DataLife Engine > Çap üçün versiya > BU DA UNEC REKTORUNUN QALMAQAL YARATMIŞ ƏMRİ-YENİLƏNDİ
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > BU DA UNEC REKTORUNUN QALMAQAL YARATMIŞ ƏMRİ-YENİLƏNDİ

BU DA UNEC REKTORUNUN QALMAQAL YARATMIŞ ƏMRİ-YENİLƏNDİ


5-01-2019, 22:34. Yerləşdirdi: admin
Şikayətçi müəllimlər: “Rektor Yeni il ərəfəsində özünə yaxın 1-ci sort müəllimlərə 800-1000 manat yardım, biz 2-ci sort müəllimlərə isə bir kisə soğan hədiyyə etdi”
Azərbaycan Dövlət İqtisad Universitetində çalışan bir qrup müəllimin adından “Təzadlar”a göndərilmiş şikayət məktubuna biganə qala bilmədik. Düşünürük ki, ortada nəsə ciddi bir anlaşılmazlıq var. Belə ki, məlum səbəbdən adının çəkilməsini istəməyən bir qrup müəllimin adından redaksiyanın elektron poçtuna göndərilmiş şikayətə rektor Ədalət Muradovun 26 dekabr 2018-ci il tarixdə imzaladığı 1134/3/2018 saylı əmrinin fotosurəti də əlavə edilib (7 vərəq). “Yeni il ərəfəsində ADİU rektoru Ə.Muradov hərəmizə bir kisə soğan hədiyyə verdi. Düşündük ki, nəsə bu bir zarafatdır… Sonra “Təzadlar” saytı bu barədə yazandan sonra rektor adambaşı hərəyə 100 manat Yeni il hədiyyəsi verilməsi barədə əmr imzaladı. Olsun! Lakin bundan iki gün keçmiş məlum oldu ki, rektorun 26 dekabrda imzaladığı daha bir əmri də var imiş. Bu əmr isə yüzdən çox müəllimin mükafatlandırılması idi. Universitetdə “Differensial əmək haqqı” siyahısında adı keçən və hər ay 2-3 min manat maaş alan müəllimlərin hamısının adı bu dəfəki əmrdə də yer alıb. 300-400 manat mükafat yazılan fəhlələr istisna olmaqla. Rektorun yaxın ətrafı olan bu şəxslər indi də 800-1000 manat mükafat alıblar. Axı biz müəllimlər də il boyu ADİU-da tələbələrə gözümüzün nurunu, biliyimizi vermişik. Rektor çıxışlarında hər dəfə deyir ki, yeni uğurlara imza atdıq. Universitetdə hamı bir komandadırsa, deməli, bizlərin də bu uğurlarda əməyi var. Yaxşı, bizim əməyimiz fəhlələrinki qədər də olmadı? Soğan veriləndə(!) bizi qabağa verdilər, 800-1000 manat mükafat veriləndə isə 1-ci sort müəllimlər yada düşdü! Bu nə dəcədə ədalətlidir? Hörmətli “Təzadlar”, yeganə inandığımız sizsiniz, bir neçə qəzetə və sayta müraciət etdik, “Rektor dostumuzdur” dedilər, reaksiya belə vermədilər. Bu məsələni ictimailəşdirin, qoy yetimləri, kasıbları, köçkünləri... Yeni ərəfəsində sevindirən cənab Prezident İlham Əliyev, eləcə də hörmətli Mehriban xanım Əliyeva burada nələr baş verdiyindən xəbərdar olsun. Biz aşağılanmağımızın səbəbini bilmək istəyirik. Tanınmış, 20 ilin professorlarının adı bu mükafatlandırmada yoxdur, lakin Türkiyənin hansısa özəl universitetində oxumuş, bu gün ADİU-da rektorun sayəsində söz sahibi olan, kimlərinsə adamı olanlar... mükafat alır. Niyə belə olmalıdır???”, -yazır şikayətçi müəllimlər.
Xatırladırıq ki, məsələyə aydınlıq gətirilməsi üçün Yeni il ərəfəsində, dekabrın son günlərində ADİU-nun Mətbuat xidmətinə qeyd olunanların şərhini göndərmişik, lakin reaksiya verilmədi, ola bilər bayram günləridir deyə belə oldu. Yəqinki aidiyyəti şəxslər bu qeydləri oxuyacaqlar və ADİU rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

Bəs rektorun qalmaqal yaradan əmrində kimlərin adı var, ayrı-seçkilik nədən olub?


