnamə»si hansı hüquqi qiymət müəyyənləşdirir?»

Xatırladırıq ki, sorğu 20 dekabr 2018-ci ildə AAK-a şəxsən təqdim edilmiş, qeydiyyata alınmışdır. Qanunvericiliyin tələblərinə görə, sorğuya cavab bir iş həftəsi müddətində cavablandırılmalıdır. Əks halda, redaksiya məhkəməyə müraciət hüququnu özündə saxlayır.
Mövzuya qayıdılacaq.
Elçin Məmmədli

Geri