DataLife Engine > Çap üçün versiya > ADİU-NUN PROREKTORU DAMƏT BAĞIROVUN İŞDƏN ÇIXARILMASININ ƏSL SƏBƏBİ
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > ADİU-NUN PROREKTORU DAMƏT BAĞIROVUN İŞDƏN ÇIXARILMASININ ƏSL SƏBƏBİ

ADİU-NUN PROREKTORU DAMƏT BAĞIROVUN İŞDƏN ÇIXARILMASININ ƏSL SƏBƏBİ


1-01-2019, 16:12. Yerləşdirdi: admin
...Bu ilin noyabrın 26-da tutduğu vəzifədən kənarlaşdırılan Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisad elmləri doktoru, professor Damət Bağırovun tutduğu məsul vəzifədən kənarlaşdırılmasının əsl səbəbi məlum olub. Bununla bağlı "Təzadlar"a məlumat verən etibarlı mənbə qeyd edir ki, "...Damət Bağırov çoxdan idi ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olmağa iddialı idi. O, son vaxtlar yaxın ətrafını bu istəyə dəstək verməyə səfərbər edə, yuxarılarda bəzi şəxsləri isə buna inandıra bilmişdi. Əgər o, ADİU-nun prorektoru vəzifəsindən kənarlaşdırılmasaydı, şübhəsiz, ən yaxın müddətdə rektor olacaqdı. Bəzi dairələrlə danışıqlar aparan D.Bağırovun bu cəhdlərindən xəbər tutan hazırkı rektor Ədalət Muradov hər bir sahədə çox inandığı prorektora onun başının üstündən edilən belə bir cəhdi bağışlamamışdır və təcili olaraq TN-də rəhbərliyini bundan duyuq salmış, barəsində təqdimat yazaraq yol verdiyi bir sıra qanunsuz əməllərinə görə onun təcili olaraq işdən azad edilməsinə nail olmuşdur. Nəticədə Damət Bağırov rektorluq iddiasının qurbanı olmuşdur...".
Xatırladırıq ki, "Təzadlar" hələ neçə ay əvvəl Damət Bağırovun rektor olmaq cəhdləri barədə məlumat vermişdi...

***
Xatırladırıq ki, 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirən D.Bağırov Dövlət Aqrar Sənaye Komitəsinin baş elm idarəsində aparıcı iqtisadçı vəzifəsində çalışıb. 1989-1994-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda tədris laboratoriyasının müdiri, müəllim vəzifələrində çalışıb. 1994-1995-ci illərdə «Tuqay» (indiki “Bank of Baku”) kommersiya bankının idarə heyətinin sədri vəzifəsində işləyib. 1995-1999-cu illərdə Xətai rayonu üzrə Dövlət Vergi Müfəttişliyində baş dövlət vergi müfəttişi, şöbə rəisi, rəis müavini vəzifələrində işləyib. 1999-cu ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə» kafedrasının 0,5 ştatla dosenti vəzifəsində işləyib. 2000-ci ilin fevral ayından AR İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentində baş mütəxəssis, baş məsləhətçi, şöbə rəisi vəzifəsində işləyib. 2001-ci il avqust ayından İqtisad Universitetinin «Vergi və vergiqoyma» kafedrasının professoru (0,5 ştat) vəzifəsində çalışıb və 2005-ci ilin fevralından «Vergi və vergiqoyma» kafedrasının tam ştatla professoru və Maliyyə fakültəsinin dekanı vəzifəsində çalışıb. 2008-2009-cu illərdə universitetin tədris işləri üzrə prorektoru və «Maliyyə» kafedrasının müdiri vəzifəsində işləyib. 2009-2010-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsində çalışıb, son dövrlərədək isə ADİU-da Tədris və təlim texnologiyaları üzrə prorektor olub.
Onu da xatırladaq ki, Damət Bağırovun adı MTN-nin məşhur «Rabitə işi» qalmaqalında da keçirdi. Belə ki, Rabitə Nazirliyinin MTN işi ilə bağlı həbs olunmuş aparat rəhbəri Vidadi Zeynalovun, Damət Bağırovun və Əmlak Komitəsinin Departament rəisi olmuş Məhəmməd İmanovun sıx əlaqələri olmuşdur.
«Təzadlar»

Geri