Diqqətə çatdırırıq ki, rektor Ə.Muradovun yuxarıda mübahisələndirilən əmri belə adlanır: “Mükafatlandırma haqqında: İqtisadi məsələlər üzrə prorektorun təqdimatını nəzərə alaraq Əmr edirəm: “2017/2018-ci tədris ilinin yekunlarına əsasən UNEC-in idarə edilməsində, tədris prosesinin təşkilində, elmi-pedoqoji fəaliyyətdə, habelə tədris binalarına xidmətdə fəal iştirak etdiklərinə görə adları göstərilən əməkdaşlar aşağıdakı qaydada mükafatlandırılsınlar:”.
Siyahı olduqca böyükdür, tam şəkildə çap olunacaq. Lakin bir məqam diqqəti çəkir: siyahıda 600, 800-1000 manat mükafat alanlar arasında kimlərin, şikayətdə deyildiyi kimi, professor Ə.Muradova yaxın olub-olmamasını qoyuruq bir kənara, lakin digər müəllimlərin fəhlə-süpürgəçilər qədər də xidməti olmayıb ki, bu bir ildə, onlara da heç olmasa 300-400 manat Yeni il mükafatı verilə bilərdi. Belə olsaydı, heç belə bir narazılıq da olmazdı. Hətta şübhələrimiz də var ki, Yeni İl ərəfəsində başı müəyyən tədbirlərə qarışmış rektor Ədalət Muradovun tərtib olunan siyahıdan heç xəbəri də olmayıb. Məsələn, ictimai rəydə adı bizə də məlum olan bəzi professorları tanıyırıq ki, onların adı bu siyahıda yox idi. Amma ADİU-da fəhlə-süpürgəçilərin adları sıralanmışdır. Biz demirik ki, fəhlələrə mükafat verilməsin. Əsla! Lakin biz həm də tərəfdarıyıq ki, universitetin ümumi fəaliyyətində və uğurlarında əməyi olmuş müəllimlərin seçilən siyahısında bu mükafatların iz iola bilərdi. Bir sıravi müəllimə və ya professora 1000, digər professora isə heç nə. Ümumiyyətlə, çox maraqlıdır, rektorun məlum əmrindəki “2017/2018-ci tədris ilinin yekunlarına əsasən UNEC-in idarə edilməsində, tədris prosesinin təşkilində, elmi-pedoqoji fəaliyyətdə, habelə tədris binalarına xidmətdə fəal iştirak etdiklərinə görə», -deyiləndə ölçü vahidi nə götürülüb? Necə ola bilər ki, vahid komandada bir professor fəal iştirak edib, digəri isə yox. Elə isə, bəlkə fəal iştirak etməyənlərin attestasiyasını keçirib onları fəallaşdırmaq lazımdır, ya da…
***
Beləliklə, «Təzadlar» seçmə yolu ilə (siyahı çox uzundur) mükafatlandırılanların siyahısını təqdim edir(cəmi-109 nəfər):
- Bağırzadə Elşən Rəsul-rektorun müşaviri, 1000 manat;
-Əsgərov Şaiq Əhəd-dosent, inzibati və təş. məs. üzrə prorektor-1000 manat;
-Babayev Hikmət Akif –Daxili audit şöbəsinin müdiri, 800 manat;
-Hüseynov İlham Rasim-ümumi işlər üzrə prorektor-1000 manat;
-Alıyev Xətai Şahin- Beynəlxalq iqtisadiyyat (ingilisdilli) kafedrasının müəllimi-500 manat;
-Azadov Eldar Həsənxan-Tədris-metodiki mərkəzin direktoru-800 manat;
-Babayev Əlican Pirican –professor, «İqtisadi nəzəriyyə» kafedrasının müdiri- 600 manat;
- Babayeva Rəna Fikrət-«Fizika və kimya» kafedrasının professoru, 400 manat;
-Bədəlov Tahir Nadir-Tədrisin key. Qiym. və idarə edilməsi mərkəzinin imtahanların təşkili şöbəsinin müdiri-500 manat;
-Bəxtiyarova Nəzifə Əliəşrəf- Kitabxananın direktoru, 700 manat;
-Bərxudarov Mansur İsa-dosent, rus iqtisad məktəbinin direktoru, 800 manat;
-Bəyməmmədli Nətəvan Vəli-UNEC Biznes məktəbinin marketoloqu-500 manat;
-Bünyadova Kəmalə Aslan-hüquq şöbəsinin müdiri,-800 manat;
-Əhmədov Fariz Saleh-dosent, Beynəlxalq magistratura və doktorantura mərkəzinin rəhbəri-800 manat;
-Əhmədov Məhiş Alış- «İqtisadiyyatın tənzimlənməsi» kafedrasının müdiri-600 manat;
-Əhmədov Mirağa Məhərrəm-dosent, «Biznes və menecment» fakültəsinin dekanı-800 manat;
-Əhmədov Natiq Qarakişi- «Riyaziyyat» kafedrasının müdiri-600 manat;
-Əhmədova Günel Sabir-referent, 700 manat;
-Əlirzayev Əli Qənbərəli- «Sosial sferanın iqt. və idarə edilməsi» kafedrasının müdiri-600 manat;
-Əliyev Nəvai Şaxlar-Tədris-metodiki Mərkəzin dir. müavini-600 manat;
-Əliyev Şamil Buludxan-rektorun köməkçisi-700 manat;
-Əliyev Yusif Nadim-«Türk dünyası işlətmə» fak. dekan müavini-500 manat;
-Əlizadə Azər Sabir-Daxili audit şöbəsinin böyük dispeçeri-400 manat;
-Əzizov Aqil Nizami-Beynəlx. İqt. Məktəbinin direktoru-800 manat;
-Əziz Zaur Vaqif-Marketinq və kom. Dep. Sayt adminst.-500 manat;
-Feyzullayeva Vəfa Rəşid-böyük kitabxanaçı-500 manat;
-Hacıyev Hafis Əhməd-dosent, 400 manat;
-Hacıyev Nazim Özbəy-dosent, UNEC Biznes məktəbinin direktoru-800 manat;
-Hacıyeva Afaq Zakir-«Ətraf müh. Müh. və iqtis.» kafedrasının 0,75 ştat müəllimi-400 manat;
-Həmidov Həmid İnsaf-dosent, Doktorantura şöbəsinin müdiri-800 manat;
-Həsənli Yadulla Həmdulla- İqtisadi Araş. Elmi-Tədq. İnstitunun direktoru-800 manat;
-Həsənova Zöhrə Bilal-dosent, Elektron id. Mərkəzinin direktoru-800 manat;
-Hüseynov Anar Aktiv-«Maliyyə və mühasibat» fakült. Dekan müavini-500 manat;
-Hüseynov Vəkil Neymət- «Tex. və dizayn» fakültəsinin dekan əvəzi-800 manat;
-Hüseynova Şəhla Akif-dosent, 400 manat;
-İsayev Söhrab Zülfüqar-dosent, Tədr. Key. Qiymət. və id. Mərkəzinin direktor müavini-800 manat;
-İsmayılov Nəsimi Zakir-Maliyyə və təminat Dep. Direktoru-baş mühasib-800 manat;
-Qarayev Natiq Ənvər-«İqtisadiyyat» kaf. dosenti-400 manat;
-Qasımov Raqif Xanbala- Tədr. Key. Qiymət. və id. Mərkəzinin direktoru-800 manat;
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu

P.S.Yazı çapa hazırlananda electron poçtumuza daha bir şərh-əlavə daxil oldu. Müəllif yazırdı: “Rektor Ədalət Muradovun mükafatlandırma aksiyası tərifəlayiqdir. Amma çox maraqlıdır, ADİU-nun ən böyük kafedralarından olan Maliyyə və Maliyyə İnstitutları kafedrasının müdiri, uzun illər Azərbaycanın maliyyə naziri işləmiş, böyük praktik təcrübəyə malik, professor Əvəz Ələkbərovun, Mühasibat Uçotu və audit kafedrasının müdiri, tanınmış alim, professor Sifariz Səbzəliyevin, Beynəlxalq iqtisadiyyat kafedrasının müdiri, professor İrşad Kərimlinin, Beynəlxalq İqtisadi münasibətlər kafedrasının müdiri, tanınmış iqtsadçı alim, Millət vəkili, uzun illər ADİU-nun rektoru olmuş professor Şəmsəddin Hacıyevin, Əməyin iqtisadiyyatı və təşkili kafedrasının müdiri, çoxsaylı tədris vəsaitlərinin müəllifi, tanınmış alim, ömrünü iqtisadi elmlərin araşdırılmasına həsr etmiş professor Tofiq Quliyevin, uzun illər Azərbaycanın vergi sistemində yüksək vəzifədə çalışmış, neçə-neçə elmi dərsliklərin müəllifi, professor Mirələm Həsənlinin, çoxsaylı elmi kitabların, iqtisadçı alimlər arasında bökük maraqla qarşılanmış “Pulun diktaturası” kitabının müəllifi, iqtisad elmləri doktoru, zun müddət Azərbaycan Prezidenti yanında AAK-ın Ekspert Şurasının eksperti olmuş Şamil Qafarovun, eləcə də digər tanınmış alimlərin adları niyə bu siyahıda yoxdur? Bəlkə onların ADİU-nun idarə edilməsində heç bir fəaliyyəti və ya əməyi yoxdur?! Bu nə ayrı-seçkilikdir? Bəlkə kimlərsə qəsdən belə bir narazılığın yaranması üçün belə bir dolaşıq siyahı tərtib edib??? Çox istərdik ki, rektorumuz bu məsələyə aydınlıq gətirsin”.
BU DA UNEC REKTORUNUN QALMAQAL YARATMIŞ ƏMRİ-YENİLƏNDİ

Geri